Nəsrimiz üçün tipik olmayan hekayə:
müəllifin bədii məqsədi və oxucu sualları
“Günəş
topla mənim üçün…”
Etimad Başkeçidin
"Günəş topla
mənim üçün"
hekayəsi nəsrimiz
üçün o qədər
də tipik olmayan, qəhrəmanın
şüuruna səyahət
edən, onun psixi sarsıntısını
vizuallaşdıran mətndir. Hekayədə nə obrazların özünüanalizi ilə
qarşılaşırıq, nə də onların suallarını
eşidirik. Burada
qəhrəmanın bütün
"münaqişəsi" özüylədir - o, əl-qolunu
ölçərək öz-özüylə
ucadan danışır,
yaddaş pozuntusu yaşayır, daxili psixi gərginlik içində nəyisə
həll etməyə
can atır, amma suallar vermir. Bəlkə buna görə mətndə müəmma
düyünü yaranmır.
Əksinə, burada suallarla
baş-başa qalan tərəf oxucudur. Və bu oxucu içindəki
yaranmış suallara
cavab tapmaq məqsədilə mətndəki
bütün işarə,
rəmz və adları, təbiət lövhələrindən tutmuş
qəhrəmanların adi
jestinə, danışığına
qədər hər şeyi iri planda
və məntiqi həll əsasında çözməyə ehtiyac
hiss edir.
Cavablar qəhrəman - Professor üçün
ona görə əlçatmaz deyil ki, bu məsafədə
onunla "mən"i
arasında dayanan fiqur var və
məsələ bundadır
ki, bu fiqur - Qarovulçu
cavabları tapmaqda yalnız Professora deyil, həm də oxucuya yardımçı olur. Bütün cavablar onun ikiləşmiş
"mən"ində tapılır.
Qəhrəman niyə insanlardan təcrid olunub, niyə dağlar arasında yerləşən
xəstəxanaya yerləşib,
hamının eyni qəlibə salındığı
çoxüzlü - əslində
isə üzsüz görünən adamların
məskunlaşdığı şəhər həyatı
onu niyə bezdirib və s. Bir də qəzavü-qədər
məsələsi, insanın
etdiklərinin üstünə
bir də qayıdacağı fikrinə
inam: "Boş yerə özünüzə
ölüm arzulamayın,
Allah insanın xor baxdığı, ağız
büzdüyü hər
şeyi özünə
yaşadır, yalnız
bundan sonra canını alır".
Şükür etməyi bacarmayan, hər şeyə mız qoyan, insanlara daha çox olduğu yüksəklikdən nəzər
yetirən, onları özünün həyat platformasına uyğun şəkildə qavrayan Professorun xəstəlikdən
sağalmağa doğru
yaşanan ömür
aralığında əzab
çəkməklə ruhsal
təminat qazanması
- mətn boyu poetik fikrin istiqaməti
bu kontrastın açılışına yönəlir. Qəhrəmanın daxili səsi, ikinci "mən"i kimi doğulan Qarovulçu obrazı onun ruhsal müvazinətinin
bərpasında çox
qüvvətli daxili enerjiyə malik olan hərəkətverici
amilə çevrilir.
Müəllif bu effektli fəndlə hekayənin emosional qatını dərinləşdirir. Buna
baxmayaraq, hekayəyə
əvvəldən axıradək
təmkinli gərginlik
hakimdir. Müəllif
Qarovulçu obrazı
ilə bağlı heç bir yerdə sirr, müəmma ilə danışmır, amma hər dəfə onunla bağlı qeyr-müəyyən atmosfer
yaradır: qaranlıq
köşk, Ayın qarşısını tutan
qara buludlar, hər tərəfin zülmətə qərq olması, şimşək,
ildırım, güclü
yağış. Amma yazıçı
bunlarla nuar estetikası yaratmır, sıxıcı, soyuq rənglərlə işləmir.
Tam tərsi, hekayənin
dramaturgiyasındakı orqanik,
canlı təsvirlər
oxucunu nəql olunan əhvalatın atmosferin
Qəhrəmanın müəyyən
təbəddülatdan, metamorfozadan
keçərək çatdığı
durulma hekayədə mənəvi tarazlıq göstəricisi olur:
"Qarovulçu köşkünə
işıq çəkdirin.
O kişi axşamlar qaranlıqda oturur...". Bu cümlə
Professorun sağalmasını,
özünə qayıtmasını
ifadə edən motiv kimi səslənir.
O, özünü tapdığı
anda Qarovulçunu
"itirir", daha doğrusu, Professorun içinə işıq seli axıdan bu obrazla müəllif
insanın həyat mövqeyinin düzgün axarını müəyyənləşdirməyə
çalışır və
bununla onu - qəhrəmanın
"ruhunun qarovulçusu"
qismində uğurla simvolizə etməyə
nail olur.
Bu ayılmanın, özünüdərketmənin
təsviri və baş verdiyi epizod qüvvətliliyi Etimadın hekayəsində
poetik zirvədir. O, söz
və ifadələrin
dərin psixoloji yük daşıyan kontrastı ilə ruhun, mənəvi aləmin dəyişikliyini
gözəgörünən edir.
"Günəş topla mənim üçün"
hekayəsində
yazıçının dil vasitələrindən
bədii istifadə yolları rəngarəngdir,
dilin daxili zənginlik və mövcud imkanlarının
yeni keyfiyyətlər
qazanmasına imkan yaradır. Burada dil vasitələri xarici effekt və
təəssürat yaratmaqdan
daha çox xüsusi
məntiqi gücü
olan dəlil və əsaslara çevrilirlər. Diqqət
edək, yazıçının
başqa heç bir əlavə naxışlar vurmadan işlətdiyi tək bir cümlə - "Qarovulçu budaqlarından
rəngbərəng parçalar
sallanan pir ağacına oxşayırdı",
- ağlını itirmiş
adamın geridönüşü
üçün edilən
duaların, verilən
nəzir-niyazların simvolik
şəkli olaraq oxucunu fikri nəticəliyə
aparır. Yaxud hekayədə mərhələ-mərhələ
verilən işarələr
- qəhrəmanın Qarovulçu
köşkündən eşitdiyi
musiqi səsi, başı daşa dəyəndən (!) sonra
özünə gəlməsi
kimi məqamlar mətndə qüvvətli
simvolizmi və mətnaltı dərinliyi
yaradan amil kimi mənalanırlar.
Yəni bir epizodda işlənən
istənilən detal növbət epizodda beynimizdə yaranmış
sualların cavabı olaraq daim oyaq
vəziyyətdə saxlanır,
sonrakı məzmunu təyin etməyə yardımçı olur. Qəhrəmanın
yazdığı bir neçə əsər, fəlsəfə və sosiologiyaya dair oxuduğu bir neçə kitab, musiqi meditasiyası, öz-özüylə danışmağa
başladığı vaxtdan
bu yana
məşğul olduğu:
"...yoqa... fəlsəfə...
ezoterika..." - bunların
hər biri əsərdə işarəvi
səciyyə alır,
ruhun ikinci yaşayış forması
kimi reallaşır. Biz bu detalların
hər birini obrazın niyə bu duruma düşməsinə
dair səbəblərin
yerinə qoyub hallandıra, hətta öz versiyamızda uydurmalara gedə bilərik. Amma bizi qəhrəmanın
gəlib çatdığı
mənəvi müstəvi
maraqlandırır. Məncə elə
müəllifin bədii
məqsədi də daha çox dissosiativ pozuntu yaşayan insanın bundan qurtulma vəziyyətinin analizidir.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2022.- 24 sentyabr.- S.11.