İt nəfsi
Poema-pritça.
15 Sentyabr
Bakının erməni-daşnak
işğalından qurtuluşuna
Başımız
üstündə
Türkün
göyündə
Şimal-Qərb
kabusu
savaşır hər gün.
Döyüş
səngiyəndə
Cənub-Şərq
mollası
nağıl danışır...
Türkün
hər kəsə
açıq qucağında
tüstüsü bol ocağında
doğurdunuz
doyurdunuz
kimliyi
bilinməyən
çoluq-çocuğunuzu
və
beşikdə qorxutdunuz
Türk sizi kəsər deyə.
Göydə
Tanrı
yerdə
Türkdür hökm edən
deyərək Türkə yaltaqlanıb
düşük hiylənizlə
öydünüz Tanrı kimi.
Tanrısız
və imansızca
xəlvətdə diş qıcayıb
günəşin kölgəsini qılıncladınız.
İsindiyiniz
ocağın
üstünə su dağıdıb
sönməyini bəklədiniz
külüylə oynamaqçün.
Heç
düşünmədinizmi
çörək qantək tutar naşükürü...
Namusunuzu
atıb getdiniz
cəng
meydanlarında
Bozqurdlar
dil vurmadı
milli mənliyi
itirdiniz
tarixin
qaranlıq dalanlarında
Saraylarda
qazandınız Türkün etibarını.
Qız
verib oğul aldınız
artıb
törədi içimizdə
soyumuzun
qatilləri.
Türkü
öz qılıncı
öz
övladlarının əliylə
öz
evinin içində qətl etdiniz.
Susmadı
zaman-zaman
Günahsız ruhların fəryadı.
Arxivlərdə
yandırıldı
tarixin dərsləri.
Və hər
dəfə
faciələri unudub
əl
uzadıb bağışladıqca
amansız düşmənin
goru
çatlayır.
Millətin
tale yazısına
bəndə düzəlişidi
Gülüstan
Türkmənçay
anlaşmaları
milləti qələmlə
ayırıb özgələşdirdi.
Düşmənin
çürük dişləriylə
təkcə Azərbaycan parçalanmadı...
Kilsəylə
məscidin izdivacları
Türkün
dünyasını
Türkün
öz dünyasında
qarabaşın
sarıqulağın
əsirinə çevirdi.
Yürüdük
ayağımızda qandal
danışdıq ağzımızda qıfıl
oxuduq
ürəyimizdə
kəlmeyi-şəhadətimizi.
Dilimizi
unutmadıq
yerişimizi itirmədik
həyatımızı
özgürlüyümüzü
qeyb etmədik.
Qərbin
və şimalın himayəsində
Türk
torpaqları içində
özünə vətən axtaran
erməni
köçmənləri
daim sel
kimi basdı yurdu
vətənin bağrının başında
Ermənistan
adında
bir
daşnak obası
yarada
bildi.
Elə o
gündən də
soyumuz
qarışdı
ruhumuz
didərgin düşdü
öz tənimizdən.
Əzrayıl
önündə
çökməyən torpaq
iblis qələmiylə
yarı
bölündü.
Mən
dünyanın ilk sakiniyəm
adımla
bağlıdır insanlığın
və
kimliyin tarixi...
Eheyyy...
Türk
düşmənləri
tarixin
sevimli
bic
öyrənciləri
qəddar
siyasət cərrahları
qələmi qanıma batırıb
dəyişdiniz tariximin
məsum
simasını.
Abidələrimizin
alnına
xaç
basıb dağ çəkdiniz
silməyə qalxışdınız
kutsal
alın yazımızı.
Ey cənablar,
dəqiq
tutmusunuz
Türkün
həssas ürəyində
zəif
telləri.
Qadınla
qızılla şirnikləndirib
kilsə
planlarıyla
Türkün
ayaqlarının altından
çəkdiniz torpağını.
Daşlaşan
tarixlərdən
Türkün
damğasını
gizlicə pozarkən
zəfərlərin altına atılmış
məğrur Türk imzasını
dəyişməyə çalışırkən
dünyanı məhvərindən
çıxarmaq istədiniz...
Başımız
üstündə
Türkün
göyündə
Şimal-Qərb
kabusu
savaşır hər gün.
