Saniyədə 24 dəfə popkorn yemək və ya Coca-cola içmək  

 

Yadımdadır. Pandemiyanın qorxulu vaxtları idi. Hər kəs evə yığılmışdı. dərsləri onlayn keçirdik. Tələbələrimə iki film məsləhət görmüşdüm. Piter Farellinin "Yaşıl kitab" Alfonso Kuaronun "Roma" filmlərini. Çünki hər dərsin sonunda dərsdən kənar bir kitab ya film məsləhət görürəm tələbələrimə. Kuaronun filmini bir-iki nəfər xaric, heç kim axıra kmi izləməmişdi. "Yaşıl kitab" isə çox bəyənilmişdi. Hətta tövsiyəmdən qabaq çoxları izləmişdi belə. Doğrudan da, "Yaşıl kitab"ı mən bəyənmişdim. Amerikanın əzəli əbədi problemi irqi ayrı-seçkilik mövzusu kinonun incə yumorun dili ilə təqdim edilmişdi. Əyləndirir, güldürür düşündürürdü. Bayağı, qaba görünən bir adamın incə, zərif musiqiçinin həyatına, nəcabətli qaradərili şəxsin sərsəri sürücüsü cangüdəninin xarakterinə təsirləri real maraqlı idi. Bu iki qütbün arasındakı sərhədlər çox incə elastikdir.

Bəs Kuaronun filmi gənclər tərəfindən niyə bəyənilməmişdi? Halbuki mən son 10 ildə bu qədər zəngin göz oxşayan kinematoqrafik dili olan film izləməmişəm. Jan-Lük Qodar deyir ki, kinoteatrlar daha çox popkorn mədəniyyətinə xidmət edir. Coca-Cola popkorna daha çox xidmət edən kinoteatrlarla yanaşı, evlərimizdə eyni durumdur. Hər dəfə film izlərkən mütləq popkorn, kola, dondurma ya çərəz olmalıdır yanımda. Ən ciddi sənət filmlərində , anlıq gündəlik əyləncə yönümlü kinolarda da. Tükətim toplumu məhz bu deməkdir.

Bu gün istehlak cəmiyyətində elitar mədəniyyət yaradan yazıçı rejissorlar var ki, onların əsərlərini oxuyanda izləyəndə bir qədər kütləvi olmayan incə sənət ilə qarşılaşırıq. Bu tip sənət əsərləri bir festival ya karnavalı xatırladır. Yenə sənət əsəri olaraq qalırlar. Onlar yeni estetika, sosial rakurs semiotik çalar yaradır. Meksikalı rejissor Alfonso Kuaron da belə sənət adamlarındandır. Kuaronun "Roma" filminin konseptaul vizual bir dil konsepsiyası var.

Bioqrafiya sənət adamının sənətinə birbaşa təsir edir. Ancaq fərqli qəribə bir formatda olanda sənətə çevrilir. Misal üçün, Bertold Brext şəxsi təcrübə bioqrafiyasını teatr sənətinə tətbiq edirdi. Yenə Brext teatrı heç vaxt bioqrafik xarakter daşımayıb. Klassik teatrın sərhədlərini keçib. Brextdən sonra teatr Küçə teatrı daha konseptual estetik çalarlar qazanıb. Fərqli teatrı, kulis səhnə dizaynını Brextdən öyrəniblər. Kuaron da "Roma" filminə uşaqlıq illərini, xatirələri yerləşdirib. Lakin geniş plan çəkilişləri ilə öz lokal bioqrafiyasından qlobal Meksika həyatına keçid edib. Eyni formatda olan ölkələrin taleyini simvollaşdırıb.

Alfonso Kuaronun "Roma" filmində kinematoqrafik dil olduqca naturaldır. Kadrlar bir-birinin ardınca axır. Müəllif ən gərgin, dəhşət saçan səhnələrdə belə səs-küy qoparmır. Həyatın insanın təbii dili ilə danışır. Hətta dəhşətli hadisələr, qətliamlar baş verəndə kadrlar sakit, sadə bir fonda axıb gedir. Həyəcanlı bir musiqi yoxdur arxa fonda. Hadisələr 1970-1971-ci illərdə Meksikada Roma adlı bir qəsəbədə keçir. Orta təbəqədən olan bir ailədir. Ata elmi tədqiqat adı ilə evdən çıxır bir geri qayıtmır. Əslində gənc bir sevgilisi var onunla yaşayır. Evin qadını hər şeyi öyrənəndə dərin sarsıntı keçirir, əsəbi gərgindir, isterik hallar davam edir. Evin qulluqçusu dayəsi Kleo uşaqlara böyük sevgi qayğı ilə yanaşır. Uşaqlar da onu sevirlər.

