Yanvar şeirləri
Həsəd çəkmədim heç
vaxt,
Heç bir zaman heç
kəsə.
Qısqanmadım kiminsə
şöhrətinə, dövlətinə,
adına...
güclü istedadına
Ömrün son müddətində
İllər ötdüyü zaman
qısqanıram mən yaman
özüm bilmirəm
haçan
gələcək Gələcəyə
Mənsiz
keçən illərçün
qəribsəyirəm hər
an.
Bir gün mən olmayanda
Necə
yad edəcəklər,
nələr söyləyəcəklər?
İçində dərd çəkən
kim?
Guya ki dərd çəkən
kim?
Şux,
şən zarafatları
yada salıb gülən kim?
Ayrılığa dözməyib
həsrətindən ölən
kim?
Bəlkə də haqlıdırlar
Hindistan
müdrikləri
Ölən insan da bir gün
Dönüb qayıdır geri,
Quş kimi, balıq kimi,
Ağactək, gül-çiçəktək.
Quşları ovlayırlar,
Balıqları tuturlar,
Ağacları kəsirlər,
gül-çiçəyi dərirlər,
yenə məhv olur dönən,
Mən hansıymışam
görən?
Tutalım, lap belədir,
Dünyamı dəyişərkən,
Bir də dönəcəm geri
Kim tanıyacaq məni?
Dünya bir pəncərədir.
qapatma pəncərəni...
12 yanvar 2022
***
İtirdiyim dostlarla
yuxuda görüşürəm.
maska filan taxmadan
görüşüb-öpüşürəm.
Gündüz ölən dostlarım
Gecə yuxuma girir.
Mən burdan danışıram.
Soruram: orda nə var?
Cavab vermir heç biri,
Məlul-məlul baxırlar.
Oranın
ünsiyyəti
bəlkə, susub baxmaqmış.
Görəsən, o dünyada
yuxular belə varmış?
Ordakı
dostlarım da
Hərdən görürmü məni,
ordakı yuxularda?
Əslində, kim bilir kim,
Kimdi yuxulu, ayıq?
Bəlkə, onlardı oyaq
Biz burda yuxudayıq.
13 yanvar 2022
***
Asilərim elə hey məni
dəfn eləyirlər
"tükənibdir" deyirlər.
Amma mən də beləyəm:
"Basdırılandan" sonra,
"tükənəndən"
sonra da
On cild kitab yazmışam.
Bir gün əgər doğrudan
əcəl qapımı
döysə,
Ölümə də hazıram.
Amma hələ ki, sağam
Yazmaqçün yaşayıram,
yaşamaqçün yazıram.
12 yanvar 2022
ANAR
Ədəbiyyat qəzeti.- 2022.-
15 yanvar.- S.7.