Döyüş
səngiyəndə
Cənub-Şərq
mollası
nağıl danışır...
Üç
qitənin sultanı
Osmanlı
dövlətində
müsəlman qanadları altında
yaxşıca bəslənib
Türklük
donuna girdi
şər övladları.
Təmiz
qanlı
vətəncanlı varisləri
ölüm saçan sərkərdələri
bir-bir
tuzağa saldılar.
Qardaşı
qardaş
ananı
övlad qatili yapdılar.
Sonra bu
zavallı
əzabkeş tayqulaqlar
səpələnib dünyaya
ağlayıb
sızlayıb
parlament
salonlarında
Türkdən qanpulu istədilər.
Tanrını
heyrətə salan
hüznlü şou qurdular:
Amannn...
soyumuzu
qırdılar
müqəddəs torpağımızı
ismətli qadınlarımızı
məsum
çocuqlarımızı
qətliam etdilər deyə...
ulu
torpaqlarımız üzərində
şər dövləti qurmaq üçün
şeytandan imdad istədilər...
Ulu evlərimizin
çatısında
erməni
bayrağı
asılıb dalğalansın deyə
ulu
sularımızda
Şimal-Qərb
gəmiləri
rahatca
üzsün deyə
ulu
ruhumuz
naməlum məzara
daşınsın deyə
ulu
göylərimiz
başımıza yıxılsın deyə
kilsə
bu quldurlara
altın
piyalələrdə
Türk
qanı içirib
xeyir-dua
vermişdi...
Dünyanın
hünkarı
Osmanlı
dövləti
vuruldu
içindən.
Könüldən
birləşib
soysuz
saray xacələri
fürsət bulmuşdular
Türkün
səltənətini
Tanrıdan
izinsiz
diri-diri
dəfn etməyə
öz
xarabalığında...
Bəyanat
yaymışdı
Rusiyanın
qansız çarı:
erməni
xalqı
satqınlığı əvəzində
vətənsiz qalmamalı
halal
Türk torpaqlarında
özünə müstəqil dövlət qurmalı
və
yaşayıb ölməli
rus
bayrağı altında.
Çökdürmək
amacı vardı
birinci
cahan oyununda
dünyaya ədalət bəxş eyləyən
azman
Türk səltənətini
ədaləti edam edənlər.
Şər
ordusu
tutub
günəşin qabağını
qaraltdı vətənin göylərini
tapdadı cəsədlərimizi
Anadolu sərhədlərində.
Milyonlarla
Türkün qətli
daha
acımasız...
amansız dərs oldu gələcəyə
naməlum toplu məzarlar.
Buna
şahid çıxır
Amerikada
"Bristolun sənədləri" də.
Bitlisdən
Mosula qədər
alova
bürüyüb Türk obalarını
süngüdə oynadıb çağalarını
qanını içdilər piyalələrlə.
Qurmağa
qərar verdilər
"Erməni Van dövləti"ni...
Amma yenə
də Tanrının
sevimli əsgərləri
buna izin
vermədi.
Antanta
çox usta
oynadı
planlarını
Türk
dünyasının damarlarında
Qarsda ...
Ərdahanda...
Ərzurumda...
Qarabağda...
axan qanımız
dondu
çöllərində Sarıqamışın.
Yayda
buxarlanıb
payızda
yağdı...
toplu məzarların
içinə yağdı
qanlı
yağışlar...
Başımız
üstündə
Türkün
göyündə
Şimal-Qərb
kabusu
savaşır hər gün.
Döyüş
səngiyəndə
Cənub-Şərq
mollası
nağıl danışır...
Böyük
xaç yürüşü
daşnak
kələyi ilə
məchula sürükləndi
sınağa çəkildi Türkün aqibəti.
Tanrının
yaxasından
tutub
silkələyirdi
Anadoluda
Türküstanda
Azərbaycanda
könüllü şəhid düşən əsgərin
dodağında quruyan
kövrək Vətən duası...
Bozqurd
ulayan çöllərdə
karvankeçməz dağlarda
suyu
qanlı dərələrdə
ilan mələyən
səhralarda
sükuta
qərq olan
naməlum əsgər məzarları
burada həyat
var
burada
yurd salmaq olar deyə
hər
dəfə
doğma
bir insan gördüyündə
Türkün
ruhuna
ismarış göndərir.
