Vaqif və Bethoven
Sakitdi, yorğundu Bonn küçələri,
Kim isə yemləyir
boz sərçələri.
Bethoven sakitcə baxıb yol keçir,
Bu an Qarabağda, Cıdır düzündə,
Vaqif bu dünyadan narahat köçür.
O an Bethovenin
Ağlında "Fiqaro", incə
bir səda,
Vaqifin qolları dönür qanada,
Onu alıb uçur Cıdır düzündə,
Bonnda Bethoveni qaldıran kütlə,
Şuşada Vaqifi qayadan atır.
Vaqif qıyya çəkir Cıdır düzündə,
Bonnda Bethovenin
qulağı batır.
O gündən
Nə yağış səsini,
nə quş səsini
Daha eşitmədi bir də Bethoven,
Amma duymasa da, eşitməsə
də,
Bütün Avropanın şah əsərini
Göydə Allah yazdı, yerdə
Bethoven,
Qətlə yetirildi nadan əliylə,
Vaqif şəklə
döndü sözün
üzündə.
İki yüz il
sonar
Ona heykəl
qoyduq Cıdır düzündə.
Bircə qarış torpaq
bəsdi
Sinəmi
açıram doğan
günəşə,
Olandan, olmazdan
agah etməyə.
Mənə bircə qarış
torpaq da bəsdi,
Könlümü üstündə padşah
etməyə.
Budaqda
son qalan yarpaq da bəsdi,
Bürünüb gecəni sabah etməyə.
İlahi,
gözəldi belə
yaşamaq,
Səhər oyanırsan, axşam yatırsan.
Sonuncu ümidin bir quş yuvası,
Əlində-ovcunda bir şam yatırsan
Bu güvənsiz dünya səni aldatdı,
Aldana-aldana, adam, yatırsan.
Sənə də xoş gəlməz belə yaşamaq,
Hələ çox vaxtın var günah etməyə.
Əkdim,
ürəyimdən sevgi
göyərdi,
Suyu səndən
oldu, dəni özümdən.
Bu candan ayrılıb çıxdım ucaya,
Dağı səndən oldu,
çəni özümdən
Mən səni hamıdan qoruya bildim,
Qoruya bilmədim
səni özümdən.
Yüyürdüm, yıxıldım, gücüm
yetmədi
Yıxıldığın yeri dərgah etməyə.
Yazda çiçək əkir,
qışda gül üzür,
Bu gülün iyi
var, heç özü yoxdu.
Dinir, pıçıltısı qulağa
çatmır,
Döyünür, gecəsi, gündüzü
yoxdu.
Verir təmənnasız eşqini
mənə,
Nə gərək
könlümə günah
etməyə.
Mənə bircə qarış
torpaq da bəsdi,
Üstündə könlümü Padşah
etməyə.
Dərd çəkən
İçi qəm-qüssə dolu,
Gözləri dörd axtarır.
Ağlamağa bir səbəb,
Çəkməyə dərd axtarır.
Üzür dərdin içində,
Sanasan Kürdə
üzür.
Uzaqda bir dərd görsə,
Görərsən dərdə üzür.
Çağırın dərdi, gəlsin,
Bir gözəl
bədən verim.
Belə
ki, dərd çəkəndi,
Bir dərd
də qoy, mən verim.
Səninlə
O havada deyiləm,
Deyəm-güləm səninlə.
Yanam sənin oduna,
Ölsən, öləm səninlə.
Bir əl gəzə yaxanca,
Bir göz baxa oğrunca,
Hara getsən arxanca
Durub gələm
səninlə.
Xoş vaxtın, çağın
oldum,
Gah bağça-bağın oldum,
Yandın,
ocağın oldum,
İndi küləm səninlə.
Bu dəm görən nə dəmdi,
Eyhamımdı, tənəmdi,
Pozsan, kağız sinəmdi,
Yazsan, qələm
səninlə.
Hərdən dən at
Canım
bir ac quş kimidi,
Bax, arada qar, sazağa.
Tut əlimi qoy sinənə,
Uçub getməsin uzağa.
Hərdən dən at gözlərindən,
Dodağında su yeri qoy.
Gördün səndən ucadadı,
Enməyinə əl yeri qoy.
Saçlarını kaman eylə,
Kirpiyindən bir ox götür.
Elə ki, gözündən vurdun,
Görərsən sinəndə ötür.
Qollarını çəpər eylə,
Gündüzlər qonsun üstünə.
Bir şam yandır, yoluna tut,
Gecələr gəlsin istinə.
Dəlimisən, aşiqmisən,
Nə var anlat gözlərindən.
Canım
bir ac quş kimidi,
Hərdən dən at gözlərindən.
Bu göz yaşları
Düşər cazibəyə, dönər,
fırlanar,
Alışar, odlanar, yanar, qorlanar,
Nə yazda bar tutar, qışda barlanar,
Göyərməz dünyanın bu göz yaşları.
Körpə yanağında, qadın
gözündə,
Dünyanın yükünü saxlar
özündə,
Göyərər çiçəyi, gülü üzündə,
Göyərməz dünyanın bu göz yaşları.
Sərçə dimdiyində bir
damcı sudu,
Bir damcı su olub
söndürər odu,
Sönən gözün odu,
bax, odu-budu,
Göyərməz dünyanın bu göz yaşları.
Zaman unutdurar duz-çörəyi,
Kövrəldər bir şirin söz mələyi də,
Göyərər qırılmış quş lələyi də,
Göyərməz dünyanın bu göz yaşları.
