Harda görsək bir qaranlıq,
gün
kimi doğub gedərik.
Hər
quraqlığa bir anlıq
yağıştək yağıb gedərik.
Biz gələrik
sevə-sevə,
göz
yumar O biz tərəfə
bir
ömürdə bircə dəfə,
üzünə baxıb gedərik
Bir həyatdı
min günahlıq,
bir nəfəs
qalıb son ahlıq,
ömür adlı bu qonaqlıq
bitər
də, çıxıb gedərik...
***
Nə
şirindi o gözlərlə döyülmək -
çırpa yenə kirpik adlı qamçısı...
bircə
kərən haqq önündə əyilmək
demək
deyil yerdən göyə qan sızır.
Eşq
yazılır o qan ilə yol üstə
o
yazını silmək gəlməz əlindən
təki
məndən öpülməmiş gül istə
yoxdu desəm
çarmıxa çək dilimdən,
Qoy desinlər:
"Haqdan gələn cəzadır...".
Söz
gülləsi göz mərmisi, can külü,
ağlabatan şeylər deyil miskinə
ömür gəlib keçəcəksə mürgülü
öpüləsi surət qalar pis günə.
Aşiq
eşqdə salavatdan yıxılsa,
bayılınca bilməz nədir olanlar,
hər
nə görsə dönüb ona ağ olsa,
ürəyində solar bir-bir gül anlar,
inanmaz
ki, yolu qışdan yazadır...
İnanmaz
ki, olan olub ötüşüb
yazdı,
qışdı, - fərq eləməz eyninə
dünyasına özü boyda od düşüb
nə
yük varsa götürübdü çiyninə:
dar
ağacı... kəndirlər bir biçimdə...
sevgidirmi
Ay doğunca gün yata?
Əsl
aşiq ölər sükut içində
fırtınatək qopub gedər dünyadan,
kimsə
bilməz kim kimə əl uzadır...
***
Çıxar
ayaqlarını
ver
geyinsin o ağac.
sonra da
o yüyürsün,
sən
də arxasınca qaç,
amma necə
qaçasan,
ayağın yoxdur axı...
Qopar
dodaqlarını
ver o
susqun çiçəyə,
sonra da
qoy o gülsün
sən
də başla gülməyə.
Amma necə
güləsən
dodağın yoxdur axı...
Götür
o gur çırağı
ver
sevinsin o qərib
çevirmə o varağı
üstündə ruh can verib
qorxma
zülmət içində
nə
varsa tapacaqsan
çırağın olmasa da...
zülmətə hopacaqsan
günahın yoxdur axı...
Qoy bir
haray doğranıb
tökülsün göy üzündən
qoy
yalanı-doğrunu
hər
kəs görsün özündə
gələnlər qu tüküdür
gedənlər dönməsə də
qoy
ruhunu hürküdüb
sənə hamı desə də:
Allahın
yoxdur axı...
...Yeri,
gül və yan daha
başqa
nəsə etməyə
heç
haqqın yoxdur Sənin...
haqqın
var?
yoxdur
axı...
***
Dedinmi
heç: "qaçaq ruhun köçündən,
gəl
bu canı ikiyə böl..." dedinmi?
Mən də
sənə ayrılıqlar içində:
"qərib-qərib açılmış
gül..." dedimmi?
Zaman
ötdü... günlər külə dönüşdü
bilmədin ki, yoxuşdu, ya enişdi
anlayınca bu olanlar nə işdi
heç
bircə yol: "qayıt da gəl..." dedinmi?
Eşq -
zəlzələ - dam-daş çökər, ev gedər...
kündə kimi gedər hər cür kef kütə
bunu
bilib: "çox körpəsən sevgidə,
bir az
böyü, bir az yekəl" dedinmi?
Demə,
eşqdə nə düyün var, nə ilmə...
Demədin
heç "ayrılığa döyülmə..."
sən
heç mənə: "dərd Tanrımı? - əyilmə!
ölmə... ölmə... dikəl, dikəl" dedinmi?
Bəlkə
gecdir - olacaqlar baş verib...
tanıyaydıq kaş bu göyü, kaş yeri
bir sinədə
həm ürək, həm daş yeri
duyub da
heç: "əl çək, çək əl"
dedinmi?
***
Mən niyə ölmədim? - hörümçək
bilir,
ya bir
çiçək bilir, ya bir gül bilir,
sevginin
sonunda qiyama qalxan
o
üç nöqtə bilir, o vergül bilir,
kim
öldü, kim qaldı şəkli göydədi
zəhlə gedən göydə istəkli göydə
kim idi
qaşını görən düy dedi
pıçılda adını bu səsdə, küydə
ruhu dolu
adam, başı boş adam
ayağı xizəkli yayda yürüyür
dünya
belədirsə uçacaq bu dam
cahil
olanları haqmı kürüyür?
