Alasan dünyanı qol
arasına
Yarından küsəndə deyirəm
bir gün
Qoşulub gedəsən bal
arısına.
Dilini bildiyin başa düşmədi,
Can söylə, dünyanın
lal arısına.
Düz oldum, düzümü bilən olmadı,
Üz tutdum, üzümə gülən
olmadı.
Gözüm yolda bitdi, gələn olmadı,
Saldım öz başımı qal arasına.
Yaxandan qopmaya dünyanın əli,
Qoşma, müxəmməsi, təcnis,
qəzəli.
Dünya
Leyli ola,
sən də ki dəli
Alasan dünyanı
qol arasına.
İsmin 7-ci halı
Gəlin
belə düşünək,
Nizələrin qan daman ucu
Əslində, bir parça torpaq deyilmi?
Güllələrin özü də,
Lap qırma düyməciklər
-
Başlarında torpaq yaddaşı daşıyırlar.
Ekskavatorla başladı ayrılıqlar,
Zülmlə ayırdılar torpaqdan
filizi...
Hələ də ağlayır anası torpaq üçün dəmir.
Torpağı axtarır deyə
özünü hər
yerə çırpır,
Hər yerə
dəyir.
Bəlkə də insan bədəni də tanışdı ona,
Tanışdı yox, yaddaşdı ona.
Torpaqda bir yaşayırdılar,
Elə ki ayrıldılar,
Hərəsi bir adda
Çağrıldılar.
Biz yaratdıq ayrılıqları,
Torpaqdan
dəmir ayırdıq,
Can ayırdıq,
İndi
həsrətlilər qovuşanda
ölürük,
Dönürük ismin 7-ci halına.
Şəkil
Mən səni yadımda belə saxladım,
Danışıb-eləmə, şəkil kimi qal.
Əlini
tərpətmə, gəl
keç yanımdan,
Gördün darıxırsan, xəyallara
dal.
Şəklin xəyalları çox
dərin olur,
Nəyi düşünürsən, götür
özünə.
Guya ki, bu səhər
gəlin köçürsən,
Şəklini örtüktək dur çək üzünə.
Gözündə qəribə kədər
varıydı,
Güldürmə, qoy elə, eləcə
qalsın.
Xalqın
gəlinləri böyüyüb
getsin,
Qoy mənim
sevdiyim balaca qalsın.
Bir axşam üzündə qəmi sındırıb,
Anan söyləməsin Allaha şükür.
Bax onda gözündə şəklini cırıb,
Verər
küləklərə bu
Allahşükür...
Yenə bu qışda
Güllə qızdırıbdı ayaqlarını,
Tutub ayağını
dimdiyində quş.
Xəyaltək çırpınır qalxır göylərə,
Cüt qanad sevincdi, cüt qanad alqış.
İndi
yuvasına çatan kimi o,
Yığacaq altına ayaqlarını.
Bəlkə ayağına qurban
deyəcək,
Əl kimi çırpınan qanadlarını.
Batacaq
al-qana yumurtaları,
Balalar ilk dəfə
qan görəcəkdir.
Yaralı
ayağa yerdi günahkar,
O yerə ah kimi hönkürəcəkdir.
Göylər qanadını yaxşı
saxladı,
Yerlər ayağını qırdı
bu quşun.
Çöllərin şaxtası, sazağı kimi,
Ovçusu qəddardı yenə bu qışın.
Qar dənəciyi teoremi...
Qar dənəciyinin içində
günəş zərrəsi
Milyon il əvvəl
Yazı
kimi qoyulanda...
O qar dənəciyi milyon ildi
Bizə
tərəf uçanda,
Uça-uça əlimizə
Və ya
Kipriyimizə qonanda,
Ağlımıza gəlmədi ki,
həmin qar dənəciyini
Yarıb içindəki günəş
zərrəsindən xəbərdar
olaq.
Bir dəfə bunu mən etdimsə də
Bacarmadım.
Çünki milyon il
bundan qabaqkı
əlifbanı bilmədiyimdən,
Hərfləri tanımadığımdan
Eləcə qar dənəciyini atdım yerə.
Atan kimi
Qar dənəciyindən çıxan
Bir sarı çiçəyin
təşəkkürü
Sevda kimi açıldı ürəyimdə.
Balıqlar, quşlar, uşaqlar
Tilov atıb balıqların yuxusunu qaçıran oğlan,
Sənin də başından tilov sallanır.
Xəbərin varmı,
Göyə baxsana?
Balıqların üzməyi nizamıdır
dünyanın,
Bu nizamı sədəf boyda tilovla uçurmağı,
Qurdla balıqları aldatmağı
bacardınsa,
Sonra küçədə dilənən
uşağa bir parça
çörək versən,
quşa dən səpsən,
zülüm-zülüm ağlayaram
mən.
Üç şey məni həmişə ağladar,
Göydə quşlar,
Çayda balıqlar,
Yerdə uşaqlar.
Onlar yeməyə
aldanırlar.
Məni kövrəldə bilməz
Məni
kövrəldə bilməz
daha güllər,
Güllərin üstündə şehlər,
Ayrılıq dolu şeirlər,
Şeir
dolu ayrılıqlar...
Məni
kövrəldə bilməz
şəhid evləri,
İslanmış yaylıqlar,
Enmiş
bayraqlar,
Rənglənmiş divarlar,
Şəhidin üçünə gətirilən
Düyülər,
Qəndlər, çaylar,
Ağlayan əmilər və
dayılar...
Zəncirində dartınan itlər,
İtə yal bişirməyi unudan qadınlar.
Ailədə şəhidin tək
oğul olmağı belə
Məni kövrəldə bilməz.
Məni
kövrəldə bilməz
qolumun kəsilməyi belə,
Ayağımın itkin düşməyi
Məni
düşündürməz,
Mən nədən belə
Yox oldum, ilahi?..
Allahşükür AĞA
Ədəbiyyat qəzeti.- 2022.- 29 yanvar.- S.27.