Azadlığın günəş rəmzi
Payız...dövründən, sənətindən asılı olmayaraq simmetriya - tənasüblük elementlərindən, rənglərin və səslərin qarşılıqlı əlaqəsindən başqa təbiətin real və obyektiv varlığıdır. Bu fəsil sevgilərlə yanaşı ayrılıqları da özündə ehtiva edir. Payızın gözəlliyi bütün şairlərin ilham mənbəyi olmuşdu. "Payıza bürünüb yazdım şeirimi" (Musa Yaqub). Payızın yarpaq tökümünün başlangıcında sentyabr ayının 21-də doğulan Nurəngiz Gün bütün ömrünü özünün azad, müstəqil poeziya haləsinin işığında yaşadı. Bu istedad işığı onu Azərbaycan oxucusuna tanıdaraq, sevdirdi:
Azadlıq qoxuyur onun
Göylərində ab-havası.
Və azadlıq havasının... küyü yox,
Özü gəzir təbəssümdə, gözlərdə.
Ümumən türk ədəbiyyatında doğma ədəbiyyatımızda azadlıq təşnəsi həmişə aktual mövzu olub. Millətimiz öz varlığını tarixə sübut etmək üçün zaman-zaman bütün maneələri dəf edərək azadlığa can atıb. Demək ki, azadlıq və milli istiqlal bəzən ideal kimi, bəzən isə həqiqət kimi bədii əsərlərdə xüsusilə poeziyamızda ön planda olub.Nurəngiz Günün şeirləri saplağından qırılanadək azadlıq yolu gedir. Və bütün yolları böyük mücadilələrlə, lakin səssizcə keçir. Onun şeirləri çiynində günəş tayası olan, ümid və qürur hissi ilə yol gedən yolçunu xatırladır.
Yol gedirəm, sinəm qaralanadək
Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləzəyib saralanadək.
Milli ruh, düşüncə tərzi gözəlliyin tərifində, təsvirində deyil, xalq ruhunun ifadəsindədir. Millilik, xalqının tarixi acısını duyduqlarında və bədii əsərlərdə müəllifin bədii təfəkkürünün özünəməxsusluğunda daha tam şəkildə təcəssüm olunur.
Düşmənin amansız mövqeyi poeziyanın daima diqqət mərkəzində olmuşdu. olmuşdu. Xalqının yaşadığı haqsızlıqlara uğramış günləri "inqalar ana döşü əvəzinə, indicə torpağı əməcəklər" ("Xocalı simfoniyası" poemasından) Nurəngiz xanım uşaqların məsum hissləri ilə birlikdə ağlamışdı. İllər öncə düşmən əsirliyindəqalmış Azərbaycan torpaqlarınınahı yoncasından küknarınadək... qisas ucün susamışdı:
Yonur-tökür şaçlarını yoncalar,
O balaca qız üçün,
çöl boyu qaçışan, "can gülüm
can"
oynayan uşaqlarçün
darıxır yoncalar...
ağaclar!
Bu ayrılıq feilinə sizsiniz günahkar,
Bəşəri Zalımlar!
Son iki ildə Azərbaycan xalqı payızı milli mücadilə mövsümü
kimi keçirir. Təsadüfi deyil ki, zəfər
tariximiz məhz elə payızda yazılır.
Azadlıq qayəsi Qarabağın işğaldan azad olması uğrunda Vətən savaşında
öz tarixi zirvəsinə qovuşdu. Tarixin təcrübəsinə istinad
edərək biz belə
hesab edirk ki, dövlət, xalq, ordu məhz
milli istiqlal, azadlıq enerjisi ilə silahlanaraq, 44 günlük Vətən savaşında türkün
əbədi düşməni
olan işğalçı
ermənilərə qalib
gəldi. Hələ zaman-zaman bu
qalibiyyət ruhu poeziyamızda yeni-yeni əsərlərə mövzu
olacaq.
Ömür vəfa etsəydi,
Azərbaycan xalqının
milli ərazi bütövlüyünun azadlığa
qovuşduğu günlərdə sevinc və qürur hissi ilə "köksümün eşq qübbəsinə toxunma!
ay uşaq..." deyə müraciətlə
"Quş, məkan,
şair və vətənə dair aydın cavab" şeirinin davamı kimiyeni-yeni istiqlal şeirləri yazardı.
Türkün eli böyükdür.
O Vətən ki,
basılmayır Ulusu!
Və insanı.
XX əsr Azərbaycan
poeziyasında Nurəngiz
Gün yaradıcılığı
milli mənlikdən yoğrulmuş şair-vətəndaş
mövqeyinin, sənətkar
şəxsiyyətinin nəfəsi
kimi duyulmaqdadır. Onun üçün
söz ədalətin
düşməni ilə
əbədi döyüş
vasitəsi idi. Onun üçün söz nəbz, zəmanənin haqq səsi kimi yaranmışdı.
"Haqq istəmək,Düz danışmaq
,Hələ qalsın
bir tərəfə, Göz yaşı da,Hıçqıraq da, Yasaq olan bir
ölkədə, Qatı
zülmət işıqlıqda,Nur
kölgədə..." (Bəxtiyar
Vahabzadə)
"Bu torpağın üstündən
Araz adlı bir çay axır...
Qubar dolu suyundan hönkürüb
şərbət içmişəm.
Kənarında dəmir çəpər
var!
Bu çəpərin küncündə
ölmək üçün
Üç arşın yer seçmişəm".
Ömrünün səksən dördüncü
payızında Vətənin
Zəfər çağında
ruhun şad olsun...
Fidan Nizaməddinqızı
Ədəbiyyat qəzeti.- 2022.-
17 sentyabr.- S.5.