Bədii mətndə hadisəçilik   

 

 

 

Mən dünya ədəbiyyatı ilə çox maraqlanıram çap olunan bütün dəyərli bədii yazıları oxumağa çalışıram, o yazıların yaxşı mənfi tərəflərini bütöv görməyə can atıram. O yaşamı bütün varlığımla yaşamağa cəhd göstərirəm. Bu yaşam prosesi mənə çox şeyləri məlum edir. Məlumdur ki, müasir dünyamızın əsas məsələsi olan qloballaşma anlamı, onun gerçəkliyi bütün dünya ədəabiyyatını sarıb. Artıq müxtəlif xalqların ədəbiyyatının bir-birinə yaxşı mənada təsiri inkaredilməzdi. Bu bəhrələnmə bütün xalqların ədəbiyyatına müsbət cəhətlər bəxş etməkdədir, hələ çox şey bəxş edəcək. Məncə, bu vacib inteqrasiya xalqların bir-birini anlamasına çox kömək edəcək dünyanın vahid dünya kimi formalaşmasında böyük rol oynayacaq. Bu məqam getdikcə varlığını dünyada daha aydın göstərəcək. Bu, yaşadığımız dünyanın daha da yaxşı olmasına mütləq kömək edəcək. Axı bu, sıradan olan bir gerçəklik deyil, yetərincə qlobal gerçəklikdi. Mən həmin gerçəkliyi yaşayanda dünya ədəbiyyatında belə yaxınlaşmanı görsəm müxtəlif bədii yazıları, müxtəlif romanları oxuyanda diqqətimi çox maraqlı bir məqam cəlb elədi. Deyilən şey çox vacib olduğundan bu cəhətin üstündən sükutla keçmək düz olmaz. Bildirim ki, həmin bədii mətnlərdə müxtəliflik, rəngarənglik, həmişə yüksək anlamların təbliğ olunması çox yaxşıdır. Hətta bu, dünyanın indiki vaxtında çox vacibdir.

Məni narahat edən tamamilə ayrı məsələdir. Mən oxuduğum bədii mətnləri bir-birindən fərqləndirəndə  həmin yazılarda fiziki hadisəçiliyə ifrat meyil gördüm, hadisəçiliyin ədəbiyyatın çərçivələrindən kənarlaşdığını dərindən müşahidə etdim. Bu meyil Qərb ədəbiyyatında ötən yüzilliyin ortalarından başlayan bir prosesdir bu da postsovet respublikalarına son ötən yüzilliyin doxsanıncı illərindən sirayət edib bunu ədəbi etalon kimi fetişləşdirib. Artıq Qərb ədəbiyyatında fiziki hadisəçilikdən qurtulma prosesi başlayıb. Nəhayət, Qərb yazarları anlayıblar ki, bu cür fiziki hadisəçilik ədəbiyyatın mahiyyətini, mənasını məhv edir. Son vaxtlar Qərb ədəbiyyatının nüfuzlu nümayəndələri etiraf etməyə başlayıb ki, ədəbiyyatı, əsasən yazılan romanları Hollivud kino reallıqlarına uyğun yazmaq böyük bir yanlışlıqdır bu, ədəbiyyatın inkişafına heç bir təbiilik gətirmir, əksinə, o, ədəbiyyatı böyük mənəvi anlamlardan kənar edir. Gəlin etiraf edək ki, Hollivudda əsasən kommersiya filmləri çəkilir, ciddi filmlərə çox maliyyə ayrılmır. Təsadüfi deyil ki, Amerikanın bir çox ciddi kinoşünasları son zamanlar bu barədə çox yazırlar, belə bir şeyin çox mənfi mənəvi fəsadlara səbəb olacağını qeyd edirlər. Fikrimcə, düz edirlər. Bəzən kinoşünaslar Hollivudun döyüş kommersiya filmlərində fövqəl insanın obrazlarının təbliğ olunduğunu deyir, deyirlər ki, bu, indiki vaxtda insanlara olmazın inam aşılayır onların əmsalını artırır. Mən bu tezislə qətiyyən razı deyiləm. Mənimlə razılaşarsınız ki, insanın fiziki gücü hansısa həddə qədərdi, onun Allah tərəfindən müəyyənləşdirilmiş hüdudu var, filmlərdə qədər fövqəl insan təbliğ olunsa da, bəşər övladının fiziki gücü artmayacaq, ona əlavə imkanlar bəxş etməyəcək. Məncə, filmlərdə insan ağlının, təhtəlşüurunun ruhunun imkanlarını təbliğ etmək lazımdır. Düzdür, insan ağlının da həddi var, o da yalnız harasa qədər gedib çıxa bilər, bəşər övladının ağlının dərk etmə imkanları hansısa məqama qədər olsa da, ağlın dərk etmə imkanı onun fiziki gücünün qavramaq imkanlarından qat-qat çoxdur, bu, müasir dünyada inkar edilməyən bir nəzəriyyədir bununla belə Allah insanda hüdudu olmayan müəyyən anlamlar yaradıbdır haçan bəşər övladı o imkanlara müraciət edirsə, o imkanı hərəkətə gətirməyi bacarırsa istədiyinə çox asanlıqla nail olur. Bu, insanın təhtəlşüuru ruhunun imkanlarıdı, düşünürəm ki, insan təhtəlşüurunun alt qatında yaşamağı bacarsa varlığındakı ruhunun imkanlarına sığınsa, bəşər övladı istənilən möcüzələr yaratmaq imkanlarına sahib ola bilər. Məncə, müasir dünyada insanın yaşamı da bunu təsdiqləməkdədir.

