Professor Vüqar
Əhməd
Türkiyədə konfransda iştirak edib
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri
filologiya elmləri doktoru, professor Vüqar Əhməd Dünya Ahıska Türkləri Birliyi dəvəti ilə Türkiyənin
Antalya şəhərində keçirilən “Beynəlxalq
Ahıskalı Türk
Qadınları Simpoziumu”nda
“Ahıskalı türk
qadını Şəfiqə
Əfəndizadə” mövzusunda
məruzə ilə çıxış edib.
Əməkdaşımızın elmi məruzəsi
konfrans iştirakçıları
tərəfindən hərarətlə
qarşılanıb.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan
bildirilib. Vüqar Əhməd təşkilatın
rəhbəri Ziyəddin
Həsənov tərəfindən
diplom, təşəkkürnamə
ilə təltif olunub və ona hədiyyələr təqdim edilib.
Ədəbiyyat qəzeti.- 2022.-
29 oktyabr.- S.11.