Mif dağılır
Aşot Səfilyanla söhbət Mişeli
sıxmışdı. Onların uşaqlığı, demək olardı ki,
bir yerdə keçmişdi. Mişelgilin məhləsi
Hayların Beyrutda top yaşadığı Burc Hammud rayonuna
qonşu idi, aralarından bir cəddə keçirdi.
Uşaqlar üçün sərhəd yoxdu, cəddənin hər
iki tərəfində oynayırdılar. Böyüdükcə
əlaqələri sərinləşdi, az
görüşürdülər. Mişelin atasının
kiçik mətbəəsi vardı, universiteti bitirdikdən
sonra qəzetçiliklə məşğul olmağa
başladı. Ara-sıra rastlaşanda uşaqlıq
yoldaşına kitab işindən, qəzetçilikdən həvəslə
danışardı. Aşotsa sirli-müəmmalı gəncə
çevrilmişdi, nə ilə məşğul olması
bilinmirdi. Ümumi maraqları olmadığı
üçün küçədə rastlaşanda
uzaqdan-uzağa əl eləyib salamlaşırdılar. Aylarla,
illərlə bir-birini görmürdülər. Eşitdiyinə
görə, Aşot xarici ölkələrə tez-tez gedib-gəlirdi.
İllər
sonra - bir gün onu gözləyirmiş kimi, artıq,
saçı-saqqalı çallaşmış Aşot
qarşısına çıxdı, çox mehriban
görüşdü. Ötən illəri yad etmək
üçün birgə oturub qəhvə içməyi təklif
etdi. Onlar Yerevan, Ararat küçələrini keçib
yaxınlıqdakı "Qahvətu Zucəc" kafesinə
yönəldilər. Aşot bir şüşə şərab,
badam, fıstıq, noxud qarışıq ləbləbi, sonda
hillə qarışdırılmış qara qəhvə
sifariş verdi. Birinci badəni şən uşaqlıq illərindəki
dostluğun şərəfinə qaldırmazdan öncə
Aşot Mişelə heç gözləmədiyi halda
kiçik gümüş xaç bağışladı,
"özüm düzəltmişəm" deyib, onun
boynundan asdı. Aşotun atasının bəzək əşyaları
düzəldilən kiçik emalatxanası vardı.
Bu qəfil
jestdən çaşbaş qalan Mişel "Mən sənə
borclu" dedi.
- Nə
borc? Biz uşaqlıq dostuyuq. Mənim əlimdən bu gəlir,
sənin əlindənsə yazmaq, - deyən Aşot badələri
doldurdu.
Mişel
jurnalist həssaslığı ilə duydu ki, onun dostluq
haqqındakı sözlərini gözləri,
üzünün ifadəsi təsdiqləmir. İkinci badədən
sonra Aşot ürəyindəkiləri dilinə gətirdi:
- Dostum, sənin
"Sedar əxbar" saytındakı "Qarabağ tarixi ərazidir"
adlı məqalən məni məyus elədi. Yazırsan
ki, Qarabağ Azərbaycan torpağıdır, bir milyon
köçkün oradan didərgin düşüb, yerli sakinlərin
kənd və şəhərlərini hay-ermənilər yerlə-yeksan
ediblər.
- Mən
gördüklərimi, mənbələrdən
oxuduqlarımı yazmışam.
- Canım,
sənə yanlış məlumat veriblər.
- Bəs
Suriyadan, Livandan orada etnik təmizləmədən sonra
boşaldılmış evlərdə yerləşdirilənlər
haqqında nə deyə bilərsən?
- Min illər
öncələr o torpaqlar bizim əcdadlarımızın
olmuşdur. Necə ki, Suriyada, Fələstində, Aralıq dənizinin
şərq sahillərindəki torpaqlarda sizin əcdadlarınız
finikiyalılar hökmranlıq etmişlər.
- Dediyin o
torpaqlarda bizə qohum Samilər yaşayırdı.
Finikiyalılar Tir, Sur, Sidon, Palmira kimi şəhərlər
salmışlar, xarabalıqları indiyədək qalır.
Amma Qarabağda, Orta Şərqdə iddia etdiyiniz digər
torpaqlarda, elə Livanda da hay-erməni qalalarına və şəhərlərinin
izlərinə rast gəlinmir. Bu mövzunu
araşdırmış Avropa tarixçi arxeoloqların əsərlərində
də mən bir şey tapmadım.
