"Məclisi-üns"ün
fəaliyyətinin
bərpasına həsr olunmuş tədbirdə
iştirak edən xarici yazarların müsahibəsi
Qırğızıstanlı gənc şair Nurkiz Riskul-kizi:
- Sizin Şuşaya ziyarətinizlə bağlı
təəssüratınız necədir?
- Şuşa çox
gözəl şəhərdir.
Onun təbiəti zəngin və havası çox təmizdir. Azərbaycan xalqı çox vətənpərvərdir.
- Siz bu xarabalıqlarla
yaxından tanış
olmaqla yanaşı, Şuşa şəhərinin
yenidən bərpasının
şahidi oldunuz.
- Bu çox təsiredici bir hadisədir. Biz bunların şahidi
olmuşuq və bu haqda çox
eşitmişik. Çox istərdim
ki, bütün dünyada sülh, firavanlıq olsun. Sizə uğurlar arzulayıram.
- "Məclisi-üns"ün yenidən bərpası haqqında nə deyə bilərsiniz?
- Məclisi-üns çox yaxşı təşkil olunub. Eyni zamanda tədbir
çox rəngarəng
keçdi. Tədbirinizi
çox bəyəndim
və özümü
xoşbəxt hiss edirəm
ki, bu gün
burdayam.
Özbəkistanlı gənc şair Nargiz Asatova:
- Şuşanı ilk dəfə görürdünüz
və burdakı vəziyyət, dağıntılar,
şərait, tikililər,
yeni quruculuq işləri sizdə hansı təəssüratı
oyatdı?
- Bilirsinizmi, mən ilk dəfədir ki, Azərbaycana gəlirəm,
Qarabağa da həmçinin. Bakıya gəldim, Bakı
çox gözəl şəhərdir, mən
onun şəkillərini,
videolarını görmüşdüm.
Canlı
olaraq şəhərin
gözəlliyini, insanların
gözəlliyini öz
gözümlə gördüm.
Qarabağa gələndə isə gözlərimdən
yaş gəldi.
Çünki oradakı xarabalıqlar,
viranəliklər, düşmən
əsarəti məni
çox duyğulandırdı.
Düşünürəm ki, dünyada
insanlar arasında dostluq lazımdır.
Xalqlar arasında dostluq lazımdır. Tədbirdə söz almış şairlər, akademiklər
və digər incəsənət xadimləri
çıxışlarında daha çox dostluğa yer vermişlər.
- Siz "Məclisi-üns"də
iştirak etdiniz. Ümumiyyətlə, ilk dəfə idi
"Məclisi-üns" belə
beynəlxalq formatda keçirilirdi. Səsləndirilən şeirləri dinlədiniz
və bu şeirlərlə bağlı
təəssüratlarınız necədir?
- Şeirlər də
çox gözəl idi. Bilirsinizmi, bizim
Özbəkistanda Heydər
Əliyev adına Mədəniyyət Mərkəzi
ilə və Özbəkistan Yazarlar Birliyi ilə sıx əməkdaşlığımız
var. Orada vaxtaşırı
müşavirələr keçirilir,
azərbaycanlı və
özbəkistanlı yazarlar
da orada iştirak edirlər. Burada gənc azərbaycanlı şairlərin şeirlərini
hər zaman dinləyirəm və indi də dinlədim.
Qırğızıstan, Qazaxıstan,
Azərbaycan, Türkiyə
və Özbəkistan
şairlərinin şeirlərini
də dinlədim. Bütün şeirlər bir mövzu ətrafında Vətən, gənclik haqqında birləşdi.
Özbəkistanlı gənc şair Jumaev Mansur:
- İlk dəfədir
Şuşadasınız, dağıntılar,
xarabalıqlar haqqında
təəssüratlarınız necədir?
- İlk dəfədir
Şuşadayam, İlk
dəfədir Azərbaycandayam. Ürəyimdən keçən sözləri
izah edə bilmirəm. Çox həyəcanlı olduğum üçün
ürəyimdən keçənləri
tam ifadə edə bilmirəm. Bu dağlar, bu gözəllik, bu bağlar yenidən Azərbaycanın tərkibindədir.
Və bu gözəl güşədən gözəl
hisslərlə, şeirlərlə,
duyğularla ayrılacağıq.
- "Məclisi-üns"ün yenidən bərpası haqqında nə düşünürsünüz?
