Elnur Uğur bu torpağın dadını-tamını canına
çəkdicə canındakı
o dad-tam sözə çevrildi. Çiçəkdən bal çəkən arı kimi o da iyirmi səkkiz
illik həsrətdən,
ağrıdan-acıdan, nəhayət,
doyumsuz vüsaldan bal çəkib - söz balı. Şuşa səfərimizin yaşantıları yenidən
ürəyimi titrətdi.
Biz o müqəddəs yolu - Zəfər yolunu Elnurla, digər qələm dostlarımızla birlikdə
keçdik. Şair dostum
bu qeyri-adi yaşantıları öz
içində fiksə
edir, qeydlər aparırdı. Bilirdim
ki, onun içini limhəlim dolduran duyğular misralara çevriləcək.
Nə qədər xoşbəxt idik, İlahi! Bu xoşbəxtliyi
bizə yaşadan Qalib Sərkərdə,
Ali Baş Komandanımız
İlham Əliyevə,
Müzəffər Ordumuza
- qəhrəman oğullarımıza
təşəkkür borcumuz
sonsuzdur. Elnur bu hisləri təxəllüsünə
uyğun - uğurla sözə çevirə
bilib. Şuşanın dünəni ilə
bu günü arasında var-gəl edən şair "kamera"sı arabir səmaya tuşlanır.
İlahi ədalət
istəyi, qələbəmizə
sarsılmaz inam və intiqam hissi! Elnur bir vətəndaş
olaraq köksündə
körüklənən duyğuları
poetik boyalarla misralara köçürüb.
Poeziya bu gündən daha çox gələcəyə
xitab edir. Dünya hərb
tarixinə qızıl
hərflərlə yazılmış
44 günlük Vətən
müharibəsi həm
də şairlərin,
yazıçıların qələmində
əbədiləşdi. Elnur Uğur
da bu tarixi
ədəbiyyatımızın yaddaşına yazmaq istəyənlər sırasındadır.
Kənan Hacı
Şuşaya gedən yollar
Şəhid ruhlarına söykənib
Şuşa,
Səması ağappaq bir
don geyibdi.
Şuşanın qoynunda qanla göyərən,
Azadlıq ağacı çiçəkləyibdi.
Bu həmişəyaşıl ağacın
altda
Çoxlu qan-qada var xatirələrdə.
Hara baxırsansa şəhid evlər var,
Yurdlar fəryad
edir qazi şəhərdə.
Üz-gözü didilmiş bu dilsiz yollar,
Qansız düşmənimin əməl
işidi.
Tarixi
min illik şəhər
üzündə
Hər yara yağının bir əl işidi.
Şuşa sevgilərin ümid
yelkəni,
Bütün arzuların başıdır
Şuşa!
Şuşa qalasından boylan
dörd yana,
Qarabağ üzükdür, qaşıdır
Şuşa!
Şəninə o qədər xoş
söz yaraşır,
Şuşa əzəmətim, Şuşa vüqarım!
Şuşa dağlarında düşmən
dağladı
Hər biri cəngavər, dağ oğullarım!
Şuşa həqiqətdir, o həqiqət
ki,
Ona pis niyyətlə baxana məzar.
Şuşada həqiqət danışar
ancaq,
Şuşada yalanlar yeriməz,azar!
Şuşa, ey könlümün
ibadətgahı
İyirmi
səkkiz il
dad dedin, Vətən!
Durna gözlü duru bulaqlarında
Özünə baxmadın öz gözünlə sən.
Səni
zəbt etməyə
can atan düşmən,
Yəqin,anlamadı bir həqiqəti -
Boğular qoynunda baxışlar
belə
Coşsa damarında Türkün qeyrəti.
Şuşa elə şəhər,
Şuşa elə yer,
Görməkçün gözlərin qüsullanmalı.
Şuşanı dərkə də
idrak dumduru,
İnsanın batini tam pak olmalı.
***
Xəyalların ağuşu mehribandır
Anatək,
Sən xəyallar şəhəri,
ey ümid qalam Şuşa!
Anam Azərbaycanın döyünən
ürəyisən,
Adına
nə vardısa qəlbən layiq alqışa!
Söykəncəyindir sənin ölməz Şəhid ruhları,
Qazi yaralarından
qan yox, məhəbbət axır.
O İsa bulağında çağlayan su deyil ki,
Torpağının altından sevgidir üzə çıxır!
Əziz
Şuşa,can Şuşa daha azadsan, azad
Azadlığın Vətənin azadlığıdır
demək.
Bu dağların qoynunda vüqarla dayanmağın,
Bu bəxtiyar varlığın
yurd varlığıdır
demək.
Vətənin harasından başlanırsa
başlasın
Qəlbdən başlayan hər yol sənə, sənə gətirir.
Vətənə sevgimizin mayası
Tanrıdandı,
Vətən imansızı da iman, dinə gətirir.
Ey eşqimə məbədim,alnımın səcdə
yeri
Ey könlün qibləgahı,
ey nüvəsi sevgimin,
Səndən güc alır andım, sənlə ucalır andım
Sənsiz böyüyə bilməz
körpə səsi sevgimin.
Qazilərin əzası dəfn
olunan ulu yer,
Şəhidlərin mübarək qan haqqıdır Qarabağ!
Gələcək tariximiz gələcək
nəsillərə
İgidlikdən danışsa Şuşadan
başlayacaq.
Şuşa igid,əyilməz
sərt qayalar qoynunda
Özü boyda ülviyyət, cəsarət simvoludur.
Hər azəri oğlunun
ürəyindən keçən
yol
Bir yoldur o da Vətən,
o da Şuşa
yoludur!
***
Küçələr ağappaq duman içində,
Sirrini köksündə daşıyır
Şuşa.
Ruhlar yuva qurub bir
can içində,
Yenidən doğulub yaşayır
Şuşa.
Bu könül bağında,
bu eşq bağında
Hər çiçək
bir Şəhid qanıdır açır.
Şuşa düşüncəmin azadlığına
Özü boyda bir nur,
bir işıq saçır.
İşıq kölgəsində kölgəm
böyüyür,
Yaşamaq gözümdə ucaldır
adın.
Şükür gündən-günə ölkəm böyüyür,
Var olsun Vətən mən oldum-olmadım!
Şuşa, sən yarınlar
yarısan,yarı
Sənsiz Qarabağ yox bu yer üzündə.
Qarabağsız Vətən çiçəksiz
arı
Sən dürsən
hürr yurdun bu hürr üzündə.
Sən Kürün Arazı, Xəzərin Kürü,
Sən yurdun qibləsi, qəlbin səcdəsi.
Qazi yarasından axan sevgisən,
Sən Şəhid eşqinin cənnət müjdəsi!
Hopur ürəyimə sevgidən
qopan
Səsi
məhəbbətin barı bülbülün.
Hər yarpağı rəng-rəng
sevgidən açır
Neçə il həsrətli Xarıbülbülün.
Elnur UĞUR
Ədəbiyyat qəzeti.- 2022.-
24 sentyabr.- S.29.