Qızarıb-bozaran
Aşot sifətinə yalançı təbəssüm verib
söhbətin axarını dəyişdi:
- Əziz
dostum, tutaq ki, dediklərin doğrudur. Bəyəm bunları
bizi dəstəkləyən Avropanın bilim adamları, siyasətçiləri
bilmirlərmi?! Sən düşünməlisən ki, biz
xristianıq, müqəddəs xaçı islam
dünyasına aparırıq. Sənin yazında xristian təəssübkeşliyi
yoxdur. Orta əsrlərdə durdurulmuş xaç
davasını 200 ildir biz aparırıq. Namuslu xristian kimi sən
bizim yanımızda olmalısan. Biz böyük ermənistanı
bərpa edəndən sonra sizin kimi dostları
unutmayacağıq, bu böyük əraziləri idarə etməyə
cəlb edəcəyik.
Mişel
sərt cavab vermədi. "Sərsəmləsələr də,
onların işləri gedir, istədiklərini edirlər.
İllər öncə Azərbaycanın Beyrutdakı İrəvanlı
fəxri konsulunun ofisini daşa basmış, qapı-pəncərələrin
şüşələrini qırmışdılar. Beyrutun
bugünkü çətin durumunda, işığın,
suyun, ərzağın, maliyyənin
çatışmadığı şəraitdə onlar bizdən
yaxşı yaşayırlar, məktəbləri, xəstəxanaları
işləyir...". Bunları düşünüb
aralarındakı körpünü uçurmamaq
üçün yumşaq səslə dedi:
- Namuslu
xristian jurnalisti kimi oxucularımı itirməmək
üçün mən gerçəklikləri dana bilmərəm.
Aşot səsini
qaldırıb amiranə səslə dedi:
-
Mişel, öz xeyrindən qaçma. Görürsən ki,
indi ailə saxlamaq çətindir. Bizim mücadiləni dəstəkləyən
yazılar yaz, qazan! Həmkarlarından ibrət götür!
Daşnaksütyun partisi hər şeyi görür, izləyir,
dəyərləndirir. Gərəkəndə qaldırır
da, torpağın altına göndərir də! Dənizdən
dənizə böyük ermənistan xəritəsi hələ
1918-ci ildə Fransa dövlətinin başçılarına
təqdim edilmişdir, indiyədək onun bütün dövlət
başçıları bizi dəstəkləmişlər. Sənin
xidmətlərin dəyərləndiriləcək.
Görürsən ki, biz Livanda da istəyimizə
çatırıq. 20 ilə yaxındır Livan prezidentinin fərmanı
ilə 7 yanvar ermənilərin bayramı kimi rəsmiləşmişdir.
Parlamentdə iki deputatımız, hökumətdə nazirlərimiz
vardır, Beyrutun bir neçə küçəsi bizim
adımızı daşıyır. Get, yaxşı fikirləş,
dostum. Biz güclü və etibarlı tərəfdaşıq...
Pandemiyadan
öncələr olmuş bu söhbətdən sonra Aşotun
təkəbbürlü, lovğa davranışı Mişeli
ondan daha da uzaqlaşdırdı. Ordan-burdan öyrəndi ki,
Aşot gizli erməni terrorçu təşkilatının
üzvüdür, kiçik qardaşı ilə bərabər
Qarabağın işğalında iştirak etmişlər.
Bu məlumat onların münasibətlərinə nöqtə
qoydu.
***
Mişel
Hanna üçün ən baxımlı mənzərə
Beyrutun sinəsinə qısıldığı dağın
yamacındakı kiçik evinin aynabəndindən
aşağılardakı körfəzə, Aralıq dənizinin
sahillərinə, göz dincəldən mavi sularına baxmaq
idi. Min illər öncələr ulu babaları finikiyalılar
güneyə, doğuya, batıya bu dənizlə
üzmüşlər, onun sahillərindəki yaxın-uzaq
torpaqlarda şəhərlər salmış, ticarət
etmişlər.