Dəyişdirilib
insafsızca
oxunmaz
hala düşmüş
bu
dünyanın kuralları
yenə
Allahdan izinsiz...
Navarində
Tripoliçedə
Orta
Yunanıstanda
Egey adalarında
və
Naxçıvanda...
canbazların oyunları
hər
gecə təzələndi
əməliyyat masalarında
incələnib yarğılandı
millətimin tərcümeyi-halı
dilimin
ad-soyadı.
Tatar deyib
özlərini aldatdılar
azəri
deyib
milləti çaşdırdılar
iranlı
deyib
gorumuzu
çatlatdılar.
Əsli-kökü
nəməlumlar
dilimizə
elmimizə
tariximizə
başbilən təyin olundular.
Türk
oğlu Türkə
milli
kimlik
əxlaq
dərsi keçdilər.
Başımız
üstündə
Türkün
göyündə
Şimal-Qərb
kabusu
savaşır hər gün.
Döyüş
səngiyəndə
Cənub-Şərq
mollası
nağıl danışır...
Eheyy... səmt
küləklərinin
oynatdığı müqəvvalar
biz
bilirik
kimlərin bulaşığını yalayıb
ayaqda
qalmısınız
kimlərin ağlını oğurlayıb
imansız kurallar yazmısınız.
Can
alıb
can
satmağa
gəlib
yazıq yurdumu
bazar
meydanı bulmusuz.
İnsanların
taleyini
ziyarətgahlarda uduzub
bizi
dinimizlə bölüb
imanımızla vurub
Allaha şükr etdiniz.
Soykökünü
gizlədən
yabançı örgütlərin
qansız
övladları
maskalı ictimai fəallar
Avropada
Qərbdə
demokratiya
tribunalarında
gecə-gündüz bağıran
ən
mübariz demokrat
vətəndə ən qatı millətçisiz...
saxta
Turançı-Türkçü
bugünün missioneri
sabahın başkəsəni...
Türkü
inancından
inamından
məsləkindən
sapdırmaq cəhdləriniz
dünyanın fəlakətidir.
"Gündəyməz"
məmurlar
erməni
köpəyindən
iyi təlim
almısız
millətin sərvətini talamısız
haqqını yedirtmisiz
nəşəxor
fahişə
homoseksual
övladlara.
Doyunca
mayalanmısız
Şeytanın əmcəyindən.
Hələ
də ağzınız
iyimiş
süd qoxuyur
bozqurdların səbirli nəfəsinə.
Başımız
üstündə
Türkün
göyündə
Şimal-Qərb
kabusları
savaşır hər gün.
Döyüş
səngiyəndə
Cənub-Şərq
mollası
nağıl danışır...
Eheeyy...
Pensilvaniyada
dəstəmaz alıb
məscid
salonlarında bəslənən
FETÖ-nün
siyasət dəllalları
hakimiyyət dalanlarında zorladınız
xalqın
özgürlük arzularını.
Demokrat
obrazında
yırtıcı surətini
xalqın
gözlərinə döydürən
və
adını Məkkədə
şeytana atılan
daşlara həkk edən
SOROS-un
muzdlu yazarları
hər
gün televizyonlardan
demokratiya
inteqrasiya
bağıra-bağıra
beyinlərdə fırtına qoparırsız.
Fərqində
olmadınız
kimi
neçəyə satıb
kimi
havayı alırsız...
Damarlarımızdan
axan qanı
ömür boyu halallıqla
damla-damla
topladıq.
Qapdırdınız
haqqımızı
çürük dişlərə
içirdiniz qanımızı
mistik
röyalarda
xortlamış vampirlərə.
Qurulu
taxtımızı
isti
yuvamızı
öz
balamızın əliylə
öz
içindən yıxmaqla
könlümüzü dağlamaqla
ruhlarımızı talamaqla
böyük sərvət yığmısız.
İz
itirib
yol
çaşdırıb
uzaq
Pensilvaniyada
qala
qurmusuz
içində qatillər doğurmusuz.
