Dairəvi suallar
Bir gün
bir küçə
darıxar yol üçün,
bir səki, - qaraltı...
Bütün fikirlər çarpaz
kəsişir
dairəvi yolayrıcındakı
paralel xətləri seyr edərkən mürgü içində.
Oyaqsansa
fikrini,
yatmısansa yuxunu qat, adam,
zənn etmə ki, mənəm səni gözləyən...
Ya da zənn et,
nə fərqi,
bir cüt göz dolusu boşluqdursa kainat?!
Konturu tükənmiş telefonla
zəng etmə ki, gələcəyəm,
ya da zəng et,
çatmırsa çatmır,
nə qəm...
Əslində o qaraltı mən
deyiləm,
yəni gözləyən.
...Və kvadrat gözlərini açıb
seyr et dairəvari dünyanı, -
boşluqlarda da yaşamaq olurmuş
baxıb-baxıb sonsuzluqlara...
...Yaşamaq olurmuş boşluqları...
Dayanmışam üzü divara
anlaya bilmirəm, bu küçə hara,
bu yol hara,
bu divar hara...
...Mən hara?
Gül kimi söz
Dünya
bahalıqdan qovrularkən
sözün ucuzuna qaçır adamlar.
Hikmətin axşam bazarıdır,
xarablarından şirə
çəkir eşşəkarıları.
Üfunət iyi gəlir
sözü zibilqabına
atanların fərəhindən...
Bir azdan biri
tənqid adına
tərif deyərək
qurdalayacaq
nəsə tapmağa
turşumuşların arasında...
İndi
söz bazarında üç şey daha çox hakim;
- kasıbçılıq,
- ucuzçuluq,
- keyfiyyətsizlik...
Həzzin
şit yerində artar kiminsə bomj iştahası,
kim nə atarsa atar öz
"xəzinə"sindən zibilliyə,
Kim nə taparsa tapar qurdaladıqca...
Birinin yükü yüngülləşər,
digərinin gözü
doyar.
Bəlkə nə vaxtsa ucuzluqdan qurtular söz,
gül açar zibilqabıların yerində
nə vaxtsa, bəlkə...
Bir ömür belə
Söndü işığına can atdığım şam,
Zülməti kösövlə aldatmaq olmur.
Hər gün bir az da çox
təklənir adam,
Daha şeirlə
də baş qatmaq olmur.
Tale də adamı pis sıxır küncə
Gərək ürəyi də qoyasan dincə.
Bir gün arxasınca, bir gün önüncə,
Nə qədər
qaçırsan, qaç,
çatmaq olmur.
Heç
nə, cavanlığı
verdik ta fötə,
Düşdü ömrümüzün düz
yolu şötə.
O qədər doğma var özgədən ötə,
Nə sinəyə
çəkmək, nə
atmaq olmur.
Elə doğru var ki, düşməlisən
qac,
Sən ondan doymusan, o sənədir ac.
Bu elə bazardır, o elə hərrac,
Düşmən almaq olmur, dost satmaq olmur.
Bir gün qəza gələr, iki gün qada,
Verdik çiçək
ömrü gül kimi bada.
Narahat yaşadıq nahaq dünyada,
Heyif, haqq dünyada dinc yatmaq olmur.
Yaz axşamı payız
şeiri
Sabah tezdən yağış yağan üfüqdə
axşam batmaqdadı
günəş,
günorta isə üstünü çırpmışdı
gözü şehli
cəmənliyə yemişan
kolu.
Bilmək
olmur nə zaman ötəcək torağay,
"hop-hop"
quşunun nəğməsi
bir topa bulud deyil ki,
köç edə şərqdən qərbə.
Çiynimə yarpaqqurdu düşmüş
fıstıq ağacından
sürünür qolumaşağı
yığılıb-açılaraq...
Anlamadım,
hansı ağacla
səhv salmış məni...
Oysa ki,
ömrümün payızındayam
bu yaz axşamı.
Mən,
ancaq xəzəllərə
salam apara bilərəm
gözlərimin alatoranında
yosunvari.
Kölgələrin öləziyən
çağıdır şər
qarışan vaxt,
Günəş şəfəqlərini yığmış yer üzündən,
çox uzaqlarda
bir dalğın bulud
ağuşuna almaqdadır
sonuncu qızılı
şüaları...
Gedəcəyim səmtə üz
tuturam əl havasına,
nə şimal, nə cənub? -
bilirəm,
çox gözəl
bilirəm,
bütün yollar qüruba çıxır
hansı yönə üz tutsam.
Bir azdan
qaranlıq çökəcək
yarpaqların yuxusuna...
...Və mən əllərimi yumacam bir ovuc sükuta.
Bir də...
sabah olacaqmı, Tanrı bilər!
Yoxun şeiri
Daha unutmaqlıq bir dərdimiz yox,
Nə də ağrısı var unudulmağın.
Başını buraxdım ömrün
yellərə,
Fikrini çəkmirəm
bir çəm bulmağın.