Zaman
anlamını unudan Mişelə birdən elə gəlirdi
ki, dəniz ilbizləri şirəsindən əcdadlarının
icad etdikləri al-qırmızı, çəhrayı
boyalı paltarlar geymiş finikiyalılar onu Tir, Biblos, Sur,
Sidon, Palmira şəhərlərinə aparırlar. Misirdən,
İkiçayarasından gələn ticarət yolları bu
şəhər-dövlətlərdən keçirdi. Burada
bol olan sidr, palıd ağaclarından tikinti
materiallarını, düzəltdikləri zeytun
yağını, şərabları, purpur parçaları
taxıla dəyişirdilər. Yeni eradan öncə - V
yüzillikdə Afrikanın dərinliklərinə qədər
getmiş, yazdığı səyahətnaməsi yunancaya tərcümə
edilmiş tarixi şəxsiyyət səyyah Hanna sanki,
dünyanın ortalıq dənizinin sahilboyu ölkələri
ilə ticarət etmiş əcdadlarının yolunu davam
etdirməyə çağırırdı onu... İslamdan
sonra "Suriya ərəbləri" kimi tanınan,
xristianlığı erkən qəbul etmiş, iki dünya
dininin arasında qalmış bu ölkənin başına
çox oyunlar gəlmişdi. Doğrudur, yan-yörədəki
xalqlar - Aqqad, Siryani, Arami, İvrit, Ərəb, Amhar dillərində danışanlar Nuh
peyğəmbərin oğlu Saminin törəmələri
sayılırdılar, qanları, dilləri, adət-ənənələri
yaxındı. Bunlardan ən geridə qalmış ərəblər
islamdan sonra önə çıxdılar, bütün Sami
dillərini ehtiva edən, Məğribdən Məşriqə
danışılan bir dili təkmilləşdirib
formalaşdırdılar.
Yeni eradan öncəki minillikdə Finikiya tacirləri
Mesopotamiya, Babil, Misir, Yunanıstan arasında ticarəti ələ
almışdılar, o dövrlərin qədim ölkələri
ilə əlaqələr qurmuşdular, yaratdıqları əlifba
qonşu ölkələrə də yayılırdı. Onların iti üzən gəmiləri
Aralıq dənizinin şərq sahillərində
hökmranlıq edirdi. Belə qüdrətli bir ölkə
miladdan öncəki yüzilliklərdə əvvəlcə
dövlətçiliyini, sonra hər şeyini itirdi, xalqı
pis günə qaldı. Bunun əsas səbəbi haylar oldu.
Onlar döyüşsüz dövləti ələ
aldılar, hay qadınları vasitəsilə...
Suriya
yazıçısı Fransis Marraş 1862-ci ildə
yazdığı "Haqq qayəsi" romanında kralın
kraliçaya böyük səlahiyyətlər verməsini,
özü ilə bərabər səviyyədə
tutmasını təsvir edirdi. Hər ikisi başlarında
hökmdarlıq rəmzi olan tac gəzdirirdi. Bundan istifadə
edən hay əsilli kraliça öz adamlarından kralın ətrafında
hörümçək torutək şəbəkə
yaradıb hakimiyyəti ələ almışdı. Birinci
sırada bacı-qardaşları, sonra əmi, dayı,
xala-bibi uşaqları və b. dururdu. Krala sadiq sərkərdələr,
bilim və siyasət adamları, ağıllı məmurlar
ona yaxın buraxılmırdı. Sevdiyi qadının
ağuşunda uyuyan kral dövlətin idarəsinin etibarlı
əllərdə olmasını zənn edirdi. Əslində
ölkədə ədalətsizlik, rüşvətxorluq,
zorakılıq, hərc-mərclik hökm sürürdü. Məhkəmələr,
qanunlar işləmirdi. Haylar öz həyat tərzini -
fahişəliyi, yaltaqlığı,
zorakılığı, əxlaqsızlığı
Finikiyaya gətirmişdilər. Ölkənin qapıları
hay əsillilərin üzünə
açılmışdı: qız-qadınlar öz adətləri
ilə ailələrə soxulurdular. Əgər birisi hay
qızına evlənirdisə, onun ailədəki digər
qadınlarla yaxınlıq hüququ vardı. Bu da kişiləri
hay qızları ilə evlənməyə şirnikləndirirdi.
Qadınlar kraliçaya baxıb düzlənirdilər.
Kraliça kişi hərəmxanası yaratmışdı.
Xoşuna gələn kişilərdən diribaşlara vəzifə
paylayırdı. Bir işdən başqa heç nəyə
yaramayan vecsizləri isə hərəmxanada saxlayırdı.
Fransız Marraş bunu yazmamışdı, Mişel başqa
mənbədən oxumuşdu. Haylar kimlə
yaxınlaşırdılarsa, axırına
çıxırdılar... Lakin hökmdarlar dəyişdikcə,
tarix də dəyişirdi. Hayların əxlaqı
ana-oğul, bacı-qardaş arasında nikah Het dövlətindəki
kimi Finikiyada da oturuşmadı, kütləvi şəkil
almadı, əksinə, sıxışdırılmağa
başladı. Xristianlıqdan sonra ölkə onlardan təmizlənsə
də, küncdə-bucaqda ilişib qalanlar oldu.
