Hər dəqiqəni
boş yerə sərf etmək heyifdir
yalnız bir tərəfə
biletin varsa...
Şeirlərini
oxuculara təqdim etmək istədiyim Alicja Maria Kuberska polyak
poeziyasının istedadlı şairlərindən biridir.
Əvvəllər adını dünya şeir
antologiyalarından duyduğum Alicja ilə keçən ilin
oktyabr ayında Şimali Makedoniyada keçirilən dünya
şeir festivalında tanış oldum.Və bu
tanışlıq sonunda ədəbi dostluğa çevrildi.
Şair,
nasir, tərcüməçi və redaktor olan Alicja bir
neçə dil bilir. Bu da onun dünya şeir okeanında məşhurlaşmasına,
ün qazanmasına səbəb olur.
Şeirləri
Polşa, Çexiya, Slovakiya, İngiltərə, Belçika,
Bolqarıstan, Macarıstan, Albaniya, Makedoniya, Serbiya,
İspaniya, İtaliya, Türkiyə, Argentina, Çili, Peru,
Meksika, İsrail, ABŞ, Kanada, Hindistan, Banqladeş, Pakistan,
Özbəkistan, Cənubi Koreya,Tayvan,Yeni Zellandiya, Çin,
Marokko, Cənubi Afrika, Zambiya, Keniya, Avstraliya və başqa
ölkələrdə nəşr olunub.
Çox
sayda dünya poeziya mükafatlarının laureatıdır.
Dilimizə
çevirdiyim şeirlərini oxusanız onun şair
istedadının şahidi olacaqsınız.
Məmməd İSMAYIL
Ədəbiyyat qəzeti.- 2022.- 22 yanvar.- S.30.