Cavidanə sevir, Cavidanə
yaşayır, Cavidanə susuruq...
Hər dəfə Cavidlə bağlı yazmaq məsələsi gündəmə
gəldikdə mənə
elə gəlir ki, onunla bağlı
artıq hər şey yazılıb... Bu düşüncələr beynimdə canlanarkən gözüm kitabxanama sataşır. Saysız-hesabsız
tədqiqatlar, publisistik
yazılar, bədii materiallar dəyir gözümə rəflərdə...
Elə tək "Cavidnamə"
kifayətdir deyə düşünürəm. Ancaq sonra deyirəm öz-özümə ki, yox yazmaq lazımdır,
təkrar-təkrar Cavidi
oxumaq, oxutmaq gərəkdir. Cavid əngin bir dəniz, sonsuz bir göy üzüdür...
Onun əsərlərinin
məna qatlarında insan həm var olur, həm
yox olur... Cavid böyük bir kainatdır, oradakı hər planet Cavidin fərqli mövzularda qələmə
aldığı yazılarını
simvolizə edir sanki... Hüseyn Cavid zamanın
fövqündə durur.
Kainatın harasından baxırsan
bax Cavid görünür. O, gah
peyğəmbərdir, gah
şeyxdir, gah sərxoşdur, gah arifdir, gah sərkərdədir,
gah məcnun aşiqdir... Təbdili-libas olaraq əsər-əsər
dolaşır Cavid.
Cavidin fikirləri,
çözümləri, nəticələri
aktualdır. Onun kədəri, sevinci,
təəssüfü, şübhəsi
bu gün üçün də düşündürücüdür. Şərqdə doğularaq bu
torpaqdan mayalanan sənətkar, Qərbi duyur, kəşf edir, araşdırır, dərk edir. Ruhunda bəşəri fəlsəfələri
daşıyır. Öz ruhunu
böyük bilgi axınına açır.
Qərbi
gəzir, duyur, ancaq öz yurdunu,
gəldiyi torpaqları
hər daim dilində, beynində canlandırır. Cavidin misralarında
öz Vətəninə,
elinə, yoluna, amalına sayqı tendensiyası dayanır.
O, bütün bilgiləri
süzgəcdən keçirir.
Lazımlı duru olanları
təbliğ edir.
Onlardan yüksək bədiiliklə
bəhs edir. Cavid bütündür, onda Şərq də, Qərb də, bütün kainat da var. O, gah səmalaşır, gah bir uşağın təbəssümünə, bir
qadının göz yaşınadək enir.
Qabarır, çəkilir, coşur. O, illərdir dağları,
ənginləri yırtır
və bütün kainata daşır.
Şərqin ab-havasının təsvirinə
həsr olunmuş əsərləri ilə yanaşı, Şərq poeziyası, xalq-aşıq
şeiri ilə bağlı olan bir çox bədii elementlərə yaradıcılığında yer verən Hüseyn Cavid öz yaradıcılığında
Avropa xalqlarının
yaradıcılıqlarından gələn bir sıra ənənələrə
də yer verir. Bu ənənələrə meylin təməli İstanbul mühitində
başlayır, Avropa ölkələrinə səyahətlə
dərinləşir... Ancaq Cavid
hər zaman özü olaraq qalır. Özünü, təməlini, mahiyyətini
qoruyur. Bu səbəbdən bu günədək təkrarsızdır.
Fərqlidir. Cavid oxuyur, öyrənir,
yaradır. O, arada
təsirlənir də.
Cavidin gücü ondadır ki, o, zamanla deyil, gələcəklə
ayaqlaşır. Bu xalqa, millətə nə lazımdır yaxşı bilir. Onu kəşf
edir, oxuyur, bizə təqdim edir. Tofiq Fikrət yaradıcılığında
rast gəldiyimiz portret-şeir tərzinə
Caviddə də rast gəlirik. Tofiq Fikrətin "Rəsminin
qarşısında" adlı
şeiri ilə Cavidin "Bir rəsm qarşısında"
şeiri bir-birinə oxşarlıq baxımından
maraqlıdır. Lakin
burada hər şairin özünəməxsus
yanaşmaları da vardır:
Həzin
bir çöhrə,
bayğın bir nəzər,
suzişli bir mənzər,
Geniş
bir cəbhə, ülvi bir zəka,
düşküncə bir
sima.
Əvət, düşküncə bir sima
fəqət pək nazlı, pək dilbər...
Bənim
ən sevdiyim bir levhə,
bir təsviri-pürməna.
O dalğın gözlərə
baqdıqca
ruhum eylər istela,
O gözlər hər baqışda
fikrə yüz bin rəmz edər ima.
Fikrətin bu şeirlərindən
biri, "Rəsminin qarşısında"dır:
Sen daima önümde
o taştan sükunete
Yaslanmış intibah-ı samutunla
hilkate
Bir şeyler anlatır gibi Durdukça,
ben biraz gücenir raz-ı fıtrate.