Satqınlıqlarına görə türklərin cəbhə
bölgələrindən, Rusiya imperiyası ilə sərhədyanı
ərazilərdən çıxarılmış ermənilər
Suriya, Livan, İraqda yerləşdirildilər. Beləliklə,
Livanda, özəlliklə Beyrutda erməni toplumu yarandı,
Qriqoryan kilsəsi adət-ənənələri digər
xristian xalqlarından çox fərqli olan hay-erməniləri
bir araya gətirdi, Suriyada, İraqda, Misirdə olan kilsələri
ilə idarə olunan əlaqələr yaratdı. Beyrutda hər
dəlmə-deşiyə soxulmuş ermənilər hakimiyyətdə
yer tutmaqdan ötrü dəridən-qabıqdan
çıxırdılar, qızlarını,
qadınlarını qabağa buraxıb istədiklərinə
nail olurdular. 2000-ci illərdə Prezident seçilmiş Emil
Lahudun arvadı hay-erməni idi. Ermənilər onun sayəsində
çox iş gördülər. XX yüzilliyin ortalarında
Beyrut hay-erməni siyasi partiyalarının, onların gizli
silahlı-terrorçu təşkilatlarının mərkəzinə
çevrildi. XIX əsrin sonlarında yaradılmış Hınçaq,
Daşnaksütyun partiyalarının, Asala tipli bir
düjün terrorçu təşkilatların mənzil qərargahları
Beyrutda idi. Ötən əsrin 70-ci illərində Livanda
alovlanmış vətəndaş savaşında ermənilər
ikiüzlü siyasət yeridirdilər: həm xristianlar, həm
də müsəlmanlar tərəfdə adamları
döyüşürdülər.
Livanda
İranın hərbi dəstəyi ilə
yaradılmış şiə müxalifəti Hizbullah
partiyasının lideri Şeyx Nəsrullah Beyrutu ikiyə
bölmüş, onun sinəsində qara yaraya
çevrilmişdir. Ötən əsrin əvvəllərində
ermənilərə yazığı gəlib yardım edən
livanlılar artıq onları tanımışdılar. Bir əli
burada xristian liderlərin, o biri əli İran rəhbərlərinin
ətəklərindəydi. Mişel jurnalist kimi Orta Şərqdə
baş verən siyasi, hərbi, iqtisadi olayları izləyirdi,
ermənilərin gizli silahlı terrorçu təşkilatlarının
törətdiklərindən məlumatlı idi, Cənubi
Qafqazda Gürcüstan və Azərbaycana səfər
etmişdi.
2020-ci
ilin sentyabrında Qafqazdan gələn bir xəbər
şimal, qərb, cənub ölkələrində
ildırım təki partladı. Ermənilərin İrəvandan
sonra ikinci paytaxt sandıqları Beyrutu da lərzəyə
saldı. Azərbaycan ordusu əks hücuma keçmişdir və
sürətlə irəliləyir, Livan erməniləri
müsəlmanların xaçpərəstlər üzərinə
yeridikləri, xristian abidələrini dağıtmaları
haqqında ölkədə hay-küy qaldırdılar, Livan
xristianlarını erməni qardaşlarına dəstək
verməyə çağırış etdilər. Bu
çağırış bir neçə həftə sonra
yalvarışa keçdi. Amma bu çağırış və
yalvarışlara öz ermənilərindən və İranpərəstlərdən
başqa kimsə səs vermədi. Erməni
könüllüləri yenə də Qafqaza - Qarabağa
üz tutdular.
Mişel
dünya mediasından on illərdi tüstülənib közərən
bu müharibə ocağının alovlanmasını təkcə
jurnalist kimi yox, həm də livanlı kimi izləyirdi. Əksər
həmyerliləri kimi, bir vaxtlar yer verib kömək etdikləri
hay-ermənilərin son əlli-altmış ildə necə
qudurduqları onu da hiddətləndirirdi. Özlərini
basılmaz, güclü, qədim millət sayan hayların
"yenilməz ordusu", əsgər və zabitləri
döyüş meydanından qaçırdılar, öncələrdə
olduğu kimi ruslara onların əvəzindən
vuruşmağı, Azərbaycan Ordusunu durdurmağı
yalvarırdılar. Amerika və Qərbi Avropadakı erməni
diaspor təşkilatları da bu hücumları durdurmaq
üçün vətəndaşları olduqları bu
dövlətlərdən siyasi, hərbi dəstək istəyirdiər.
