Bəstəsiz nəğmələr
Artıq ədəbi yolumu azmayacağımdan qorxum, hürküm olmadığından həmin bəstəsiz nəğmələrimi söz göyərçinləri kimi havalandırmaq istəyirəm.
Bəstəçilərimizdən onlardan xoşlananları olursa havadan endirə, havacatına sala bilər.
Onu da deyim ki, gənclik illərimdə bir neçə nəğmə mətni yazmışdım. Hətta onların bir neçəsi əsrin nəğməkar cahan fatehlərindən Rəşid Behbudovun ifasında səslənmişdi. Onların ən siyasi yüklüsü, "Qəhrəmanlıq nəğməsi" Heydər Əliyevə ithaf olunmuşdu. İndi özünün adını daşıyan sarayda Rəşid Behbudovun ifasında ulu
öndərin
özü də
ayaqüstü alqışlamışdı. Həmin nəğməni Tofiq Quliyevlə bərabər təntənəli bir mərasimə
çatdırmaq
üçün unudulmaz Rəşid Behbudovun körükləməsiylə ildırım sürətilə sazlı,
sözlü ərsəyə gətirmişdik. "Səni tərənnüm edirəm, doğma Azərbaycan"
proqramında Rəşid Behbudovun ifasında "Gəncəm", "Əlvida",
"Cəmilə" və b. mahnılarının da sözləri bəndənizin
çinədanından süzülmüşdü.
Yaxşı
ki,
vaxtında qələm dostlarımızın birinin məsləhətiylə nəğmələrin kəpənək şöhrətilə qanadlanmaqdan əl çəkmişdim. Sonra da bəzi istedad sahiblərinin həmin şöhrət tələsinə düşüb yaradıcılıqlarının geniş meydanından uzaqlaşdığının da şahidi olmuşdum...
Nə isə, indi həm nəsrdə, həm şeirdə
sinəmi boşaltdığımdan nəğmə kimi səslənməsini istədiyim şeirlərimdən bir neçəsini bəstəçilərin səmasına pərvazlandırmaq istəyirəm...
Azər + baycan
Biz göz açıb ara gördük,
"Gülüstan"ı qara gördük.
"Türkmənçay"ı yara gördük, -
Yara Azər, yara baycan.
Nəqarət:
Sarılandan qalaları,
Sıralandı bəlaları.
qürbətlərdə balaları
Biri Azər, biri Baycan.
Hər döşündə dağı
oldu,
Hər daşında
ağı oldu.
Hər yaşında yağı oldu, -
Para Azər, para baycan.
Neçə bəndi, nəhri
yarı,
Neçə kəndi şəhri
yarı,
Tel-tel oldu Şəhriyarı,
-
Sazı
Azər, tarı baycan.
Nədir
bu yan, - o yan dedi,
Qalx ayağa, oyan dedi,
Ya azad ol, ya
yan dedi
Yarı
Azər, yarı baycan.
Kürlər daşsın kürlüyündən,
Hürlük qoşsun hürlüyündən,
Diriliyin
birliyindən, -
Yarı
Azər,
Yarı
baycan,
Olsun bir can Azərbaycan!
Qız qalası
O İçərişəhərin,
Yaş sənədi, yaş daşı -
Hər daşı bir qəhərin,
Bir şəhidin
başdaşı.
Nəqarət:
Əzmi
ərşə toxunan,
Düşmənimə göz dağı.
Daş himnimiz oxunan
Yudumun daş bayrağı.
Yallısından nə doyub,
Nə də ögeylik duyub,
Birlik himnini qoyub
Qobustanın çal daşı.
Xəzərtək oyaq qalıb,
Yağıdan xəbər alıb,
"Cəngi"siylə səs
salıb
Ellərə qaval daşı...
Şəhidlərin ağısı
İti qovantək qovub
Erməni yallısını.
Dağıtdılar qabantək
Erməni yallısını.
Şuşaya yar oldular,
Cəbhələr yara-yara, -
Çağladı ulu dağlar.
Nəqarət:
Neçə ömür keçib
də
Yaş altına düşdülər
Daş altını keçib də
Daş altına
düşdülər.
Zəfər yolunun üstə.
Qaldılar yara-yara,
Ağladı sulu dağlar.
Neçə gəlin hoylanıb,
Qələbə kamı tapdı.
Balalara boylanıb.
Ömrə davamı tapdı
Donu qaraya çaldı
Olub da yara-yara,
Ruhlardan
bulud ağlar...
Nazim Hikmətə ağı
Bir məzar sürünüb
də
Yurduna yetmək
istər.
Torpağa bürünüb də
Ceviztək bitmək istər.
Nəqarət:
Toroslar Ulu dağlar
Qəribinə kim ağlar?
Çeşməli sulu dağlar,
Türkümə türküm ağlar.
Qurtulub qarasından,
Mühacir yarasından,
Xaçların avasından
Qürbəti atmaq istər.
Anası
Anadolu,
Bağlama ana yolu,
Arzusu ana qolu,
O qola çatmaq istər.
Axır
ki, ölkəsində,
Türk
oğlu bəlgəsində,
Bir qovaq kölgəsində
Türk kimi yatmaq istər.
Yer altından yeraltı
zülmətinə
köçmüş pianoçu, bəstəçi
Rafiq Babayevə zülmət
nurlu elegiya
Sinəyə çalçarpaz dağı
geyərlər,
Doğmalar doğmanın başı
üstündə.
Sonra da zil yara ağı
deyərlər.
Zil qara mərmərdən daşı
üstündə.
Nəqarət:
Çaytək quruyanda ömür
yaşları
Çaylaqlar dünyanı daşlar, ağlayar.