Amma bir
şey də var... ölən öləcək,
ya
başı papaqlı, ya da ləçəkli,
ya da elə-belə...
tək O biləcək
biləcək kim çəkib bu miskin şəkli...
Hər
şey ondan sonra tapıb yerini
qalxacaq
haqq olan bir qiyamətə
gəl
mən sənə açım ruhun sirrini,
çiçəkdir soluxan, böcəkdir itən...
bircə
aşiq deyil, inan Allaha
çiçəktək, böcəktək bir haqqa yetən,
özünü bu qədər açıq məhv edən
bircə
aşiq deyil,
üzülmə daha...
***
Sən
özgə bir ovqatdasan
Mən ayrı ruhda - neyləyək?
Açıb-tökəkmi
hər şeyi
Susaq bu haqda, neyləyək?
Ürəyimiz
eşik-eşik...
Kim deyir
ki, dikəlmişik
O boyda
çöldən gəlmişik
Bəs bu oyuqda neyləyək?
Bu can adlı xarabada
Hər
şey, hər şey gedir bada
Ömür
sürdük yata-yata
Var
öldü, yoxda - neyləyək?...
Nəydi baş verənlər, nəydi?
Keşkə
baxanlar görəydi...
Bir
güllə sinəmə dəydi
Yüz
güllə baxta - neyləyək?..
***
Mən
öldüm... sən ağladın...
niyə?
nə üçün? nədən?..
Gözlərimi
bağladın
ən
sonuncu həmlədə...
Budur...
düşün də... di gəl...
Öldümmü, ya qaldımmı?
Hünərin
var, di dikəl
ruh
heç nəyə aldanmır.
Ölü nə? Diri nədir?
Sən
denən, mən də deyim...
Sən
deyirsən:
sevgi
ölümsüz ruhdur,
mən
deyirəm:
ölüm - köhnəlmiş geyim...
bəs
O?
O nə
deyir,
nə
deyir O, ürəyim?...
***
İtirilmiş
bir tay əlcək kimi
məni
hələ də axtarır ölüm -
çünki itik pis şeydi
...kaş itə biləydim təzədən.
Qoparılmış
ləçək kimi
yarası
görünür, can adlı gülün
keşkə görünməyəydi
...kaş bitə biləydim təzədən.
Arxasınca
bir böcək kimi
getməkdən çəkirəmsə zülüm
kaş
"getdim, fani dünya, xoşca qal", deyəydim,
...kaş gedə biləydim təzədən.
***
...O deyir
ki, "qapıları sevmirəm,
Bağlı,
ya açıq olsun,
ya
önümdə açılsın,
ya
arxamca vurulsun..."
O deyir ki,
"sevmirəm o kəsləri
üzündədir hayqırtısı
içindədi səsləri...".
O deyir ki,
"ölümlə üz-üzə də özün dur,
yaşamaq çox qısadır,
ölüm daha uzundur...".
O deyir ki,
"üstünə,
ya
gözəl bir Ay-ulduz,
ya bir
xaç çək olanların,
qayıdacaq ömrünə bəlkə də o anların...".
O deyir
ki...
o
deyir...
o...
nə
deyirsə desin,
"get dizinə döy..." - de sən...
...Sən
onsuz da yerdə yox,
min illərdi
göydəsən...
***
Ay da təkdi,
Gün də tək,
Sən də təksən,
Mən də tək...
nə qədər
sevsək də
biz tənhayıq
ki tənhayıq...
Qoy
doğrayım bu sirri
bir rəhmsiz
bəndətək
tufan
qopsun bir anda...
sən dəniz
ol, mən qayıq...
Uzaqlar
desin ki, "gəl...",
yaxınlar
şahə qalxsın
bir
cüt bulud öpüşsün, oynasın ildırımlar
biz yerdən
baxıb susaq,
O da göylərdən
baxsın,
hər
baxışda Eşq adlı
keçilməz
sıldırım var.
Sevdikcə
çıxır yoxa təklər öz təkliyində
duyan
duyur, duymayan girir qaranlıqlara,
sevda
uzunluğunda, ömür gödəkliyində,
adlar
cızılır hər gün sonsuz viranlıqlara.
Hardan
baxırsansa bax, ruh da xarabazardı
can
tükənir, unutma, göz yumur yalqız fələk
düşünmə ki, bu ömür tənhalıqdan
bezardı
Sən də
təksən, Mən də tək,
Ay da təkdi, Gün də
tək...
***
Ötən
günün qapısı bağlandı arxamızca
Heç "yaxşı yol" deyən də
tapılmadı, deyəsən.
Sevdalar
imkan verə, ağıl oyana azca
Qayıdıb
qapısını bir də, bir də döyəsən...
Deyəsən
ki, "burdayam, hələ canım səndədi...".
Amma dünən
dünəndi, -
çarxa
qonan quşdur o
Tərpənincə
uçacaq, baxacaqsan dalınca...
Elə
bilmə fanidir, elə bilmə boşdur o
Güllələnmiş
yuxudur - qanı damır balınca,
Bir
günün xatirəsi bax gör hansı gündədi...
