Ömür arzulardan qısa
"Bu dünya bir pəncərədir",
Gələn qalmaz - baxıb gedər.
Hərənin bir ulduzu var,
Vaxt gələndə
axıb gedər.
Bu kainat sirlə dolu -
Nə yer bəlli, nə göy bəlli.
Gördüyümüz görünməzdir,
Nə doğma,
nə ögey bəlli.
Öləndən sonra yaşamaq
Hamı bilir - deyil asan.
Unudulmaq
qorxusudur
Ölməyindən qorxur insan.
Bəşərin bir düsturu var -
Kim əzəndir, kim
əzilən.
Gecə-gündüz tələsməklə
Tələsirik son mənzilə.
Ömür arzulardan qısa,
Dünya xəyaldan balaca.
Nəsli
kəsilmiş şamanı
Hardan alım, bir fal aça...
14.08.22
Nə var ki, bu dünyada
Ötən ömrü sal yada -
Fürsəti verdik bada.
Nə var ki, bu
dünyada
Yaxşılıqdan o yana?
Kimsəyə tor hörmədim,
Yüyənsiz at sürmədim.
Başqa
qılıq görmədim
Xoş qılıqdan o yana.
Doğulmaqmı uzandı -
"Dar qəfəsdə" usandım...
Yeni dünya qazandım
Qışqırıqdan o yana.
21.05.2022
Hanı
Hanı gördüyümüz köhnə
kişilər? -
Düşüb dəyərindən ağsaqqal
sözü.
Var-dövlət sahibi söz sahibidir,
Daha keçərlidir
bir baqqal sözü.
Hanı
gördüyümüz xatun
nənələr,
Niyə boş qalıbdır ağbirçək yeri.
Palçıqlı yağışlar
yağırsa göydən
Göynəyir çəməndə gül-çiçək
yeri.
Hanı
gördüyümüz o kənd
qızları,
İsməti başqaydı, həyası
başqa.
Vallah deməyə də utanır adam,
İndiki qızların mayası başqa.
Hanı
o mehriban, həlim qonşular,
Pay vermək, pay almaq zamanı getdi.
Üz-üzə dayanıb bağlı
qapılar -
Qonşunun qonşuya gümanı getdi.
Hanı
cah-cəlallı çadır
toyları,
Adama toy tutur
indiki toylar.
Yalandan qol açıb oynayanların
Qapır sevincini bu soyhasoylar.
Belə
yaşamağın məhkumlarıyıq,
Özümüz yaratdıq bu kuralları.
Bəlkə də oxuyub kimsə deyəcək:
- Sən Allah, fırlatma köhnə valları.
09.06.2022
Ziyarət yerimsən
Sənsiz
nə çəkmişəm
bu illər boyu
Gəlib yetişdimi sorağım,
dağlar?
Səni
düşünmüşəm fəsillər boyu,
Yaxşı ki, sönmədi çırağım, dağlar.
Qapalı
qalıbdır çox
sirrin hələ,
Tələ quranlara sən qurdun tələ.
Düşmənə dağ çəkdin belədən-belə
Səngərim, silahım, yarağım dağlar.
Ziyarət yerimsən - türbələrin
var,
Mən yaşda
qocalmış "körpələrin"
var.
İldırım qaytaran zirvələrin
var,
Əlçim buludlara darağım dağlar.
Duruldu sifəti yalan-gerçəyin,
Gələn günü varmış bu gələcəyin.
Misra düzümüdür gülün,
çiçəyin,
Ay mənim yamyaşıl varağım dağlar.
Çəkilib başından duman
da, sis də,
Dünyanın gözü var hünərimizdə.
Ayrılıq əriyir günəritməzdə,
Yellənir zirvəndə bayrağım,
dağlar.
Kəlbəcər
11.07.22
Kimsə, kimsələr
Kimsə
ayaqqabı dərdi
çəkir,
kimsə ayaq dərdi.
Uyumaq bilmir
Millətin oyaq dərdi.
Kimsə
çörək dalınca
qaçır,
kimsə çörəkdən
-
kökələr deyə...
Dərdin
özü qocalır
qocalar evində.
Baş vuranda görürsən
nələr varmış
bu həyatın dibində.
Yetimxana
divarlarından
boylanır atasızlıq,
anasızlıq.
Sahibsiz uşaqların
baxışında etinasızlıq.
Sayılmayan dustaqları
Səhər, axşam sayarlar.
Burda insan çox ucuzdur -
endirimə düşüb
ən yüksək əyarlar.
Qiyamət yaxındamı? -
Səhralar suda boğulur.
Dünyadan xəbərsiz kimi
Hələ də insan doğulur...
10.09.22
Millət yox, xislətsiniz
siz
Kəlbəcərdə qar əriyəndən sonra
erməni minaları
görünməyə başladı
Dişini
ağardır əcəl
qurğusu,
Əkilib dağlara ölüm toxumu.
Puç
olub, heç olub düşmən arzusu,
Bu qar əridikcə hər şey oxunur...
Sizi adam bilib
vaxt verildi ki,
Cəhənnəm olasız yurd-yuvamızdan.
Burda sülənmisiz neçə
ildi ki,
Donuz iyi gəlir dağ havamızdan.
İndi
başqa cürə sökülməkdə dan,
Yağışlar yumaqda ləpirinizi.
Siz kəsən o palıd ağaclarından
Əlimlə asardım hər birinizi.
Sizə
vaxt verildi itilmək üçün,
Sizsə
od vurdunuz
evə, eşiyə.
İnsan
həyatını bitirmək
üçün
Bombalar soxdunuz dəlmə-deşiyə.
Budur sifətiniz, nə deyim sizə,
Nə xalqsız,
nə də ki, millətsiniz siz.
Bəşər bu vəbaya bir çarə gəzə -
Əslində millət yox, xislətsiniz siz.
10.06.22
Dərdim indi
(Cinaslı gəraylı)
Dərd
əlindən zara gəldim -
Nə günah
var dərdimindi.
Ağlayanın bir dərdi var,
Gülən kəsin dərdi mindi.
Mən naşının gül yerinə -
Bilməmişəm gül yeri nə!
Öz bağımda gül yerinə
Qaratikan dərdim indi.
Adil, gözdən yaş gəlirsə,
Quru odun yaş gəlirsə,
Yaş üstünə yaş gəlirsə
Sevinəcək dərdim indi.
07.07.22
Bu yaş amandı
(Təcnis)
Barış taleyinlə, dərdli
ürəyim,
Hələ döyünürsən, bu
- yaşamandı.
Sabahı
görəndə deyərdin
mənə
Bu ya münəccimdi,
bu ya şamandı.
Vüsala
dönmədi sevginin barı,
Üçmadı həsrətin qurduğu
barı.
Kaş dönə gəncliyim bircə
gün barı,
Gəlir yaşım üstə bu yaş, amandı.
Ay zalım, dar günə düşdüyüm
anda
Bir məni xatırla, bir məni an
da.
Adiləm,
sadiqəm içdiyim
anda
Qoymur ölməyə
də bu yaşam andı.
13.09.22
Adil CƏMİL
Ədəbiyyat qəzeti.- 2022.-
17 sentyabr.- S.20.