"Qarabağda talan var" haraylı
ədəbiyyatşünas alim
- Fəridə Hicran
Yaşadığımız planetin və bütün yer üzünün xalqlarının tarixinə
ümumi nəzər salsaq, hər insan ömrü qlobal informasiya mühitində sadəcə
bir "an" kimi görünə bilər. Bununla belə, həmin
"anı" dolduran
hər şey həm planetə, həm də bütün canlılara təsir göstərir.
Biz bütün həyat
mübarizəmizi bu
"an"da başa düşür, məna axtarır, yaşadırıq. Fəridə
xanım Hicranın həm elmi, poetik yaradıcılığı, həm ictimai fəaliyyəti onun vətəndaş alim, ziyalı qadın mövqeyini müharibə deyilən bir "an"a birləşdirir. Və bu "an"ın sadəcə bir
"an" deyil, dünyaya,
bəşəriyyətə ağrı-acısıyla təsir göstərəcək "an" olduğunu çatdırmaq,
tanıtmaq publisist yazıçı,
şairə və I Qarabağ müharibəsi
qazisi Fəridə Hicranın həm də vətəndaş-alim
missiyasıdır.
Fəridə Hicran (Fəridə
Talıb qızı Vəliyeva) folklorşünas
alim, filologiya üzrə fəlsəfə
doktoru, AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
Türk xalqları ədəbiyyatı şöbəsinin
böyük elmi işçisidir. Azərbaycan
Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şurasının, Azərbaycan
Yazıçılar Birliyinin
üzvüdür. 20-yə yaxın kitab və monoqrafiyanın, yüzə yaxın elmi və publisistik
məqalənin müəllifidir.
"Miqrasiya Proseslərinin
Tədqiqi" ictimai birliyinin sədri kimi ictimai vəzifəsini
layiqincə icra edən Fəridə xanım, Qarabağ gerçəkliklərini Haaqa
Ədalət Məhkəməsinə
çatdıran yazar dünyaya haray salan "Qarabağda talan var" kitabının müəllifidir.
Qeyd edək ki, bu
kitab müəllifin özü tərəfindən
Haaqa Ədalət Məhkəməsinin kitabxanasına
da təqdim edilmişdir. "Xan
qızı Natəvan"
əsəri isə Hollandiyada ingilis dilində Fatma Aktaşın dəstəyi
ilə səhnələşdirilib
tamaşaya qoyulub, əsər
Albaniyanın
Galaktika Poetike
ATUNIS portalında yayımlanıb.
Fəridə Hicran bir çox mükafatların,
o cümələdən "Qızıl Qələm",
"Media mükafatı", "Xan qızı Natəvan" mükafatı
və s. laureatıdır.
Onun ən böyük mükafatı isə Azərbaycan Respublikasının
ictimai həyatında
səmərəli fəaliyyətlərinə
görə Azərbaycan
Respublikası Prezidenti
İlham Əliyevin Sərəncamı ilə
"Tərəqqi" medalıdır.
Qarabağ qazisi olan Fəridə Hicran Vəliyeva Ali Baş Komandanımızın və
müzəffər Milli
ordumuzun Qarabağı
Ermənistanın işğalından
azad etməsi sevincini "44 günlük
Vətən müharibəsindən
sonra" layihəsi ilə Niderland krallığına səfəri
zamanı Hollandiyada yaşayan azərbaycanlı
soydaşları ilə
bölüşmüşdü.
Qarabağ həqiqətlərini, Xocalı
faciəsini, milli sərvətimiz olan ədəbi yaddaşımızı,
ədəbiyyatşünaslıq elmimizin Qarabağ irsini dünyaya tanıtmaq sahəsində
fəaliyyəti xüsusilə
təqdirəlayiqdir.
Proqram sponsoru Mehmed Kaplan bəyin, Genel yayın Yönetmeni İbrahim Karaman bəyin və Azərbaycan Lades klubun (vəqfin) sədri Kəmalə Ceylanovanın
dəstəyi ilə
"Life24" telekanalında çıxış edərək
erməni təcavüzkarlığını Avropa xalqlarına çatdırıb.
Özcan
Dəniz bəyin dəstəyi ilə "Hollanda Azərbaycan Türk kültürü"
dərnəyinin rəhbəri
İlhan Aşkınla
bərabər "Dəniz
TV" kanalında "Qarabağ
gerçəkləri və
Talan olmuş Vətənim mövzusunda"
çıxış edib.
Fəridə Hicranın
bu fəaliyyətləri
haqqında videoçarxla
tanış ola bilərsiniz:
Zakirə Əliyeva
Ədəbiyyat qəzeti.- 2022.- 17
sentyabr.- S.15.