Şeir
üçün resept
Şeir
yazmaq asan deyil
çovğun
zamanı qar dənəcikləri kimi
tez
fırlanan
fikirləri
toplamaq gərək
tutun
onları ərimədən,
və yox
olmağa üz tutmadan əvvəl.
Daha sonra əlavə
edin qızdırmalı hissləri
və
emosiyanın gücünü.
Cümlələrinizi
düşən ulduzların gümüş tozundan
yığılmış
xəyallarınızla
bəzəyin.
Siz də
edə bilərsiniz
bir
melanxoliya seçin
gölün
dibindən çıxarın həsrəti
kirpiklərdən
asın göz yaşı ilə parlasın.
Sonra
hüznün islaq sisini toplayın
Gülümsəsin
hind qamışı üzərindəki şeh damlaları
kimi,
Bozluq əlavə
edin noyabr mənzərəsinə
Acı və
peşmanlıqla dadlandırın,
ya da
yüksək
dağ zirvələri arasında
küləyin
isti nəfəsi ilə qaldırılan
əks-səda
ilə dayandırılmış gülüşü ələ
keçirə bilərsiniz.
Hörümçəklərin
torunda şən sözləri tutun
Göy
qurşağını çevirin göyə təbəssüm
əlavə etmək
Yumor və
sevinc toxumunu səpmək üçün.
Nəhayət,
çılğın metaforaları buraxmaq lazımdır
Şeir
şəffaf bir yüngüllük qazansın deyə.
Qoy rənglər
təsəvvürdən çəkilsin
və
sabun köpüyü kimi gündəlik həyatın
üstündən qalxsın
Şeirə
naməlum istiqamətə uçmasına icazə verin.
Mənim şeirim
Bir
neçə söz yazdım və həmişəlik sabitləşdirdim
onları
Düşüncələr
və duyğular misraları yaratdı.
Son ifadəni
söylədim,
və
şeirim zefir kimi tərpəndi,
ayrılarkən
dodaqlarımı yüngülcə öpdü,
yanına
yol aldı yad adamların.
Göz
yaşlarının doğulduğu gözlərə axdı
Ürəklərə
pıçıldadı incə sözlər
və
yüngülcə tərpəndilər.
Gündəlik
işlərdən qabıq bağlayan
Yatmış
vicdanları iynələdilər
Və kədərli
Melanxoli "xanıma" təsəlli verdilər.
Gecələr göylərə uçdu
ağır
pərdələrini aralayaraq buludların.
Ulduzlar
parıldayırdı sevgililər üçün
işıqlandırılmış Aylı yollarda.
Tənha
bülbülün zərif nəğməsi
qaranlıq
uçurumun ətrafında əks-səda verib
güllərin
bayıldan qoxularına yumşaq bir şəkildə
qovuşaraq...
-
ilhamın sevimli oğlu vəfasız sevgilim
geri
qayıdar hərdən, amma o
daha mənim
övladım deyil.
Filosof və şair
Daha
yüksək abstraksiya səviyyəsində
real
dünyanın maneələrini dəf edərək
zaman və
maddənin gərəksiz olduğu yerdə
göylə
yer arasında görüşdülər.
Oğlan
ağ kətan və fəlsəfi kəlamlar gətirdi
boya
fırçalarını gətirdi qız.
Və kəlmələrdə
bir ovuc xəyal
şəkli
mavinin bir çox çalarlarıyla çəkir
fikir və
hisslərini efirə tökürdülər.
Oğlan,
həyatın konturlarını qalın tünd-göy rənglə
çəkdi
fonu zərif
göy rəngli qotazlarla doldurdu qız.
Birlikdə
bir neçə rəngli sürpriz sıçramaları əlavə
etdilər
oğlanın
gözləri qəhvəyi, qızınkı isə
yaşıldı.
Yuxuların oğrusu
Razılığın
olmadan götürməyimi gözləmirdin.
Çox
yaxın idim və əlimə çatacağı yerdəydi
hər şey.
Saysız-hesabsız
düyünlərlə bağladım
düşüncələrini,
sıx bir tor hördüm,
Və
yuxulardan qadın fiqurunun incə bir əyrisini toxudum.
Baxışlarını,
tənhalığını oğurladım oğru kimi.
Gözlərində
ehtiras qığılcımını
alovlandırdım
və od püskürdü.
Saçlarımın
çiçək qoxusuyla sardım bizi
Və yol
aldıq çox uzaq gecələrə doğru.
Sən
Marsdan, mən Veneradan.
Uzaq
planetlər - incəlik qübbəsinin parlaq nöqtələri.
Sözlərimiz
və əllərimiz həyatın cazibə qüvvəsini cəlb
etmədə...
Şans bileti
Başıma
gəldi həyat;
Yaxşını
pisdən ayırmaq istedadı.
Keçici
düşüncələri söyləyə
Və bir
sözlə vaxtı dayandıra bilərəm.
gündəlik
ləzzətlər,
Böyük
sirlərin açımı
Daimi heyrət
payımdır mənim.
Yarpaqların
yaşıllığına heyranam
Və nə
qədər səslər
Quşların
boğazında gizli.
Müstəsna
şansdır
Buludların
forma və rənglərini araşdırmaq,
İldırım
təhlükəsini hiss etmək.
Mənasız
kədərlər üzərində
Hər dəqiqəni
boş yerə sərf etmək heyifdir
Yalnız
bir tərəfə biletin varsa...
Alicja Maria Kuberska
Tərcümə etdi:
Məmməd İSMAYIL
Ədəbiyyat qəzeti.- 2022.- 22 yanvar.- S.30.