Cavidin bütün
əsərlərilə bağlı
müxtəlif zamanlarda
fikir bildirsəm də, məni janr etibarilə liro-epik poema olan "Azər" xüsusilə düşündürür. Bu əsər Cavidin Şərqə və Qərbə baxışlarını
özündə əks
etdirir. O, Almaniyada
olarkən yazmağa başladığı poemada
öz fikirləri ilə yanaşı, şahidi olduğu hadisələri də Şərq-Qərb müstəvisində
təhlil edir. Ağsaçlı bir
professor, parisli bir lisancı
"Tısbağalar belə
bizdə musiqidən zevq alır.
Sizdə
nasıl, bu sınaqlar varmıdır?".
Azər
gülüb "Xayır!"
dedi:
"Bizdə deyil
tısbağa, İnsan
belə görməz bu zevqi əsla!
Hüseyn Cavid Şərqdə nə görmək istəyirdi? İntellektuallıq,
anlayış, inteqrasiya
gücü, arzusu, özünə sayqı...
"Məsəla ingilizləri
alalım: onların ötədən bəri, cihangiranə bir əməl arqasınca qoşmaları, hər yerdə nüfuz qazanıb da hər ölkədə rol oynamaları, siyasi qüvvətlərə
mədyun olduğu kibi, fəlsəfi, ədəbi təsirlərdən
də varəstə deyildir. İngilizlər məğrurdur, soyuqqanlıdır,
düşüncəli və
durbindir. Əlbəttə, bunlar, bu sifətlər,
mühitə, milli ruha, milli tərbiyəyə
race sifətlərdir. Lakin Şekspir kibi dahilərin əməlpərvər,
aləmşümul əsərləri,
Herbert Spenser kibi böyük
filosofların nüfuzlu,
mətin, sarsılmaz və kəskin fəlsəfələri, şübhəsiz
ki, hər ingilizdə, bütün xalq ruhunda böyük
və səmimi bir təsirə malikdir. Fransanın da Jan Jak
Russo kibi həssas və məriz bir ruha malik
olan filosofları, bir taqım xəyalpərəst, hoppa
şairləri bə'zi
əxlaqsız, modaçı
romançıları, şübhəsiz
ki, fransız həyatına, fransız mühitinə tə'sir etməmiş deyildir.
İtaliyaya gəlincə,
əski italyanlarla işimiz yoq"...
Hüseyn Cavid eyni zamanda
aşağıdakı misralarla
Avropanın ziddiyyətli
mühitini də göz önünə sərərək, Avropanın
öldürücü təsirini
ideallaşdırmırdı. O, sanki hər mühitdə olan müsbət tərəfləri qavramaq
lazım olduğunu bildirir. Hüseyn Cavid bu mühitlərdə olan müsbət keyfiyyətləri
mənimsəmənin yollarını
göstərir. Cavid
Qərbin Şərqi
sürüklədiyi fəlakətlərdən
bəhs etməyi də unutmurdu:
O məhsullu Şərqin halı pək səfil...
Öylə yoqsul var ki, ot yeyib yaşar.
Fəqət burda yalnız insanlar deyil,
Tısbağalar belə eşqindən
coşar.
Çoq
düşündüm bunu
dəmindən bəri,
Hər zevqi bir acı
bəslər, düşünsən!
İştə Qərbin azğın
səadətləri
Alır
qida Şərqin fəlakətindən...
Eşsiz bənzətmələri ilə
Cavid bu gün də aktualdır, bu gün də bizi həyəcanlandırmağı,
hayqırtmağı və
susdurmağı bacarır. Bu gün
də duyduğumuz təəssüfü
Get, gülüm, get, gözəlim!
Başqa
bir aşiq ara, bul!
Duydum artıq sənin eşqindəki məna nə imiş!
deyərək bağıra
bilirik...
Bu gün də
Həzz
etmədim firqədən,
cəmiyyətdən,
Zevq alamam hərbdən, siyasətdən,
Bir şey duymam fəlsəfədən, hikmətdən,
Mənim
ruhum gözəllikdir,
sevgidir
- deyərək arxamızı dönüb
gedə, təkrar qayıdıb sevə bilirik... qansız yağıya
Yurdumuzu
çignəyən
Sayqısız hər kim olsa.
İnan
ki, çoq sürmədən,
Diz çökəcək
qarşıda.
Bizdə
dəmir biləklər,
Çəlik qollar az
deyil;
Saldırıcı, hünərvər
Mərd
oğullar az
deyil
- misraları
hayqıra bilirik....
Bu gün də
biz əslində Cavid
dili ilə danışırıq. Cavid şeir,
dram, ədəbiyyat fəlsəfə
yox, öz dilini yaradıb. Bizlər, hansı ki, bu yolun
gerçək yolçuları
- Azərlər, Afətlər,
Ariflər, Elxanlar, Şəmsalar, Sənanlar,
İsmətlər, Cavidanə
sevir, Cavidanə yaşayır, Cavidanə susuruq...
NARGİS
Ədəbiyyat qəzeti.- 2022.- 22 oktyabr.-S.9.