Azərbaycan Yazıçılar Birliyinin bəyanatı
Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin yaydığı
məlumatları həyəcan
və ürək ağrısıyla izlədik.
Sentyabrın 12-də gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin
bölmələri Azərbaycan-Ermənistan
dövlət sərhədinin
Daşkəsən, Kəlbəcər
və Laçın istiqamətlərində genişmiqyaslı
təxribat törədib. Mövqelərimiz iriçaplı silahlardan atəşə tutulub.
Azərbaycan Ordusunun düşmənə
layiqli cavabı nəticəsində mənfur
düşmən böyük
itkilər verib və əhəmiyyətli
mövqelər ordumuzun
nəzarəti altına
keçib.
Təəssüflə qeyd etməliyik ki, cavab əməliyyatları
nəticəsində Azərbaycan
Ordusunun 50 igid əsgəri qəhrəmancasına
şəhid olub.
Atəşkəs razılaşmasına baxmayaraq
Ermənistan silahlı
qüvvələri atəşi
davam etdirir, hətta mülki əhalini hədəf almaqdan belə çəkinmir. Elə bu gün Kəlbəcərdə iki
dinc sakinimiz düşmənin təxribatı
nəticəsində yaralanıb.
Üzərinə götürdüyü öhdəliklərdən,
sülh müqaviləsindən
yayınmağa çalışan
Ermənistan Azərbaycanın
ərazi bütövlüyünə
hörmətlə yanaşmaqdan,
sülh müqaviləsi
bağlamaqdan başqa
çıxış yolunun
olmadığını anlamalıdır. Əks halda
məsələni qüdrətli
Azərbaycan Ordusu həll edəcək.
Azərbaycan Yazıçılar Birliyi dünyasını dəyişmiş şəhidlərimizə
Allahdan rəhmət, doğmalarına səbir diləyir. Allah yaralı əsgərlərimizə
şəfa versin.
Dualarımız Azərbaycan
Ordusuyladır!
Ədəbiyyat qəzeti.- 2022.- 17 sentyabr.- S.7.