Hərdən dodaq qaçar,
sözdən göyərər,
Küldən tumurcuqlar, közdən
göyərər,
Göz də çiçəkləyər,
göz də göyərər,
Göyərməz dünyanın bu göz yaşları.
Qancığı, köpəyi özgə
havada,
Biri tayadadı, biri yuvada,
Vallah, belə gündə, belə havada
Göyərməz dünyanın bu göz yaşları.
Sevdiyinə yetir
Qorxuram bu sirr açıla,
Nə aşkardı,
nə sirr, ölür.
Hələ tumdu, cücərməmiş
Sinəmdə bir şeir ölür.
Göydə yatdı, yerdə
durdu,
Çöp daşıdı, yuva
qurdu,
Can sürüdü, yollar yordu,
Vaxtı yetmiş bir pir ölür.
Axşam
gecdi, səhər erkən,
Vaxt ötərgi, əcəl ərgən,
Hələ gözü açıq
ikən
Sevdiyinə yetir, ölür.
Gün doğdu
Suyunu bulud verdi,
Dənini qara torpaq.
Hər gün bir az böyüdü,
Böyüdü yarpaq-yarpaq.
Döndü dost gülüşünə,
Yada dəyən
daş oldu.
Üzümdə gülər ikən,
İçimdə savaş oldu.
Döndü bal arısına,
Hər gün bir gülə qondu.
Hərdən rəndə götürüb
Məni içimdən yondu.
Hər gələn aldı getdi,
Gözüm bir bazar oldu.
Neçəsini dəfn etdim,
İçim bir məzar oldu.
Gün doğdu yurd yerindən,
Tale mənə yar
oldu.
Yazan qələmin ucu
Dönüb laləzar oldu.
Mədə bulağı
Bu üstü mamırlı qranit qaya
Bəlkə milyon ildi beləcə
baxır.
Torpaqdan
dikəlib boylanır çaya,
Axır damcı-damcı, daşdan
su axır.
Göyün gözləridir, yerin
dodağı,
Ruhu suya dönüb axır durmadan.
Xeyirxah dərvişdi Mədə
bulağı,
Yaxşılıq sərgilər üzə vurmadan.
Suyu götürməyir nə
rəng, nə boya,
Bu yurdun adından,
sanından çıxır.
Gərdəni bənzəyir gərilmiş
yaya,
Torpağın odudur, canından çıxır.
Kimi sakit keçir, kimi lal baxır,
Damcılar ovcunda, tamı dilində.
Dərələr fikirli, yamac, yal baxır,
Şükranlıq daşıyır hamı dilində.
Nə arxa-arxaya, nə üz-üzədi,
Üzülüb dağların yerdən ayağı.
Sirli, çözülməyən bir
möcüzədir,
Masallı, İstisu, Mədə bulağı.
Yer, göy, dağlar
Yer də pillə-pillədi,
Göy də pillə-pillədi.
Hər yer ölçü-biçidə,
Hər şey pillə-pillədi.
Ağaclar yüz yaşında,
Kökü torpaq üstədi.
Torpaq qoca bəstəkar,
Ayrı hava, bəstədi.
Hər qarışı andırır
Ötüb-keçən çağları.
Torpaq çiynini verib,
Qaldırıbdı dağları.
Torpaq damar-damardı,
Əlimin üstü kimi.
Axar suyun istisi
Qalxır
ağ tüstü
kimi.
Burda sular yer altdan
Kükürdlü, qazlı çıxır.
Sanki yar otağından
İşvəli, nazlı çıxır.
İstisi
əl yandırır,
Xəstəyə şəfa olur.
Hər cövrü, hər cəfası
Sonunda səfa
olur.
Burda dağlar çox uca,
Torpaq pillə-pillədi.
Hər söhbəti bir sayaq,
Hər sözü
bir dildədi.
Burdan söhbət açanda,
Hər söz düyün-düyündü.
Ot-ələfi neçə rəng,
Gülü löyün-löyündü.
Üç-dörd günlük qonağıq,
Bir günü
dəyər minə.
Bir təşəkkür borcum
var,
Bu göyün sahibinə,
Bu yerin sahibinə.
Meşə yolu, dağ yolu
Zümrüd meşə, yaşıl
tala, boz yamac,
Ayaq altda qıvrılan dar cığırlar.
Bir ovcunda torpaq qovut, daş umac,
Bir ovcunda yol yol üstə
çıxırlar.
Sıx meşəsi, at işləməz
yolları,
Görən belə bizi hara aparır.
Cığır dönür, izlər
itir, yol yarı,
Dağdan-daşdan sora-sora aparır.
Dərəsinə baxanda göz qaralır,
Ayaq altdan torpaq getsə koldan tut.
Nə ocaq var, nə
od, nə
köz qaralır,
Fikri yoldan, qafiyəni yaldan tut.
Ağacları verib kürək-kürəyə,
İstisinə, bürküsünə toy tutur.
Meşədəki ürəyə bax,
ürəyə,
Qonağına böyürtkəndən pay tutur.
Meşə yolu, dərə
yolu, dağ yolu,
Bu nə hissdi, bir cığırda yaşanar.
İllər sonra bir
ağacı, ya kolu,
Xatırlayar, torpaq anar, daş
anar.
Məmməd TAHİR
Ədəbiyyat qəzeti.- 2022.-
3 sentyabr.-S.29.