Məzarlar qapqara sahil daşları, -
Sahildə il boy daşlar ağlayar.
Leysan isladanda sonuncu otu,
Çöldə ocaqlara sürmə çəkilər.
Bəstəçi vuranda sonuncu notu
Həyatdan bir ömür sürmə çəkilər.
Ömrünün bəmləri, zilləri
üstən
Ayrılıq bir qara zurnaya
döndü.
Fortepianonun dilləri üstən
Rafiq bir köçəri durnaya döndü...
Badamdar nəğməsi
Hər yaz Bakı qucağına
axardı,
Durna telli baharına baxardı,
Sinəsinə badam gülü
taxardı,
Badam gözlü
adamlar var idi.
Nəqarət:
Əvvəl onun qış yuxusu qaçardı,
Sonra isə quş yuxusu qaçardı.
Göyərçindən yaz yaylımı açardı,
Küləfirəngi, quş damları var idi.
Hər qarışı dam-daşa
yəhərlənib,
Atdan düşüb,
maşınla kəhərlənib.
Əməllicə, başlıca şəhərlənib,
Zamanın da qadamları var idi.
Bir kimsənin qalmayıb da yadında,
Xatirəsi, xətri
Badam dadında.
Sağsağantək ötür bu gün adında
Badamdarın badamları var idi.
Ana ürəyinə
Ömürlərə qarşı ömür eyləmə,
Ana ürəyini kömür
eyləmə,
günaha basılıb
basma körüyü,
-
Yandırsan yanarsan bir ömür
boyu.
Nəqarət:
Ana ürəyini oxuyanların
durar arxasında o ulu dağlar.
Ana ürəyinə toxunanların,
Üstündə həmişə bir bulud ağlar.
Qara saçlarına ələmə
qarı,
Cavan yaşlarından
eləmə qarı.
Buz salxımı kimi asma hörüyü,
Dondursan, donarsan bir ömür
boyu.
Dünya nağılımız
Az gəlib gəlməmişik,
uz gəlib gəlməmişik,
ölmüşük, ölməmişik,
-
Bu bəxt ağdı,
qaradı.
Nəqarət:
Bu dünya aləmimiz,
Toyumuz, ələmimiz,
Ölmədən, öləmimiz,
Bilmirik də haradı.
Ona bəndə düşürük,
Bir gün bəndə düşürük.
Yola, çəndə düşürük,
Yara yol da yaradı.
Yaşama
döyüşmüşük,
Düzəldib, dəyişmişik,
Vuruşub, əyişmişik, -
Nə qədər məzardayır...
Tanrı
qulaq burası,
Haralardı burası?
Yoxdu ünvan bürosu
Soraq ruhda, gordayıq.
Bacım
Dilarənin iki oğul itirib bir oğul
çiynində getməyən
dünya anasının
faciəsinə
Dəftəri arasından
qurumuş bir gül çıxdı.
Qara səf sırasından,
neçə qara il çıxdı.
Nəqarət:
Taleyinə it hürmüş,
gülü solmuş
bacım vay...
iki oğul itirmiş
Şəhid olmuş bacım
vay...
Çatdı ömür qarası,
Bəxti kösövtək oldu.
Özü dünya arası
Bir solmuş
çiçək oldu.
Gəl
dünyayla dil ara,
möhlət ara, il ara.
İki övlad itkili
İtmiş bacım Dilarə...
Gözəlliyilə göydə
üzən,
ürək üzən qızlara
Çox
dik tutma başını,
Eşqə çatma qaşını,
-
Vaxt keçir, qaş qaralır,
Bu qaş o qaşdan
deyil.
Nəqarət:
Ətəyindən tök daşı
Birinə
sevgi daşı,
Elçiyə daş qaralır,
-
bu daş o daşdan deyil.
Əlin
yardan üzülər,
aşın suyun süzülər.
Toy günü aş saralır, -
Bu aş o aşdan
deyil.
Qarıya
dönər yaşın,
qaralar da göz yaşın
Ötürdün yaş qaralır,
-
Bu yaş o yaşdan
deyil.
Peşmanlar qapı döyər
Üzlərinə
zülmət geyər,
Özlərinə zülmət deyər,
Peşmanlar qapı döyər,
Olub insan - yarasa.
Nəqarət:
Bu gecədən işıq yolu balalar,
Bir ocaqdan keçər bəlkə
bəlalar.
Bənövşətək boyu bükməz balalar,
Üzrxahlıq əgər işə yarasa.
Son cəsarət öyüldükcə öyülər.
Bir son kərə
dəli şeytan söyülər.
Ürəkləri qapılarda döyülər.
Eşidilən eşidilməz yarasa.
Tufanlardan, yellər üstən yol alar.
Ümmanlardan, sellər üstən yol olar.
Qırdıqları tellər üstən yol olar.
Büdrənilməz yollar yardan yarasa.
Lalların əli danışır
Qayğıdan
zəli danışır,
Düzünü dəli danışır.
Lalların əli danışır.
Doğrunu seçməyi bizdən.
Nəqarət:
Əllər dilin dirijoru
Dodaqları səsin goru
Əllərində ürək qoru,
-
Eşitməyi iki gözdən.
O əllərə
kor qalmayaq.
O haraya xar qalmayaq.
O yanğıya gor qalmayaq,
Söz yaradır
əllər közdən.
Suyunda zəli
oynayır,
Toyunda dəli oynayır,
Lalların əli oynayır,
-
Bir xalidi dünya düzdən...
Vaqif Nəsib Sarıhüseynoğlu
Ədəbiyyat qəzeti.- 2022.- 29
oktyabr.- S.23.