M.Ə.Rəsulzadənin
Nizami Gəncəvidən tərcümələri
Altıncı məqalə
Söz
"Məxzənül-əsrar"dan:
İlk öncə çün qələm girişdi işə,
Söz deyib də, öylə gəldi cünbüşə.
Gizliliyin
pərdəsi çün
çözüldü,
İlk sırada,
səhnədə söz
görüldü.
Söz könülə olmadıqca
tərcüman,
Çamur bədən bulmadı
dünyada can.
Başladı çün qələm
gəliş-gedişə,
Sözlə açdı dünya gözün Günəşə.
Sözlə dünya tanınmışdır
aləmə,
Söylənsə həp sözə gəlməz xatəmə.
Söz canımızdır lüğəti
eşqdə,
Biz həp sözüz
bu görünən dəhrdə.
"Həft peykər"dən:
Sözdən gözəl evladı,
Dünyamız doğurmadı.
Nə yapdıysa Yaradan,
Qalan bir sözdür andan.
Bir ruh kimi əyərsiz
(nöqsansız)
Söz cövhərdir
dəyərsiz.
Bilir duyulmazları,
Oxur yazılmazları.
İnsandan bir yadigar,
Sözdür ancaq payidar.
Sözçü
"Məxzənül-əsrar"dan:
Xəzinələrin açarları
Söz bilənin
dilindədir.
Taxtların durumları
Yürür sözün əlindədir.
Sözçü göyün bir bülbülü?
Kim ona bənzəməkdədir?
Tutuşduqda düşüncəsi,
Mələklər ölçüsündədir.
Söz söyləmək məharəti
Yalvaçlığın özündədir.
Tanrı
yanında mərtəbə
Yalvaçda, həm şairdədir.
Hər ikisi bir dost tanır,
Bir ruh iki bədəndədir.
"Həft peykər"dən:
Siz deməyin ki, sözçülər öldülər,
Yalnız sözün dəryasına
girdilər.
Çağırsanız adlarıyla anları,
Balıq
kimi, sudan
çıxar başları.
İnsanlığın dəyəri
"Xosrov ilə Şirin"dən:
Göydəki yıldızlar həmayilindir,
Nədir onlar? - sənin vəsailindir!
Bütün darlıqların məcali
sənsin,
Bütün varlıqların xəyali
sənsin.
Almaqdalar
anlar səndən həp misal,
Halbuki anlardan sən açmaqda fal.
Mənliklərin yapan sənsin onların,
Yediklərin atan sənsin onların.
Dairə
nöqtəsi, yəni
mərkəzdən,
Başqa nə var isə
alındı səndən.
Sürən məlakəsi sənsin
cahanın,
Yol göstərmək
işi ancaq xudanın.
Comərdsin, kəndinə göstər
güvən,
Düşməyəsin, fənalığı burax
sən.
Eyi-kötü, nə varsa, eylə hesab,
Ağlına məsulsun, ona ver cavab.
Ya getdiyin qapı züqürd olmasın,
Ya öylə
ol, kimsə öylə olmasın.
Bir kəsin ki, gözü nura dayanamaz,
Mələklərin göylərində o duramaz.
Yerin üzü asimanın bir eşi,
İnsanlar da mələklərin qardeşi.
İxtiyar qadın ilə
Sultan Səncər
"Məxzənül-əsrar"dan:
Zülüm görmüş, aciz,
ixtiyar nənə,
Əl atdı Sultan Səncərin
ətəyinə:
Səndən, - dedi, - görmədim
heç inayət,
Zülüm gördüm, - deyə
etdi şikayət:
Zil-zurna
bir darğa gəldi köyümə,
Rüsvay etdi, zorla girdi
evimə.
Suçum yoxkən tutdu evimdən aldı,
Saçlarımdan çəkdi, sokağa saldı.
Amansızca vurdu, yaxdı canımı,
Tutsaq etdi, incitdi vicdanımı.
Məhəllədə qətil olmuş bir gecə,
Mən bilməlimişim nasıl
və necə!..
Evimdə
qanlıyı qalxdı
aratdı,
Söylə, şahım, bu
qədərini kim daddı?
Darğanın sərxoşu kəndi
qan yapar,
Acizə qalxar da sonra
şər atar.
Davul vurur vilayəti soyarlar,
İxtiyarlar, baxın, suçlu çıxarlar.
Bunları görməyib, ört-bas
edənlər,
Haqqı məndən, ədli səndən edərlər.
Çiynəndi büsbütün mənim
vücudum,
Qalmadı mənliyim, qırıldı
ruhum.
Haqqını almaz da, dada yetməzsin,
Gəlir hesab günü, rahat etməzsin.
Böyüklüyün nərdə, hanı ədalət?
Zülümdən yüksəlir yer-yer
şikayət!
Xaqanlardan
mədət, qüvvət
bəklənir,
Səndənsə həp xorluq və zillət gəlir.
Yetim malı yemək
işdən sayılmaz,
Burax bu adəti, sənə yakışmaz!
Fağır qadınlara, utan,
ilişmə,
Gün deyildir gördükləri,
didişmə!
Sən köləsin, fəqət
şahlıq satarsın,
Şahlığa uymayan işlər yaparsın.
Şahə düşən məmləkəti
sevməkdir,
Xalqa baxmaq, ədaləti güdməkdir.
Böyləliklə əmrə boyun əyərlər,
Şahı candan, həm könüldən sevərlər.
Etmədəsin aləmi zirü
zəbər,
Səndə yox ki, başqa türlü bir hünər!
Türklərin çün yüksəldi
dövlətləri,
Ədalətdən süsləndi həp elləri.
Madəm
ki, sən zülmə amil olursun,
Bir türk deyil, çapulçu bir hindusun!
Tuğlacı (kərpickəsən) ixtiyar
"Məxzənül-əsrar"dan:
Şamda,
eşitdim, var imiş ixtiyar,
Çamur, saman basar da
kərpic yapar.
Göyərtidən toxur imiş köynəyin,
Tuğlaçılıqla qazanır əkməyin.
Qalxanları düşdükcə pəhlivanlar,
Kəndilərin bu tuğlayla qorurlar.
Bu ixtiyar bir gün
eyni işində,
Çalışmaqda çamur, saman içində.
Nə yapdığındır, mənə
bax, hey eşit,
Demiş, keçən dəliqanlı
bir igid.
Nə düşgün iş, nədir sənin etdiyin,
Əzab çəkib, böylə
kərpic kəsdiyin.
Burax bunu, boş yerə vermə əmək,
Kim əsirgər səndən
bir parça əkmək.
Qəlibini yaxma, babam, tuğlanın,
İxtiyarın deyil bu iş, oğlanın!..
Demiş
baba: - oğlum, cahillik etmə,
Get buradan, durub kahilik (çiylik) etmə.
Tuğlaçılıq işi - olğunlarındır,
Minnətçilik işiysə, qullarındır.
Bu məsləkə əl
atdığım niçindir?
Bir gün sənə əl açmamaq içindir.
Kimsəyə mal için mən
heç əl açmam,
Əmək verir, verim işdən
də qaçmam.
Bu sözləri bizim igid eşitmiş,
Qızarmış, ağlamış, çəkilmiş
getmiş.
Nəsiman Yaqublu
Tarix elmləri doktoru,
professor
Ədəbiyyat qəzeti.-2022.-29 yanvar.-S.26.