"Barıt qoxulu sətirlər..."

 

Oktyabrın 19-da Azərbaycan Yazıçılar Birliyində  Vətən Müharbəsində döyüşən qazilər qəhrəmanlarla görüş keçirildi. Görüşdə  iştirak edən şeirli-sözlü  müharibə iştirakçılarının şeirlərindən ibarət "Barıt qoxulu sətirlər..."  Ayaz Məmmədovun "Ünvansız məktub" xatirə- povesti kitablarının təqdimatı oldu.

Kitabda şerləri dərc olunan Emin Piri, Kərəm Aydın, Cavid Əlioğlu, Oğuz Alparslan, Elvin Məmmədli, Səbuhi Qurbanov, Eyvaz Əyyub, Tofiq Əhməd, Orxan Səlifov, Həsən Kür, Sərxan Yolçuyev, Nicat Ağayev, Vüsal Hətəmov, Mir Əjdər Abdullayev, Tamerlan Əsədovun şeirləri bir neçə ay bundan əvvəl Şuşada  Vaqif Poeziya günlərində "Söz" ədəbi layihəsinin "İgidlərin sözü"  proqramı çərçivəsində  səsləndirilmişdi. Qazilərin öz ifalarında şöylədikləri  müharibə vaxtı yazdığı şeirlər ölkə ictimaiyyəti ədəbiyyatsevərləri tərəfindən böyük maraqla qarşılandı.

 "Barıt qoxulu sətirlər..."  kitabında  qazi   veteran şairlərin  Vaqif Poeziya günlərində səsləndirdikləri şeirlərlə yanaşı, zəfər ruhlu şeirlər   yer alıb. Qazilərin şeirlərindən ibarət yeni şeir antalogiyasının  tərtibçiləri ön söz müəllifləri AYB-nin katibi Elçin Hüseynbəyli, "Söz" ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, texniki redaktoru isə Şükufə Məmmədlidir. Kitab "Vektor" Beynəlxalq Nəşrlər evində  çap edilib.

Tədbiri giriş sözülə Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli Xalq yazıçısı Anarın ideya müəllifi olduğu "Barıt qoxulu sətirlər..."  haqqında danışdı. Sonra sözü Yazıçılar Birliyinin sədri Anara verdi.

Xalq yazıçısı Anar 44 günlük Vətən Müharibəsindən, ordumuzun şücaətindən, tarixi qələbəmizdən danışıb. Qazi şairləri təbrik edən AYB sədri, onların Yazıçılar Birliyinə üzv seçildiklərini söylədi. Bundan sonra qazi şairlərə  üzvlük biletləri təqdim olundu.

Tədbirdə eyni zamanda,  təqdimatı olan Qarabağ  qazisi   Ayaz Məmmədovun "Ünvansız məktub" kitabı Qarabağ döyüşlərinə həsr olunub. Əsərdə müəllif keçdiyi  döyüş yollarına nəzər salır, cəbhədə baş vermiş  ağrılı maraqlı hadisələri, keçirdiyi hissləri, təəssüratlarını oxucularla bölüşür. Bu kitab həm bir döyüşçünün gündəliyidir.

Qazi şairlərin "Barıt qoxulu sətirlər..."  Ayaz Məmmədovun  "Ünvansız məktub" kitablarının təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin katibləri Elçin Hüseynbəyli,  Səlim Babullaoğlu, şair Nigar Həsənzadə,  yazıçılar Birliyinin üzvləri Rəfail Tağızadə, Zemfira Məhərrəmli,  Aida Eyvazlı, Elmira Aslanxanlı  çıxış edərək  qazilərə göstərilən qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkürlərini bildirdilər. Eyni zamanda, əməlləri sözləri ilə Zəfər tariximizdə imzası olan  mərd oğullarımızla fəxr etdiklərini söylədilər.

 

Ədəbiyyat qəzeti.- 2022.- 22 oktyabr.- S.18.