Seyran Süleyman:
"Yaxşı şeirlər şair
dünyada varmı-yoxmu, yaşarlar"
Çağdaş Krım tatar ədəbiyyatının tanınmış
nümayəndələrindən şair, publisist, tərçüməçi, naşir,
Azərbaycan mədəniyyətinin
yaxın dostu Seyran Süleyman 1979-cu ildə Özbəkistanın
Fərqanə vilayətində
dünyaya göz açmış, 1991-ci ildə
doğma Krıma - ata-baba yurduna qayıtmağa müvəffəq
olmuş, orada yaşamağa başlamışdır.
Krımdakı istedadlı uşaqlar
üçün liseyi
bitirdikdən sonra Krım Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olan Seyran Süleyman
2002-ci ildə oranı
uğurla bitirmiş və "Yeni dünya" qəzetində
fəaliyyətə başlamışdır.
O, hazırda həmin qəzetin baş redaktorudur. "Uç, qəlbim" (2003), "Sənin
gözlərində ulduzlar
gördüm" (2003), "Cəmdən bir ovuc" (2007) adlı kitabların müəllifi
S.Süleymanın əsərləri
Türkiyənin, Ukraynanın
jurnal və toplularında "Günəşdən
bir parça", XIII-XX
əsr Kırım tatar şeirləri antologiyası"nda dərc
edilmişdir. Krım tatar Yazıçılar Birliyinin, "Maarifçi"
Assosiyasiyasının üzvü
S.Süleyman Mahmud Kaşqarlı
və Qriqori Skovoroda adına
ədəbi mükafatların
laueratıdır. Xarakter etibarilə
qədirbilən və
təvazökar Seyran Süleyman özünü
Krım tatar ədəbiyyatının tanınmış
nümayəndələrindən şair, publisist, naşir, pedaqoq
1993-1996-cı illərdə Krım tatar mədəniyyət vəqfinin
rəisi vəzifəsində
işləmiş Yunus
Qandımı (4 sentyabr
1959, Özbəkistan, Daşkənd
vilayəti - 20 mart 2005, Krım,
Ağməscid) özünün
müəllimi hesab edir.
O, "Bu
gün səni yenə xatırladım"
adlı şeirlər
kitabına yazdığı
ön sözdə göstərir ki, zənnimcə, şair əvvəlcə öz qəlbinə yolçuluq
edir. Şeir hazır olandan
sonra şair yenə təkbaşına
qalır. Onun şeirləri
isə qəlbdən qəlbə yolçuluq etməyə başlayır.
Ən yaxşı şeirlər
zamanları, sərhədləri
aşar, şair dünyada varmı-yoxmu yaşayarlar.
Seyran Süleymanın
şeirləri duyğu
və düşüncələrinin,
müşahidə, yaddaş
və yaşantılarının
poetik təzahürü,
ifadəsidir. 18 May 1944-cü ildə
Krım tatarlarının
tarixi vətənlərindən
kütləvi şəkildə
deportasiyası mövzusu
S.Süleymanın da yaradıcılığında dərin iz buraxmışdır:
May ayında yas tutdu Krım,
Mavi göydə
çaxdı bir ildırım.
Damcı-damcı göz yaşları
töküldü,
Ana yurdundan millət
sürüldü.
Seyran Süleyman
ana dilinə tükənməz sevgisini
sadə və səmimi dillə çatdırır. O, Sovet hakimiyyətinin ədalətsiz
və cinayətkar qərarı ilə doğma ocağından, yurd-yuvasından didərgin
salınmış, sürgünlərə
səpələnmiş şanlı
tarixə, zəngin mədəniyyətə, yüksək
mənəviyyata, milli
adət-ənənələrə sahib və bütün məhrumiyyətlərə rəğmən
bu dəyərlərə
sadiq qəhrəman Krım tatar xalqının adından deyir:
Can dilim, ana dilim,
O misli yek bir
inci.
Başqa
dillər bağında,
O mən üçün birinci!
