Ustaddərgisinin 39-cu sayı

 Hüseyn Cavidə həsr edildi

 

Hədəf Nəşrləri”nin rüblük ədəbiyyat sənət dərgisi olanUstad”ın 39-cu sayı işıq üzü görüb.

Nəşriyyatdan 525.az-a verilən məlumata görə, jurnalın budəfəki sayı böyük dramaturq Hüseyn Cavidin 140 illiyinə həsr olunub.

Dərgi bir qayda olaraq baş redaktor Şəmil Sadiqin yazısı ilə açılır. O, “Hüseyn Cavid Allah haqqında əsər yazacaqdıməqaləsində maraqlı məqamlara toxunur.

Azromanrubrikasında cavidşünas, tənqidçi Azər TuranModernizmin iqlim qurşağına ilk daxil olan şairHüseyn Cavidadlı araşdırmasında oxuculara çox da məlum olmayan mətləbləri açır. Ədəbiyyatşünas, tənqidçi Elnarə Akimova isəÇağdaşımız Cavidəsr vaqeələri qarşısında heyrət nidası iləyazısında o dövrün ədəbi mühitinə, eləcə Hüseyn Cavid yaradıcılığına işıq tutur.

Yazıçı Xəyalə Muradİkibaşlırubrikası altındaMüşkinaz Cavid repressiyası”ndan söz açır.

Dərginin müxbiri Humay Hüseynli bu dəfə Hüseyn Cavidin Ev-Muzeyindən reportaj hazırlayıb.

Jurnalist Nuranə AbbasovaKinopasportrubrikasındaPolşa estradasının mələyiadlandırılan Anna German onun haqqında çəkilən serialdan danışır.

Poeziyarubrikasında bu dəfə şairlər Mina Rəşid Tural Turanın yaradıcılığına yer verilib.

Yazıçı Sevinc Elsevər “Bu kino ki var...” rubrikasındaŞamil Nəcəfzadənin yaradıcılığında repressiya mövzusu Cavid əfəndiyazısı ilə oxucuların görüşünə gəlir. Sevinc Elsevər, həmçininGəl uşaq olaqrubrikasında balaca şairlər Banu İlqarqızı, Ceyran İsmayılova Rəşid Əzimzadənin şeirlərini təqdim edir.

Filoloq Nizami HüseynovDəyirman daşırubrikasında absurd dil qaydaları ilə bağlıZamanı gəldi...” deyir. Dərginin bu sayında Nizami Hüseynovun Hüseyn Cavidləsöhbət”i yer alıb.

Yazıçı-tərcüməçi Svetlana TuranYerli hekayərubrikasındaGünəşin insanlarıhekayəsini təqdim edir.

Yazıçı Cəmilə MəmmədliSərhədsiz incəsənətrubrikasındaÖldürən rəqsdən həyata bağlayan rəqsəyazısı ilə paralelləşdirmələr aparır.

Redaktor İlahə ƏhmədovaKitab rəfirubrikasında “30024” yazısı ilə Ülviyyə TahirinŞükriyyə taleyimkitabından danışır.

Yazıçı Ceylan MumoğluPsixotraprubrikasındaHüseyn Cavid yaradıcılığında İblis psixikası” açmağa çalışır.

Yazıçı Əlabbas Erix fon DenikeninTarıların arabalarıkitabınıHədəfdəkilərrubrikasındaHamının oxumalı olduğu kitabadlandırır.

Şair-tərcüməçi Ümid NəccariYad sətirlərrubrikasında yunan şair Yannis Riçosun şeirlərindən bir neçəsini oxuculara təqdim edir.

Dərgi həmişəki kimi Mirzə BartlbininSözbazrubrikası ilə qapanır. Bartlbi bu dəfə şair, yazıçı Rasim QaracanınSənin toxunduğun hər şeyhekayələr kitabını tənqid edir.

Ustaddərgisinin illüstrasiyalarını isə rəssam Vasif Səftərov balaca rəssamlar Zivər Rzayeva ilə Zeynəb Quluzadə çəkiblər.

 

Ədəbiyyat qəzeti.- 2022.- 22 oktyabr.- S.9.