Sankt-Peterburqda "Nizami
Gəncəvi - 880" kitabı çap olunub
Rusiyanın Sankt-Peterburq şəhərində
Nizami Gəncəvinin
880 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvi -
880" ("Низами Гянджеви -
880") adlı kitab nəşr olunmuşdur. Elmi məqalələr
toplusunun tərtibatçısı
və ön söz müəllifi
Sankt-Peterburq Dövlət
Universitetinin müəllimi
Şahnaz Kamalovadır.
Nəşrin elmi redaktorları
AMEA-nın Fizuli adına Əlyazmalar
İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə
doktoru Əzizağa Nəcəfov və M.V. Lomonosov adına MDU-nun müəllimi, tarix elmləri namizədi Daria Zhigulskayadır.
Elmi məsləhətçilər Azərbaycan Respublikasının
Bosniya və Herseqovinadakı səfiri,
filologiya elmləri doktoru, professor Vilayət Quliyev və BDU-nun müəllimi filologiya elmləri doktoru, professor Vaqif Sultanlıdır.
Kitabda Azərbaycan, Rusiya, Türkiyə, Almaniya və Macarıstandan olan on doqquz alimin elmi məqaləsi
toplanmışdır. Kitabda
Azərbaycandan Şəfəq
Əlibəyli, Vəfa
Hacıyeva, Nəsib Göyüşov, Vilayət
Quliyev, Muxtar İmanov, Teymur Kərimli, Nəzakət Məmmədli, Nizami Muradoğlu, Əzizağa
Nəcəfzadə, Qənirə
Paşayeva, Şamil Sadıqov, Vaqif Sultanlı və Xəlil Ağaverdinin; Rusiyadan Darya Jiqulskaya, Şahnaz Kamalova, Boris Larionovun; Türkiyədən
Ali Temizelin; Almaniyadan Orhan Aras və Macarıstandan Benedek Perinin məqalələri
yer almışdır.
Kitab UNESCO üzrə
Azərbaycan Respublikasının
Milli Komissiyasının
dəstəyi ilə nəşr olunmuşdur.
Ədəbiyyat qəzeti.- 2022.-
29 oktyabr.- S.29.