Şeirlərinin birində "Birliksiz, dilsiz, aydınız kimik?" - deyən
Seyran Süleymanın
təlqin, təbliğ
və təşviq etdiyi ideya istər-istəməz
şairin həmişə
məhəbbətlə xatırladığı
böyük sələfi
İsmayıl Qaspiralı
kəlamlarını yada
salır:
"Hər millətin
dili olduğu və dilin də
ən böyük və ən birinci bir sərmayə
olduğu o qədər
məlum məsələdir
ki, bu xüsusda
müzakirə açmağa
ehtiyac yoxdur". "Sadə və hər kəsin anladığı, işlək
dilə malik olmayan xalqın gələcəyi şübhəli
və qaranlıqdır".
"Türk oğlu
üçün sadə
türkcə cümlə
sair dillərdən daha yaxşıdır".
"Hər dilin özünəməxsus yaraşığı
var: içində gizlənmişdir, işlənmək
ilə ortaya çıxar, xaricdən lüğət toplamaq ilə deyil. Borcla nə xəzinə dolar, nə dil zənginləşər".
"Bir xalqın
ədəbi dili yoxdursa, özü də yoxdur. Millət üçün
dil can və ruhdur". "Dil
məsələsi yalnız
bir ədəbi məsələ deyildir.
Bəlkə daha çox
ictimai, siyasidir".
"Ədəbi dilsiz bir arşın
tərəqqi edə bilmərik". "Əgər indiyədək
olduğu kimi hər kəs öz kefinə görə bir dil, hər mühərrir
özünəməxsus bir
imladan istifadə edərsə, nə dilimiz, nə imlamız düzələcəkdir".
"Müxtəlif adları olan, müxtəlif məkanlarda
məskunlaşan türk
tayfalarının "lüğətlərini"
yan-yana qoyub baxdıqca sözlərin yüzdə doxsanının
müştərək olduğu
üzə çıxar".
Anaya, Vətənə məhəbbət
mövzusu Seyran Süleyman poeziyasında mühüm və özünəməxsus yer
tutur, həm forma, həm məzmun baxımından oxucu yaddaşında dərin iz buraxır:
Qara və ağ
Kürəşələr.
Qazanmaqçün
Könlündə yer.
Qara ve ağ
Kürəşsinlər.
Qazansınlar
Özünə yer.
Amma qalsın
Könlündə yer
Ana içün,
Vatan içün,
Sevgi içün.
Qürbətin ağrı-acısını yaşamış, vətən
həsrətli, yurd-yuva
nisgilli S.Süleymanın
doğma Krıma məhəbbəti az qala bütün
şeirlərində özünü
göstərir. "Vətənim
bir - yaşıl adam!" deyə
Krımı vəsf edən şair hər fürsətdə,
istənilən mövzuda
yazanda Krımdan bəhs edir. O, kitabdan, onun gücündən, hikmətindən
söz açanda da Vətəni unutmur:
Dünya
hikməti -
Kitab içində.
Sözün qıyməti -
Kitab içində.
Şəfqət və nifrət
-
Kitab içində.
Şadlıq nəğməsi -
Kitab içində.
Vətən nəfəsi -
Kitab içində...
Vətənə coşqun məhəbbətini
izhar edən Seyran Süleyman müqəddəs hiss və
duyğularını qələmə
almaq üçün
sadə və yığcam şəkildə
deyir ki,
Getsəm
əgər mən yurdumdan iraq,
Dərdli gönlümü tutamam ferah.
Yüksək sözlərə artıq
yox lüzüm -
Vətəndir bil, ilk, həm də son sözüm!
Coxşaxəli yaradıcılıq fəaliyyəti
ilə məşğul
olan S.Süleyman Krımda səriştəli
publisist kimi də tanınır. Onun Krımın
tarixi, ədəbi-mədəni,
ictimai-siyasi həyatı,
Krım tatar xalqının görkəmli
şəxsiyyətləri, zəhmətsevər və
qonaqpərvər sadə
adamları, bu gözəl diyarın füsunkar təbiəti barədə yazıları
böyük maraq doğurur və oxunaqlığı, sənətkarlığı,
üslubu, aktuallığı
ilə geniş oxucu auditoriyası qazanmışdır. S.Süleymanın qələmə aldığı
yazılar vətəndaş
mövqeyi ilə seçilir, məhəbbət
və səmimiyyətlə,
mübariz və nikbin ruhlu bu
publisistik nümunələr
təsirli, dəyərli,
düşündürücüdür.
Abid TAHİRLİ
Ədəbiyyat qəzeti.- 2022.- 15 yanvar.- S.25.