Bu qədər şəhidi olan ölkənin
Qocası ölümdən
qorxan deyil ki...
Bu qədər
şəhidi
olan ölkənin
Qocası
ölümdən
qorxan deyil ki...
Titrək
əllərində əsa umudu
Yaşamaq
öyrənir ömür ağrıdan.
Yəni
doğrudanmı yaşamaq budu,
Yəni doğrudanmı?
Yəni
doğrudan!
Sona nə
yazıbmış kor olası baxt
Uzaq
yaxın olmur, yaxın uzaqmı?
Taleyin
sözünə baxmırdı bir vaxt
İndi də
ayağın sözünə baxmır.
Gəlib
gəlmədiyin bəlli deyil ki
Nə
torpaq sevinər, nə ayaqların.
Burdan
başlamışdı hər şeyin ilki
Və...
uşaq çağların - uzaq çağların.
Yüz il
yaşasa da ömrün gözü ac;
Yəqin,
gəncliyimi gətirib yada.
Halıma
nəfəsi təngiyən yamac
Dərədən
təpəyə ayaq açmada...
Batır
qocalığın çıxardığı səs
Ürəyin
yamacda mələyən quzu
Neyləsin
yerinə utanan həvəs,
İçində
qönçəsi qan olan arzu?
İstəsən
haqqını istə ki, haqdan
Güc
verən tək olan Allahdır, təkə.
Axsaq
ayağına baxıb uzaqdan
Çıxdığın
zirvələr xəcalət çəkər.
Qocalan
gözlərin düşüb çuxura
Ay
batır, gün doğub gününü sayır.
Özünü
bənzətmə axsaq Teymura
Tək sən
axsamırsan dövran axsayır.
Kim yola
qaytarsın yoldan sapanı
Canından
keçmədə ruhun ağrıdan.
Yəni
doğrudanmı çevrə qapanır
Yəni
doğrudanmı?
Yəni
doğrudan!
Heyrətə
salmaz ki halın bir kəsi
Arı da
çiçəkdən bal tapmır bəzən
Ey
gücü tükənən çəkim mərkəzi,
Ən
yaxın dostların ən uzaq gəzən.
Amma
qocalığa çatmaz hövsələn
Cismin
üşürgənər bu son çağrıdan.
Yəni
doğrudanmı ölümdü gələn
Yəni
doğrudanmı?
Yəni
doğrudan!
Bəlkəmi?
Bir sonu varmı bəlkənin,
Borc desək,
borcumuz bir can deyil ki?!
Bu qədər
şəhidi olan ölkənin
Qocası
ölümdən qorxan deyil ki?!
Tovuz-Əsrik,
6-7 avqust
2022
Yaxarış...
Nəynən
düşür ayaqları olmayan axşam?
Səhər
hansı ayaqla gəlir,
Və...
xəbər hansı ayaqla?
(Acizdi
Süleyman peyğəmbəri
öləndən
sonra da
ayaqda
saxlayan
Əlimə
aldığım əsa...)
Səhərə,
axşama,
xəbərə
verdiyin ayaqlardan
mənə
də ver, Allahım,
Nolar,
nolar məni də ayaqda saxla...
Məmməd
İSMAYIL
Ədəbiyyat qəzeti.- 2022.- 10
sentyabr.- S.10.