- Xurşidbanu Natəvan haqqında, onun yaratdığı "Məclisi-üns"
haqqında çox maraqlı məlumatları,
çıxışları dinlədik və onun zəngin irsi ilə yaxından
tanış olduq.
Türkiyəli gənc şair
Barış Atabey:
- Şuşaya gəlişiniz
ilk dəfədir. Xarabalıqları, dağıntıları gördünüz. İlk təəssüratlarınızı
istərdim bizimlə bölüşəsiniz.
- Biz Şuşaya obyektiv olaraq bütün dünya insanları adına gəldik
və xarabalıqları,
yanmış, dağılmış
evləri gördük.
Onlardan da əlavə dağılmış məscidləri
gördük. Ermənilər bu gün İstanbulda,
Ankarada, Kayseridə, Türkiyənin bir çox yerində öz kilsələrində
ibadətlərini çox
rahatlıqla edə bilirlər. Ancaq burada məscidlərin
donuz axurına çevrildiyini gördük.
Bunları gördük
və düşündük
ki, azərbaycanlılar
30 il əvvəl
buradan getdiyi vaxt evlərini yandırıb getməmişdilər.
Amma 2 il
əvvəl burdan gedən ermənilər burada daş üstünə daş qoymamışdılar. Onda başa
düşdük ki, ermənilərin əslində
dünyaya hər yerdə yalan dediyi bəllidir. Qarabağ Azərbaycandır
və bu şovinist bir cümlə deyil, həqiqətdir!
- Çox sağ
olun. "Məclisi
üns"də iştirak
elədiniz və ümumiyyətlə, bu cür məclislərin inkişafını, gələcəyini
necə görürsünüz?
Gələcəkdə də yenə
iştirak etmək istəyərdinizmi? Təəssüratlarınızı bizimlə bölüşə
bilərsinizmi?
- "Məclisi-üns" Xurşidbanu Natəvanın
da rəhbəri olduğu çox qədim bir qurumdur, bir məktəbdir,
bir institutdur. Davam etdirilməsi
və həmçinin
inkişaf etdirilməsi
lazımdır. Mən
xoşbəxtəm ki,
bu gün türkdilli dövlətlərdən
yığışaraq "Məclisi üns"ü
bu il yaratdıq
və gələcək
illərdə istedadlı
şairlərdən, yazarlardan
və bütün dünyada insanlardan "Məclisi üns"ə
gələn şəxslər
Xurşidbanu Natəvanı,
onun Aleksandr Düma ilə olan dostluğunu və Xurşidbanu Natəvanın yetişdirdiyi
böyük şairlərimizi
tanıya bilərlər,
o ruhu yaşada bilərlər.
Qırğızıstandan olan gənc şair Berdibek Jamqirçiev:
- Şuşa ilə
bağlı təəssüratınız
necədir?
- Xoşbəxtlikdən mən
bu gün Şuşadayam. Əslində
biz Azərbaycan və
Şusa haqqında cox eşitmişik. Mən ilk dəfədir ki, Şuşadayam və onun gözəlliyini
görürəm. Şuşa məni
cox təəccübləndirdi
və məndə belə bir fikir
formalaşdırdı, sanki
biz hamımız qohumlarıq
və eyni atanın övladlarıyıq.
Biz hamımız türkük
və bü gün burda mən bunu hiss edirəm.
- "Məclisi-üns"ün yenidən bərpası haqqında düşüncələriniz?
- "Məclisi-üns"ün yenidən bərpa olunması çox valehedicidir. Biz burda azərbaycanlı və digər türk ölkələrinin yazıçı
və şairləri ilə tanış
olduq, onların çıxışlarını dinlədik. Əlbəttə
ki, burda olduğum müddətdə
Şuşa haqqında şeirlər yazdım. Qarabağda yaşayan bacı-qardaşlarımızın
ağrılı-acılı günləri haqqında fikirlərimi qələmə
aldım. Şuşa Qırğızıstanın
dağlıq ərazilərinə
bənzəyir və məndə elə bir istək yaranıb ki, həmişə bura gəlib, burda qonaq olum, dincəlim.
Ən əsas da Şuşa,
Azərbaycan, onun gözəlliyi, burada yaşayan insanlar haqqında öz fikirlərimi, şeirlərimi
yazmaq istəyirəm.
Hazırladı: Sayman Aruz
Azərbaycan Yazıçılar Birliyi
sədrinin müşaviri, yazıçı-tədqiqatçı
Ədəbiyyat qəzeti.- 2022.-
17 sentyabr.- S.19.