Rüstəm Behrudi
haqqında
deyilənlər
Rüstəm Behrudi doqquzmərtəbəli
binaya bənzəyir. Yüksək binanın gözəlliyi yaxından görünmədiyi
kimi, onun gözəlliyini sonradan görəcəklər.
Bəxtiyar Vahabzadə
(Xalq şairi)
Oxudum kitabını hər misran
qana batmış inci, dür.
Bir söz çıxdı dilimdən -
Rüstəm məndən güclüdür.
Xəlil Rza
(Xalq şairi)
Rüstəm Behrudi Vətəndir,
Vətəndir, Vətən!
Məmməd Araz
(Xalq şairi)
İlk baxışda
Rüstəm Behrudinin
şeirləri dəliliyi
xatırladır. Dərinə endikdə anlayırsan
ki, bu, dəliliyin
müdrikliyidir.
Elçin Əfəndiyev
(Xalq yazıçısı)
Rüstəm Behrudinin ötən əsrin 80-ci illərində
25-30 yaşı ancaq olardı. Həmin dövrlər bütün
türk xalqlarının
yenidən oyanış
dövrü idi.
O, Qazaxıstanda, Özbəkistanda
şeirlər oxuyanda,
çıxışlar edəndə
biz göz yaşları
içərisində, ayaq
üstə onu alqışlayırdıq. Rüstəm
Behrudiyə görə,
Azərbaycan xalqı xoşbəxt
taleli xalqdır, belə bir şair
yetişdirib.
Muxtar Şaxanov
(Qazaxıstan və Qırğızıstanın
Xalq yazıçısı)
"Dədə Qorqud"
kitabından sonra, etnik tariximiz heç kəsdə Rüstəm Behrudidə olduğu qədər bu genişlikdə bədiilik predmetinə çevrilməyib.
Tofiq Hacıyev
(akademik)
Türk mifik düşüncə
tərzi, Turan ideyası və türk millətçiliyi
XX əsrin sonlarında
Rüstəm Behrudinin
şeirləri ilə
yenidən həyat qazandı.
Mirəli Seyidov
(professor)
Rüstəm Behrudi bir şaman
nəvəsidir. Hüseynzadə Əli, Ziya
Gökalp, İsmayıl
Kaspıralı, Yusif Akçura bunların hamısı birər Şaman nəvəsi deyilmi?!
Rüstəm Behrudi zamanlar üstündə yaşayan
bir şair. Onu oxurkən
həyəcanıma sədd
vurmaq mümkün deyil. Ağırbaşlı bir yazı ilə Rüstəm anlatılmaz. O, Kərəmin
ağzından çıxan
alovdur, özünü
də yandırar, məni də. O, şüşənin dibindəki
divdir, özünü
də qəhr edər, məni də.
Rüstəmi ağırbaşlı bir
yazıya sığdırmaq
mümkün deyil.
Əhməd Bican Ərculasun
(professor)
Əzizim
Rüstəm! Sən mənim gözümdə
həmişə kənddən
yenicə gəlmiş
o gənc oğlan, tələskən, haqsızlığa
dözməyən, senzurasız
dahisən!
Sabir Rüstəmxanlı
(Xalq şairi)
Hər kəs dar ağacına
salam verə
bilər. Ancaq dar ağacının
salamını aldığı
tək şair Rüstəm Behrudidir.
Ramiz Rövşən
(Xalq şairi)
Rüstəm Behrudinin şeirləri, türk ruhu haqqında əbədiyyət
nəğmələridir. Oljas da nəhəngdir. Çingiz Aytmatov
da, Rüstəm Behrudi də onlar kimi mənəvi,
arxeoloji işi yerinə yetirir.
Nizami Cəfərov
(akademik)
Rüstəm Behrudinin Tanrının özünə də müxalif olan şeirləri Tanrıya bakirə sevginin özü kimi qalacaq.
Kamil Vəli
(professor)
20 il
öncə bir yazımda demişdim. Əsrin sonudur. Dönüb geri baxıram.
"Heydərbaba" kimi bir neçə
möhtəşəm poeziya
örnəklərimiz var. Ancaq
biz XX əsrdən XXI əsrə
bir şeir apara bilirik. Rüstəm Behrudinin
"Salam, dar ağacı".
Firudin Cəlilov
(professor)
Rüstəm Behrudi özünü həm qalibin, həm məğlubun yerinə qoymağı Füzulidən, Sabirdən
M.Araza, B.Vahabzadəyə
qədər olan poeziyanın vətəndaşlıq
qayəsinin bütün
mənalarda müstəvisini
dəyişdi. Şəxsiyyət və millət
vəhdəti özünü
insanın fiziki simasında yox, ruhum ölməzliyində
təsdiq etdi.
Kamran Əliyev
(akademik,
Əməkdar elm xadimi)
Kürsüdə ömrünün, baharını
yaşayan bir gəncin edam sehnasına, salam göndərişi... Qorxunc bir
səssizlik.
Əleyküməssalam, Rüstəm Behrudi. Alqış,
alqış, həm də dəfələrlə
alqış!
Coşqun Qırca
Ədəbiyyat qəzeti.- 2022.-
10 sentyabr.- S.6.