Sabah günəş doğmaz,
axşam düşməz
şər,
Güvəndiyim dağa qəfil çən gəlməz.
Gözümdən, könlümdən keçib
gedənlər
Daha əllərimin
içindən gəlməz.
Gözümün işığı zülmət
kimidi,
Dönər öz yerinə qolay gecələr.
Çıxarıb atmışam eynəyimi
də,
Nə ulduz araram, nə Ay gecələr.
Ayağım altına düşüb
ucalar,
Gözlərim aramaz bir də
hul-filan.
Deyirlər son anda yenə ümid var,
Yox e, axtarmıram
stimul-filan.
Gücümdü tükənən gördüm
ki, son gün,
Nə o bilək
qalıb, nə də o diz yox.
Səbəb də qalmayıb
cığallıq üçün,
Daha unutmaqlıq
bir dərdimiz yox.
Üzü qüruba şeir
Batırsansa, nə fərqi
var, - dənizdimi, səhramı...
Cəsədinə daraşacaq ağ qarışqa, ağ balıq...
Dərya
olsun, ya bir damla boğulmağa,
ya da qum,
Su içində kim
geyinir ümidindən
arxalıq.
Qurtulmağa kömək olmaz
xilasedici kəmər,
Ümmanlarda ağ dəvə var, səhralarda ağ gəmi.
Heyrət
etmə susuzluqdan pörşələnsə dalğalar,
Ürəyindən keçən nədir, - odda buzlu kilkəmi?
Bəlli
deyil bu dünyanın üzüləni,
üzəni...
Bir damla su, bir
dənə qum
olduğum.
Tanrı necə yaradıbsa yaşarıq bu düzəni.
Su üzündə şəkil
qalmaz, şəkil altındasa qum.
Fırtınalar qopacaqsa çəkinməyə
səbəb yox,
Mənim
canım torpaqlıqdır,
nə suluqdur, nə qumluq...
Səhralardan, dənizlərdən keçməsəm də
sinəmdə
Daşıyıram ürək boyda
vətən adlı sorumluq...
Gücüm çatsa ümmanlarda
üzməyə,
Qanad tapsam ənginlikdə süzməyə...
Dizimdə güc, - səhralardan
keçməyə...
Canımda tab, - özümə yurd seçməyə...
Ürəyimdə sevgi çağlar
batmağa,
Səbrim
çatsa son arzuya çatmağa…
...Və batmaqsa, qərq olaram özümdə...
Qarışıq şeir
Bir az havasızlıq
var çəkisizlik içində
Görünür, sinən altda bir ağrılıq ürək yox.
Gileylənirsən: - hanı itirib-axtaran
kəs,
Şübhələr arasında sən arayan o şəkk yox.
Ayın
neçəsi idi ən zülmətli gecənin,
Ulduzları seyr elə sərt
üzü sərxoşluğa.
Cazibə
qüvvəsinin dəyişib
kəmiyyəti,
Göy üzündə
buludlar axışmada
boşluğa.
Yox, daha yıxılmağa qalmamış başqa çəm də,
Söykənib kölgəsinə yastı-yapalaq
damın.
Qaraltısı qeyb olur...
xilasıdır şər
vaxtı,
İşıqların düşməsi toranına
axşamın.
Ümid
adına heç nə közərtmir əl fənəri,
Hər kəs kölgəsiz çıxır
sabahına birtəhər.
Düzü, bilmirəm nədir
gözlədiyi çoxluğun,
Sənin üçün tənhalıq
ünvanıdır bu
şəhər.
Arzularla
olanlar üst-üstə
düşmür çox
vaxt,
Bir qədər
sən höcətsən,
bir qədər həyat çətin.
Barmaqarası axır zaman lilli su kimi,
Ovucla içmək
olmur sükutunu heyrətin.
Canın
sıxıntısıdır doğmalıq sifətində,
Axır ki, dönə bildin bu dünyanın
yadına.
Özünü itirməyə gərək
yoxdur darıxıb,
Bir qəriblik dolaşır küçəboyu adına.
Sonacan kim yaşadı
qulağı dinc, əli dinc,
Öz dilin olacaqdır öz düşmənin, - nə
bəlli?!
Bu dünyada əvəzsiz nə kədər var, nə sevinc
Sən kiminsə qınağı,
kimsə sənin, - nə bəlli?!
Ən xırda şübhədən
də qəlbə düşər qara xal,
Qəlbində qar yağanlar durmaz ocaq başında.
Ürək titrər, bilinməz,
amma duyular dərhal,
Bir çiçəyin əsməsi
gözlərinin yaşında...
Çoxu
çoxdan unudub ağ günlərin
rəngini,
Adamların üzündə qayğıları
nur olmur.
Bir sümükdür, bir dəri qeybət üçün qaraltı,
Nə vaxtdır
ac itləri susdurmaq olmur, olmur.
Süleyman Abdulla
Ədəbiyyat qəzeti.- 2022.-
15 oktyabr.- S.26.