 

Amerikanın və dünyanın kino sahəsində ən nüfuzlu mükafatı olan Oskar mükafatı yalnız ciddi və mahiyyəti yüksək olan filmlərə təqdim edilir, mükafata təqdim edilən filmləri məhz bu rakursdan dəyərləndirirlər, bu belə olsa da, bir çox Amerika yazıçıları Hollivudda hələ ki yaxşı maddi qazanc olmasına görə bütün romanlarını hadisəçilik əsasında qururlar, o mənfi meyildən imtina etmirlər, yəni artıq Qərb ədəbiyyatı kultno (kultno-mənəviyyatın inkarı) ilə məşğuldurlar. Hələ ki Qərb ədəbiyyatında hadisəçilikdən imtina  edilmə meyli total deyil, lakonikdir. Bu belə olsa da Qərb ədəbiyyatında artıq bu mənfi tendensiyadan kənarlaşmaq istəyən yazıçılar var. Bir çox Qərb yazıçıları avtobioqrafik romanlar yazmağa meyil göstərir, mətndə fiziki hadisəçilikdən yayınmağa çalışırlar. Bu ədəbi proses əsasən Norveçalman ədəbiyyatında müxtəlif cəhətlərini göstərməkdədir, hələ ki bu belə olsa da Qərb və rus ədəbiyyatının bu tənəzzüldən yayınmaq istəməsi istənilən qədər də deyil. Bildirdiyim kimi, bu ədəbi proses postsovet respublikalarında da gerçəkliyini göstərir, Rusiya yazıçısı Gözəl Yaxinanın romanları ölkəsində nüfuzlu ədəbi mükafatlar qazansa da, ifrat fiziki hadisələrin üzərində qurulur, fiziki hadisələr xronoloji halda sıralanır və romanlardakı obrazların mənasının açılması tamamilə unudulur, o barədə nəyəsə cəhd edilmir, ən əsası da belə romanlar heç bir fəlsəfi məna daşımır, ədəbiyyata və fəlsəfi fikrə heç bir şey əlavə etmir (müasir Azərbaycan ədəbiyyatında da bu meyil çox güclüdü, ən dəhşətlisi də odur ki, müxtəlif ədəbi nəslə aid olan yazıçılar Qərb ədəbiyyatından təsirlənərək belə çiy romanlarla ədəbiyyatımızın layiqli inkişafını təmin etməyi bacarmırlar, ən mənasız məqam odur ki, həmin çiy romanlar da müxtəlif ədəbi mükafatlara layiq görülür).

Dünya şöhrətli yazıçılar bir şeyi qəbul etmirlər ki, fikrin fəlsəfəsi dövrü çoxdan bitib, indi hissin fəlsəfəsi dövrüdür və yalnız ədəbiyyat bu gerçəkliklərin təməli əsasında yazılmalıdır. Fiziki hadisəçilikdən törəyən fəlsəfə ilə indiki vaxtda dünyaya və dünyadakı fəlsəfi fikrə ciddi heç nə bəxş etmək mümkün deyil, artıq dünyadakı fikrin fəlsəfəsini klassik fəlsəfə adlandırmaq lazımdır, müasir fəlsəfə deyil. Fiziki hadisədən törəyən fikrin fəlsəfəsi hansısa intellektual yaratmaqdan uzaqdır və əgər hansısa intellektual yaratsa da bu intellektual yarımçıq olur. Fikrin fəlsəfəsi yalnız fiziki anlayışın gerçəkliyini öncələməyi bacarır, digər şeyi öncələmək imkanı yoxdur, hələ ki çox tərəfləri bəlli olmayan hissin fəlsəfəsi bunun əksinədir, hissin fəlsəfəsi elə bir gerçəklikdir ki, o hər bir halda həm fiziki reallığı, həm də mistik anlayışların gerçəkliklərini öncələyə bilir. Bu səbəbdən də dünyadakı bütün elmlərdə və ədəbiyyatda, mədəniyyətdə, incəsənətdə və sairdə mahiyyəti hadisəçilik olan gerçəkliklərə müraciət etmək lazım deyil. Məncə, bu ciddi səbəb ədəbiyyatda fiziki hadisəçiliyin hansı bəsit imkanları olduğunu yaxşı göstərir, yaşamın bu cəhəti bizə deyir ki, birmənalı formada ədəbiyyatda daha dərinə getmək istəyiriksə və dünya ədəbiyyatına hansısa yenilikləri gətirmək istəyiriksə həmin halda mistikanın mahiyyətini ədəbiyyata gətirməliyik, fiziki hadisəçiliyi deyil. Fikrimcə, bu, indiki halda ədəbiyyatın ən vacib tərəfi olmalıdır, axı bizlər bilmirik ki, Allahın reallığı hansı reallıqdır.

 

 

İbrahim İBRAHİMLİ

 

Ədəbiyyat qəzeti.- 2022.- 3 sentyabr.- S.23.