Ələkbər Salahzadənin şeirləri
Rusiya ədəbiyyat portalında
Rusiyanın populyar stihi.ru ədəbiyyat
portalı Dövlət
Tərcümə Mərkəzinin
“Azərbaycan ədəbiyyatı
beynəlxalq virtual aləmdə”
layihəsi çərçivəsində
tanınmış Azərbaycan
şairi Ələkbər
Salahzadənin rus dilinə tərcümə
edilmiş “Dəniz nəğməsi”, “Mənsiz
gecə”, “Dəniz” şeirlərinin yayımına
başlayıb.
Dövlət Tərcümə Mərkəzindən
bildirilib ki, şairin yaradıcılığı
haqqında məlumatla
təqdim olunan şeirlərin rus dilinə tərcümə
müəllifləri çərkəzin
rus dili mütəxəssisi İlahə
Feyziyeva və Rusiya ədəbiyyatşünas-alimi
Anjela Lebedevadır.
Qeyd edək ki, geniş
oxucu auditoriyası tərəfindən izlənən
“stihi.ru” portalı mütəmadi
olaraq dünya ədəbiyyatının Pobert
Berns, Federiko Qarsia Lorka, Emili
Dikinson kimi korifey şairlərinin yaradıcılığını işıqlandırır.
Ədəbiyyat qəzeti.- 2022.-
3 sentyabr.- S.12.