Qardaşıq biz
Bu doğmalıq ruhla, qanla
Türklük adlı şərəf, şanla.
Rəcəb Tayyib Ərdoğanla
Birgə
vurur ürəyimiz,
Tək
dost deyil, qardaşıq
biz.
Müşkülümüz olsa harda,
Hər ikimiz şəksiz orda.
Səfərbərik bir qərarda,
Eyni arzu, diləyimiz,
Tək
dost deyil, qardaşıq
biz.
İsrarlıyıq sözümüzdə,
Çəkinmək yox gözümüzdə.
Bəs, yetərli
gücümüz də.
Ortalıqda hünərimiz,
Tək
dost deyil, qardaşıq
biz.
Əməlimiz, işimiz haqq,
O mənə, mən ona dayaq.
Əlimizdə qoşa bayraq.
Yüksəlişdə millətimiz,
Tək
dost deyil, qardaşıq
biz.
Haqsızlara veririk dərs,
Həddin qana kəmfürsət, tərs.
Dünyamıza salmışıq səs.
Böyük uğur zəfərimiz,
Tək
dost deyil, qardaşıq
biz.
Bu doğmalıq ruhla, qanla
Türklük adlı şərəf, şanla.
Rəcəb Tayyib Ərdoğanla.
Birgə
vurur ürəyimiz,
Tək
dost deyil, qardaşıq
biz.\
Unut məni
Düşünürəm axı nədən,
Boşa gedə vaxtın, vədən.
Sil qəlbindən, ürəyindən,
At, biryolluq, unut məni.
Gətirərlər səni "zara",
Məğmun, küskün, günüqara.
Düşünmədən qoş onlara,
Qat, biryolluq,
unut məni.
"Uzaq dur"u ən sərt, qısa
De, lal ola dilim, susa.
Demirəm ki, bundan yasa
Bat, biryolluq unut məni.
Eləsini axtar, ara,
İstəyincə gələ kara.
Sevəninəm, o əğyara
Sat, biryolluq unut məni.
Bu halıma gülə-gülə,
Qıy ki, yanam, dönəm külə.
Tək özünə xoş gün dilə,
Çat, biryolluq unut məni.
Sənə baxmayım?
Acıqlanıb deyirsən: "Nə
baxırsan həsrətlə?"
Gülüm, yaxılım, yanım, həm də sənə baxmayım?
Soruşursan, bilmirəm, bunu
hansı niyyətlə,
Təsirsiz and-amanım, həm də sənə baxmayım?
Nakam eşqə cavabı özüm özümdən
alım,
Verməyir həyat heç nə, xəyallarla dolanım.
Deyirsən bu halımla səni insaflı sanım,
Ətrafında dolanım, həm də sənə baxmayım?
İstəyirəm qəlbini baxışın
desin dilsiz,
Ruhlarımız görüşsün özümüzdən
xəbərsiz.
Yolunda canı qurban mən demişəm əvəzsiz,
Qurbanlıq olsun canım, həm də sənə baxmayım?
Xiffətindən köksümü çalın-çarpaz
dağlayım,
Sevinc, fərəh görməyim,
qəm-qüssədən ağlayım
Görüşünə ümidi təsadüfə bağlayım,
Ötsün belə hər anım, həm də sənə baxmayım?
Vurğunluğum səbəbdir bu
bəlalı halıma,
Qərarlısan ümidsiz, belə naçar qalım a.
Bax, dönmüsən insafsız,
hökmün verən
zalıma,
Qurula dərd,
divanım, həm də sənə baxmayım?
Acıqlanıb deyirsən: "Nə
baxırsan həsrətlə?"
Gülüm, yaxılım, yanım, həm də sənə baxmayım?
Soruşursan, bilmirəm, bunu
hansı niyyətlə,
Təsirsiz and-amanım, həm də sənə baxmayım?
Ümid olma
Ümid
olma naxələfə,
Qərar verər gizlin, xəfə.
Keçməz sən olan tərəfə,
Atar, anda şəksiz
əlbət.
Öz xeyrini güdər müdam,
Seçməz heç düz,
əyri adam.
Qardaşa da deyər yadam,
Satar, anda şəksiz əlbət.
Fürsət arar hər bir işdə,
Olar dörd
göz böl-bölüşdə.
Bəd zirvəyə dirənişdə,
Çatar, anda şəksiz əlbət.
Bilməz
günah nə,savab nə,
Uduzar keçən
girinə.
Haram, halal bir- birinə
Qatar, anda şəksiz,
əlbət.
Qənim
olar düzə, mərdə,
Gendə durar xeyir-şərdə.
Yaxınları qəmə, dərdə
Batar, anda şəksiz
əlbət.
Xeyir görməz ondan qəti
Qohum, əqrəba
külfəti.
Görən, tuş gələnin
bəxti
Yatar, anda şəksiz əlbət.
Nəcməddin MÜRVƏTOV
Ədəbiyyat qəzeti.- 2022.-
29 yanvar.- S.23.