Kleo Alfonso Kuaronun dayəsi Libodur. Film Liboya ithaf olunub. Həmin ailə Kuaronun öz ailəsidir. Gündəlik həyatdan sənətə keçid var. Ordan da yaxın Meksika tarixinə. Məlumdur ki, filmin keçdiyi tarixlərdə Meksikada Korpus Kristi qətliamı baş vermişdi. 1968-ci il tələbə hadisələri qətliamının davamı idi, bir növ. Kleonu hamilə buraxıb qaçan Fermin Korpus Kristi qətliamının icraçılarından birinə çevrilir. Diktator hökumət Fermin kimi adamlardan gənclərin etirazlarını yatırmaları qətliam törətmələri üçün istifadə edir. Hadisə baş verərkən Kleo ev sahibəsinin anası doğulacaq olan uşaqçün beşik almaq üçün mağazadadırlar. Hadisələri böyük şəffaf pəncərənin arxasından izləyirlər. Meksika hökuməti, xalq dünya kimi. Fermin silahla içəri girir qorxudan Kleonun doğum sancısı tutur. Çünki Fermin onu və uşağını öldürməklə təhdid etmişdi.

Filmi kadr-kadr, detal-detal analiz etmək olar. Yenə ən gözəl analiz izləməkdir. Digər bir səhnə olduqca təsirlidir. Uşaq ölü doğulur. Kleo sarsıntı keçirir, depressiyaya girir. Daha sonra üzməyi bacarmayan Kleo uşaqları xilas etmək üçün özünü dalğaların qoynuna atır. Uşaqları xilas edir hönkürərək deyir: "Onun ölməyini istəmişdim". Yəni uşağın. Alfonso Kuaron orta təbəqədən olan bir ailənin başsız, atasız qalması fonunda lidersiz olan, diktatorların oyuncağına çevrilən Meksikanın taleyini birləşdirir. Kleonu isə ekzistensial çıxılmazlıqdan ürəyi, uşaqlara olan sevgisi xilas edir. XXI əsrdə sənət dili effektiv olan insanın daxilinə, həqiqət duyğusuna sadiq filmlər az çəkilir. Ağ-qara effektlərlə çəkilən filmdə gerçək mənada yaxın plan çəkilişi yoxdur. Uzaq plandan götürülür bütün kadrlar. Bəzən danışanın da kim olduğunu belə müəyyən etmək olmur.

Alfonso Kuaron olduqca estet bir rejissordur. Filmə su təyyarə metaforu ilə başlayıb onlarla da bitirməsi ilə geriyə axan zaman intervalında həyat sənətin ortasında bir dünya-kino yaradır. Filmdə heç artıq əskik deyil. Uşaqların otaqlarına asılan 1968-ci il Olimpiya Oyunları 1970-ci il Futbol üzrə Dünya Kubokunun afişaları diqqəti cəlb edir. afişalar qəfildən kadrdan çıxarılır. Niyə? Kuaron demək istəyir ki, xalq müflis vəziyyətdə yaşayarkən Meksika paytaxt Mexiko belə böyük işin altına girib vitrin ölkə, vitrin şəhər kimi təqdim edilib. Çünki dünyaya daima inkişafda olan ölkə imici mesajı verilməlidir. "Roma" filmi ən yaxşı rejissor, xarici dildə ən yaxşı film, ən yaxşı kinematoqrafiya işlərinə görə "Oskar" mükafatına layiq görülüb. Ondan əvvəl Venesiya Kino Festivalında "Qızıl Şir"i qazanıb. Ümumilikdə 250-dən çox mükafat alan "Roma" elitar kinematoqrafiya örnəyidir.

"Roma" filmində ağ-qara çəkiliş ən modern yüksək texnologiya ilə tərtəmiz çəkilib. Film 1970-ci illərlə bağlı nostalji hisslər aşılasa da, çağdaş kino sənətinin parlaq bir nümunəsi olduğunu da göstərir. Bu baxımdan ağ-qara çəkilişlərdən istifadə edən müasir rejissorlardan fərqlənir Kuaron. Misal üçün, polyak rejissor Pavel Pavlikovskinin "Soyuq müharibə" (2018) filmiağ-qara çəkilişdir. Lakin Pavlikovski bir qədər kirli, nostalji bir ağ-qaradan istifadə edib. "Soyuq müharibə" filmində 1949-1969-cu illərdə bir-birinə aşiq olan Viktor və Zuzannanın (Zula) eşq hekayəsindən bəhs edir. Nostalji effektlər, və qaranın çaları mövzu və dərin sevgi ilə uzlaşır.

Rəngli və sürətli dünyamızda "Roma" filmi sıxıcı və rəngsiz görünə bilər. Hardasa başadüşüləndir. Su metaforu ilə tozlanmış evlər, həyətlər, həyatlar, küçələr, ölkələr və duyğuları təmizləyir bu film. Məhz bu məqamda dumanlı, xroniki tarixdən aydın görüntülər qalır. Gözlərimizdə, zehnimizdə və ürəyimizdə. Farslaşmayan yeganə tarix də, məkan da, zaman da sənətin tarixidir Alfonso Kuaronun obyektivində. Film bitir, yenə təyyarə uçur, yaddaş səhnəsi boylanır. Lap popkorn yeyəndə və Coca-Cola içəndə də Roma qəsəbəsindəki o aydın görüntülər və detallar yada düşür. Ürəyimizə nüfuz edir. Ən azı saniyədə 24 dəfə!

 

Ülvi BABASOY

 

Ədəbiyyat qəzeti.- 2022.- 3 sentyabr.-S.3.