Şəhid anasının
mənzərəsi...
Kəsib
ürəyimin nəfəs
yolunu...
Boğulur, az qala candan can çıxır...
Elə burur ki o, ruhun
qolunu -
Ağrıdan dişini dişinə
sıxır...
Dönüb ox - süngüyə ana fəryadı
Əridir,
bir anda daşı da, dəlir...
Kükrəyən dənizdi, coşan
dəryadı -
Çıxıb yatağından üstümə
gəlir!..
Şəhid anasının baxışı
altda
Gözüm ayağımın ucunu
didir...
Ən böyük sükut da budur həyatda
-
Burda söz acizdi, burda söz bitir...
Bir dəqiqəlik sükut
Şəhidlərimizə
Bir gilə sükut...
bir gilə göz yaşı...
bir gilə torpaq...
Anında
ürəyinlə bax
-
Sükut
göz yaşını
dondurub...
Göz yaşı
torpağı yandırıb...
Yanan torpaq -
tökülən qanın,
Əbədi məşəl olduğuna
ağlı kəsən,
duyan və anlayan
Adamları inandırıb!..
Bir gilə sükut
bir gilə göz yaşında
Durulanıb...
Bir gilə göz yaşı
bir gilə torpaqda
Qurulanıb....
Və sonda
Bir dəqiqəlik sükutla
Bu torpaq
əbədi qürurlanıb!
Döyüşü vətən udub
Didəmdə donan yaşı
Bu gün əritməyəcəm!
Qəlbimə sıxıb daşı
-
Onu kiritməyəcəm...
Ahımın tüstüsünə
Su da çiləməyəcəm!
Mən savaş bürküsünə
Səbr
diləməyəcəm!
Tətikdəki barmağı
Ürəyimlə öpəcəm!
Şəhid qanlı torpağı
Gözlərimə təpəcəm!
Son hücumun nidasın,
Bayrağıma tən tutub...
Hayqıracam sədasın -
Döyüşü vətən udub!
Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat qəzeti.- 2022.-
17 sentyabr.- S.26.