Bütün
Türk dünyasını
qan
gölündə gömmək üçün
yüz
kərə ölçüb
bir kərə
biçib
terror
planları cızmısız...
Hər
gün
gənc
beyinlər dəfn oldu
hizmət
yollarında.
Çocuqların
kafasında
çarmıxa çəkildi keçmiş.
Gəncliyin
yaddaşında
getdiyi
yol dumanlandı...
Amma nə
olsun
hər
gün Şərqdən maneəsiz
və
eyni təbəssümlə
doğar
köhnə Günəş.
Türk
hara addım atdısa
insanların
böcəklərin
otların
və
torpağın
burnunu
qanatmadan
barış körpüləri saldı
dost-düşmən arasından.
Türk
bayraq sancdığı yerə
ürək dolusu
ədalət
iman
sevgi
apardı.
Türk
harda məskən saldısa
cənnətə çevirdi xarabalığı
ziyarətgaha çevirdi məzarlığı.
Qəlbimizdə
özgür çağlayan qanı
ömür boyu halallıqla
damla-damla
topladıq
Vətənçün
axıtmağa...
Və
mistik röyalarda
qanımızın qoxusunu alıb
kimlər
tamah salmadı...
iblislə insanın izdivacından
Türk
qanıyla yaşayan
bir PKK
bir ASALA
bir
YPG
bir
İŞİD ... kimi
doğuldu şər qiyafəli
xortlamış vampirlər.
Başımız
üstündə
Türkün
göyündə
Şimal-Qərb
kabusu
savaşır hər gün.
Döyüş
səngiyəndə
Cənub-Şərq
mollası
nağıl danışır...
Eheey...
İrəvana
sahib çıxmış
aclıq
və səfalət köçmənləri
Asiyada
Qərbdə
Avropada
yallanan
muzdlu
ağzı qanlı
cins
köpəklər
Türk
ellərinə səpələnmiş
xəstə küçüklərinizlə
saldırdınız kölgəmizə.
Quduz
dişlərinizlə
yoluxdurmaq
istərsiniz
ulu vətənin
ruhunu...
Cildini dəyişib
Əhli-beyt
yolunda
kabus
kimi dolaşır
Qərbdə
yatıb
şərqdə oyanır
iman
Qatilləri.
Çarmıxa
çəkir
Gəncliyin
düşüncəsini
nəzakətsiz imam övladları.
Eheyy...
şər hizmətçiləri
bayrağa
imana
torpağa
və
millətə xəyanətə
haqq verən
fəlsəfənizdən
xalqın
övladlarına
illərlə dərs keçmisiz.
Nə
kutsal imanınız
nə də
uca başında
məğrur bayrağı olan
kutsal vətəniniz
var.
Beyinləri
sovurub
yerinə
şərəfsizlik
iliyi
yeritmisiz.
Pozuqdur
soykökünüz
hizmət
hərəkatının
könüllü sevdalıları
kimlərin haqqını yeyib
üstündən Türk qanı içmisiz...
torpağımda əkmisiz
Türkə nifrət toxumları.
Çörəyimlə
bəsləyib
suyumla
böyütmüsüz
xəfiyyə imamları.
Ən gərəkli
hökmlü və gəlirli
görəvlərə seçdirmisiz
qanıpozuq vassalları.
Başımız
üstündə
Türkün
göyündə
Şimal-Qərb
kabusu
savaşır hər gün.
Döyüş
səngiyəndə
Cənub-Şərq
mollası
nağıl danışır...
Millətim
öz içində
yadı
da doğma bildi.
Hər kəs
öz kimliyi ilə
onur
duyanda
millətim sevindi.
Düşmənliyi
dostluğu
da
ər
kimi könüldən
sevə-sevə yapdı.
Ancaq mən
"Nə
mutlu Türkəm" deyəndə
dünya
lərzəyə gəldi
yağılar qeyzləndi.
İt nəfsi
varmış
doğulduğumuz gündən
yolumuzda
və uğrumuzda
heç
fərqində olmamışıq.
Balkanlarda
ölüb
dirildim
Çanaqqalada.
Təbrizdə
dilimdən asılıb
Bakıda ağılar söylədim.
Gənc
ikən
Anadoluda
kürəyimdən vuruldum...
körpəykən
yandırıldım Qarabağda...