Aşiqi adam edən nəydi? - bilən
varmı heç?..
Nəydi
onu tükədən baharında, qışında?..
Bircə
kəlmə hıçqırır: belə şey olarmı
heç?
Heç
nəyə ümid etmə, yazıqsan bu yaşında,
Yum
gözünü... görünən bircə sənsən...
sən...
- dedi...
***
And verirəm...
gəl toxunma, keç də get...
nə mən
pirəm, nə də ki, sən daşöpən.
Yazımdakı
gül-çiçəyi biç də get,
yaz o
yazdı, payız həmən, qış həmən...
Bir
cüt gözdən illər silib şəklimi...
sor
Tanrıdan bu ruh cütmü, təkdimi?
Can -
arısı qırılmış pətəkdimi? -
heç
cür düşə bilmirəm ki, başa mən...
Bu ruh
göydə uçan xalça kimidir
bəlkə elə bilirsən ki, gəmidir? -
Qəfil
çönsə... dərd yox olur, qəm itir,
bələdəm o boşluğa mən, boşa mən...
Sanma yenə
ötən günə daş atdım...
nədən geri qayıtmadın beş addım,
varlığımı yoxluğunda yaşatdım,
yoxluğunla var oluram qoşa mən...
***
Qırğın
düşübdü göydə...
quşlar
çovuyub yaman...
kimsə
bilmir nə sirdir, hamı baxır nagüman...
adamların könlünə hökm eləyir hakim an
burda mənəm,
burda mən...
Bağdadsa mənlik deyil...
Qanad
çalır bir külək, vaxt kişnəyir, su axır
qopub
tökülür yerə bir xatirə suvağı.
Kim deyir
ki, göy üzü üzülüb üzgün baxır,
axı
adamın içi solmuş çəmənlik deyil.
Bir
quşu mismarlamaq göylərə qanadından,
mismarlayıb danışmaq bir ruh,
bir can
adından,
qətiyyən əl götürməz qafillər inadından,
çünki olub-keçənlər həmən-həmənlik
deyil.
Vaxt
kişnəyib qayıtmaz...
can
şığıyar torpağa,
ölüm çətin biz adlı ruzisinə xor baxar,
son
andaca adımız yazılar bir yarpağa
nə o
yarpaq bir yanaq, nə ölüm ənlik deyil...
Getdik
uçurumlara bir haqqı sevə-sevə,
hərəmiz bir ox olduq ayrı-ayrı hədəfə,
bircə
dəfə doğulduq, yaşadıq bircə dəfə,
bilmədik sevgi - düstur, ayrılıq - tənlik deyil...
Duman deyil
ruhumuz arana dağdan gəlir,
adi
pıçıltılar da gedib uzaqdan gəlir,
adı
Zahid olanın yazısı haqdan gəlir,
o bir tərki-dünyadır...
ellik, Vətənlik deyil...
***
İndi nə
söyləyim sənə...
bəlkə, mələk deyim sənə,
səni
bu göy qübbəsinə,
yazana həmd
olsun... olsun.
Göydən işarəmi gəlib?
kimlər
görüb, kimlər bilib?
...sinəndə
daşa çevrilib,
susana həmd
olsun... olsun.
Kimdi bəs o qəlbi yuxa?
gülür göydən baxa-baxa,
yum
gözünü... ölüm daha -
qəzana
həmd olsun... olsun.
***
Harda
görsək bir qaranlıq
gün
kimi doğub gedərik.
Hər
quraqlığa bir anlıq
yağıştək yağıb gedərik.
Biz gələrik
sevə-sevə,
göz
yumar O biz tərəfə,
bir
ömürdə bircə dəfə,
üzünə baxıb gedərik.
Bir həyatdı
min günahlıq,
bir nəfəs
qalıb son ahlıq,
ömür adlı bu qonaqlıq,
bitər
də çıxıb gedərik...
***
Qapının
arxasında divarın o üzündə
skripka
çalınır səsi sökür gecəni,
bir
şülək işıq qonub zülmətin
dodağına,
qoşulub həmin səsə öpür o hər keçəni
dayanan
yoxdu amma...
Yatan
yatıb eşitmir bu nədir, nə tifaqdı
kimin əlində
qalıb kimin əməl dəftəri.
Ömür
çoxdan yazılmış, pozulmuş bir varaqdı
döyülür pəncərə ki, qalxsın o küskün pəri
oyanan
yoxdu, amma...
Skripka
çalınır... puçur-puçurdu gecə
axıb
süzülüb gedən nədir görən hər yana
ah,
özüdür, özüdür... duyuq düşdüm
indicə
qan yox,
Eşq adlı rəngdi,
boyansınlar kaş Ona
boyanan
yoxdu, amma...
Zahid SARITORPAQ
Ədəbiyyat qəzeti.- 2022.- 29 oktyabr.- S.8-9.