Amma öncəki illərdəki kimi onları dəstəkləyən,
səslərinə səs verən tapılmadı. Rusiya bəyan
etdi ki, döyüşlər Azərbaycanın dünya birliyi
tərəfindən tanınmış sərhədləri
içərisində getdiyi üçün müdaxilə edə
bilməz. Qərbin isə başı koronavirusla mübarizəyə
qarışmışdı.
Mişel Azərbaycan əsgərinin belə
döyüşkən olmasını təsəvvür etməzdi. Ona ləzzət verən bu
idi ki, lovğa, təkəbbürlü erməniləri,
onların "məğlubedilməz" ordusunu Azərbaycan əsgərləri
ilə döyüş meydanında bir-birlərilə təkbətək
vuruşmağa buraxmışdılar. Daha öndə rus
tankları və əsgəri getmirdi. Haylara mənəvi dəstək
verən Fransada çıxan "Le Mond" qəzetinin müxbiri
Qarabağın erməni mərkəzi sayılan Stepanakert
(Xankəndi-red.) xəstəxanalarından verdiyi məlumata
görə Şuşa və digər yaşayış məntəqələri
uğrunda döyüşlər əlbəyaxa getmişdir.
Bıçaq, küt alətlər zərbələrindən,
tapança güllələrindən yaralanmış erməni
əsgərləri, döyüş meydanından qaçan hərbçilər
qorxudan stress içindədirlər...
"Çox sinənizə döyürdünüz. Di təkbətək
vuruşun, cəsurluğunuzu göstərin" deyə fikirləşən
Mişelin içi gülürdü. O, yaxşı bilirdi ki,
ermənilər qorxaqdır. Uşaqlıq, yeniyetmə
çağlarında erməni tay-tuşları ilə
dalaşanda onların qorxaqlığını, qan görən
kimi qaçdıqlarının şahidi olmuşdu.
Mişel Azərbaycanın lideri İlham Əliyevin həm
siyasi, həm hərbi, həm də informasiya cəbhələrində
bacarıqla, təmkinlə döyüşməsinə heyran
olmuşdu.
Onun ingiliscə, rusca, türkcə, arabir fransızca dünya
mediasına verdiyi intervülərlə ermənilərin
başçısı Nikol Paşinyanın
çıxışları müqayisəyə gəlmirdi.
Dünya bu iki liderin timsalında Azərbaycana, Ermənistana
qiymət verirdi, kimin kim olduğunu dəyərləndirirdi. O,
müşahidə eləmişdi ki, istər Paşinyan, istərsə
də son əlli ildə savaşa məruz qalmış
dövlət başçıları - Misirdə Sadat, Suriyada
Əsəd, Liviyada Qəddafi, İraqda Səddam və b.
özlərini itirir, həyəcan keçirir, sözlərini,
fikirlərini qarışdırırdılar. Amma Azərbaycan
Prezidenti müharibənin sonunadək iradə nümayiş
etdirdi, təmkinini, sakitliyini pozmadı, istər
döyüş cəbhəsində, istərsə də
Bakıya axışan diplomatların və jurnalistlərin
qarşısında... Cavablarıyla sual verənləri
inandırdı, xüsusi göndərilmiş təxribatçıları
susdurdu. Telekanalları izləyən Mişelin, həmkarlarının
gəldiyi qənaət belə idi.
Hər bir dövlətin başçısı öz
xalqını təmsil edir, ona baxıb xalqına qiymət
verir. Azərbaycanlıları
görməmiş əcnəbilər onun dövlət
başçısına ekranda baxarkən
düşünürdülər: "Azərbaycanlılar beləymişlər".
44 gün
davam edən müharibə ermənilərin təslim
olması ilə durdurulduqdan sonra Mişel Beyrutun küçələrində,
dükan-bazarında erməni məhlələrində
başqa mənzərə gördü. Adətən dik gəzən,
adamlara yuxarıdan baxan hay-ərmənlərin boynu bükülmüş, belləri
əyilmişdi, üzlərindəki yekəxanalıq ifadəsini
hamıya irişən əsl erməni sifəti - qorxaqlıq,
yaltaqlıq əvəz eləmişdi.
Qardaşı Qarabağda öldürülmüş
Aşotu küçədə görən Mişel onu
güclə tanıdı. Çəliklə axsaya-axsaya
yeriyirdi, arıqlamış, gözləri çuxura
düşmüşdü. Sifətində əvvəlki təkəbbürdən
əsər-əlamət qalmamışdı...
Qos-qoca
Livan görürdü: ermənilərin özlərini
aldadaraq uydurub yaratdıqları mif necə
dağılır...
Fazil GÜNEY
Ədəbiyyat qəzeti.- 2022.- 29
oktyabr.- S.20-21.