Borçalıda
adımdan güllələndim...
Tariximi
oxuyarkən
gözümdən oxlandım
atəşlərə verildi yaddaşım...
Amma bu
gün yenə
özüm at belində
bayrağım göy üzündə
səsim
və varlığım
iki
cahanı tutmuş durumdadır.
Qara yara vurmusuz.
Yurdumun
millətimin
sadiq
aydınlarına.
Qəhbə-şüvən
salaraq
cama
çamur atmısız.
Məsləkindən
işindən
vətəndən qovdurmusuz
və
çox erkən
uçurtdunuz yuvasından
hələ qanadı çıxmayan nəsilləri.
Başımız
üstündə
Türkün
göyündə
Şimal-Qərb
kabusu
savaşır hər gün.
Döyüş
səngiyəndə
Cənub-Şərq
mollası
nağıl danışır...
Belə
fitva verilib
Masonlar
lojasından:
bütün Türk dünyasında
harda vətənə
bağlı
sözündə hökümlü
varlığı yurda qalxan
qürurlu Türk insanı
bir əsgər
gördünüzsə
bilin ki,
alnına zəfər yazılıb.
Haqqına
sahib çıxıb
boğmalısız öz qanında.
Sonra da
anısına
yanıqlı dualar oxumalısız...
Milli
birlik yolunda
"Quran"a
əl basanın
andını pozmağa
dilini
qoparmağa
qürurunu qırmağa
Allahdan əmriniz var.
Bu
dünyada paranız
o
dünyada cənnətiniz var...
Başımız
üstündə
Türkün
göyündə
Şimal-Qərb
kabusu
savaşır hər gün.
Döyüş
səngiyəndə
Cənub-Şərq
mollası
nağıl danışır...
Təbrizdə
Qarabağda
Borçalıda
Göyçədə
Dərbənddə
və
Türkmən eli Kərkükdə
Sincanda...
yağı qoruğuna döndü
kutsal
torpağım.
İndi o
doğma yerlərdə
küskün və ürkək
qocaman
bozqurd kimi
dolaşır ruhum.
İt nəfsi
tək gəzir
terror
çeteleri
ulu
Türk məskənlərində
Buğda
zəmisində
quraqlıq ilanı
daş
altında
əqrəb misallı müridlər
fürsət gözləyir
dilimizdən sancmağa
və
fürsət gözləyir
torpağımızı yaralayıb
nəfəsimizi zəhərləməyə.
Türk
bir qocaman ağacdı
şəkər-şirəsi boldu
içində çoxdu qurdu.
PKK
ASALA
İŞİD...
daraşaraq canına
sümürdülər qanını
qocaman
bir millətin.
Gələcək
türkündür deyə
daşladılar
atəşə
verdilər
siyasət masasında
dondurdular
Türkün
gələcəyini
dünyanın kor gözləri önündə.
Yenə
acdı qarınlar
sıçrayır cəlladların sifətinə
yenə
havayı qanlar.
Başımız
üstündə
Türkün
göyündə
Şimal-Qərb
kabusu
savaşır hər gün.
Döyüş
səngiyəndə
Cənub-Şərq
mollası
nağıl danışır...
Yeddi arxa
dönənini
tanıyan Türkü
əbədi düşmən seçmisiz
şeytanın məsləhətiylə.
Ölüm
kutlamalarında
qatil
barmağınız görünür.
Harda
Türkün qanı tökülsə
orda
şeytan nəbziniz döyünür.
Və hələ
bu terror çeteləri
acımasız
əngəlsiz
abırsız təbəssümlə
və hər
gün yeniləşən vərdişlə
dünyanın qafasına
təcavüzü sürdürür.
Eheyy... cənablar
heç
umrunuzda deyilmi
Tanrı
yadınıza salır
hər
qətllər törədib
rahat nəfəs
alınca:
Bu gün
də dövlət qurur
OSMAN
QAZİLƏR
bu
gün də döyüşür
NURU
PAŞALAR
Və Zəfərin
daimi sahibidir
neçə-neçə QAZİ ATATÜRK!
Dəyanət OSMANLI
Ədəbiyyat qəzeti.- 2022.- 24 sentyabr.- S.20-21.