Ötən ilin 20-25 dekabr tarixlərində XIII Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında
iştirak elədim. Festivala
Almaniya, İraq, Makedoniya, Fələstin, Misir, Gürcüstan və Türkiyədən
şairlər qatılmışdı.
Ədəbiyyat və musiqi festivalı kimi təşkil olunan Beynəlxalq tədbirdə
"Şeir və tarix" müzakirəsi,
"Fest/Mest" adlı
- Məkandan İlhama
İstanbul" adlı
gənc yazar və bəstəkarların
görüşməsi, şeir
saatları, kitab təqdimatları keçirildi.
Festival günlərində dinlədiyim, yaxud oxuduğum bəzi şeirləri dilimizə çevirmək istədim. Məsələn,
makedoniyalı şairə
Yuliyananın "Axan
su" effekti doğuran "Su" şeiri,
misirli şair Əhmədin əcnəbi
dil öyrənərkən
tək-tək əxz etdiyimiz sözlərin həqiqi mənalarına varmaq fürsəti barədəki poetik nümunəsi, gürcüstanlı
Ekanın şeirindəki
"yaddaş melanxoniyası",
iraqlı şair Əli Əl-Şalahın
"modern mühacir düşüncələri",
türkiyəli şair
qardaşımın S.Qayanın
poetik təlqinindəki
"qatı ironiyası",
Fələstinin Avropada
kifayət qədər
şöhrət qazanmış
sənətkarı Najvan
Dərvişin nikbin təsəvvürə qapılanda
dünyanın Böyük
Vətən, "tünd
qaranın canına daraşaraq" fikirləşəndə
isə Vətənsizlik
Yurdu kimi dərk olunmasını ehtiva edən şeirləri diqqətimi
çəkdi...
Fərid Hüseyn
Ədəbiyyat qəzeti.- 2022.-
22 yanvar.- S.29.