Kulis.az-ın “İlin hekayəsi”
müsabiqəsinin qalibləri açıqlandı
Bu
günlərdə “APA Media Group”da Kulis.az internet dərgisinin təşkil
etdiyi “İlin hekayəsi müsabiqəsinin qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib
Kulis.az-ın
Baş redaktoru Ulucay Akif açdı, münsiflər heyətinin
üzvlərini, iştirakçıları, qonaqları
salamladı, müsabiqə haqqında ümumi məlumat verdi.
Sonra
"APA Group"un rəhbəri Vüsalə Mahirqızı
çıxış edərək, müsabiqə haqqında
təəssüratlarını bölüşdü.
Flora Kərimova:
Bəzənib şəhid ailələri ilə
görüşməyin!
Reper
Noton: “Meyxana Azərbaycanın sərvətidir” – Müsahibə
Əbdülrəzzaq
Qurna: “Nobeli afrikalı olduğuma görə verməyiblər”
- Müsahibə
Ədəbiyyat
qəzetinin Baş redaktoru Azər Turan söz aldı. O da
müsabiqənin vacibliyini xüsusi vurğulayaraq yarışma
haqqında fikirlərini bildirdi.
Şair
Baba Vəziroğlu çıxış edərək
müsabiqə iştirakçılarına və təşkilatçılara
təşəkkürünü çatdırdı.
Münsiflər
heyətinin üzvü və tənqidçi-ədəbiyyatşünas
Elnarə Akimova hekayələr haqqında öz fikirlərini
bölüşərək, yarışmanın ədəbiyyat
adına ciddi hadisə olduğu vurğuladı.
Münsiflər
heyətinin digər üzvü, yazıçı Fəxri
Uğurlu çıxış edərək müsabiqə
haqqında öz fikirlərini qonaqlarla bölüşdü.
Daha sonra
münsiflər heyətinin növbəti üzvü tənqidçi
Əsəd Cahangirə söz verildi. O da müsabiqənin
müasir Azərbaycan nəsrinə faydalarından söhbət
açdı.
Çıxışlardan
sonra mükafatlandırma mərasimi başladı.
Üçüncü
yerin qalibi – Bircəyə mükafatı müsabiqənin
münsifi, tənqidçi Əsəd Cahangir, ikinci yerin qalibi
Sənan İsmayılova münsif və yazıçı Fəxri
Uğurlu təqdim etdi.
Birinci
yerin qalibi Fəridəyə mükafatını münsif və
tənqidçi, ədəbiyyatşünas Elnarə Akimova təqdim
etdi.
Sonda
qaliblərlə xatirə şəkli çəkildi.
Xatırladaq
ki, müsabiqə noyabrın 15-dən elan olunmuşdu, əsər
qəbulu dekabrın 10-dək davam etdi. Müsabiqədə 209
iştirakçının hekayələri Kulis.azda
yayımlandı.
Hekayələr
anonim şəkildə münsiflərə təqdim olunaraq
qiymətləndirilib. Fəxri Uğurlu, Əsəd Cahangir,
Elnarə Akimova, Maral Yaqubovadan ibarət münsiflər heyəti
əvvəlcə 20-liyi, daha sonra 20-lik əsasında
10-luğu müəyyən etdilər.
Eyni
zamanda Kulisin xüsusi mükafatına görə, onlayn səsvermə
keçirildi, ən çox səs toplayan Nihat Pirin hekayəsi
qalib seçildi.
Mükafat
fondu aşağıdakı kimidir:
Birinci yer
– 1000 manat
İkinci
yer – 800 manat
Üçüncü
yer – 500 manat
Ədəbiyyat qəzeti.- 2022.- 15
yanvar.- S.26.