"Sonda Söz var, Söz
də
İnsandır və Söz
İnsanladır!"
Amerikalı yazıçı Con Steynbekin Nobel çıxışı
1962-ci ildə Steynbek Ədəbiyyat
üzrə Nobel Mükafatına "zərif yumor və kəskin
sosial baxışla birləşən realist və poetik
töhfəsinə görə" layiq görülüb. İsveç
Akademiyasının üzvü Anders Oesterlinq Steynbeki
"müasir Amerika ədəbiyyatının ustadlarından
biri" adlandıraraq qeyd edirdi ki, "yazıçı həmişə
məzlumlara, gücsüzlərə və əziyyət
çəkənlərə rəğbət bəsləyir;
həyatın sadə ləzzətlərini pula qarşı qəddar
və kinsiz ehtirasla qarşı-qarşıya qoyur".
İcazə verin, əməyimi
bu yüksək mükafata layiq görmüş İsveç
Elmlər Akademiyasına səmimi minnətdarlığımı
bildirim.
Ruhumun
dərinliklərində əminəm ki, hörmət və
ehtiram bəslədiyim bir çox ədəbiyyat xadimləri
buna məndən az layiq deyillər, lakin bu, heç
şübhəsiz, sevincimi, qürurumu azalda bilməz. Nobel
mükafatı alarkən ədəbiyyatın mahiyyəti və
inkişaf istiqamətləri ilə bağlı şəxsi və
ya elmi əsaslı fikirlərini bildirmək adətdir. Ancaq ədəbiyyatı
yaradanların üzərinə düşən yüksək
vəzifə və öhdəlikləri indi xatırlatmaq mənə
daha uyğun gəlir. Nobel mükafatı laureatı fəxri
adı və sizin qarşınızda çıxış
etmək fürsəti məni minnətdarlıq hissi ilə
parçalanan siçanı cızıldatmağa yox, əməyimə
və uzun əsrlər boyu bu işi görən o böyük
və istedadlı insanlara görə qürurla şir kimi
ucaltmağa sövq edir.
Ədəbiyyat
yayılmasını o insanlara borcludur, o insanlara borcludur ki, tənqidçilərin
qansız və zəif ruhaniləri kimi boş məbədlərdə
oxuduqları nəğmələrdən uzaqdı.
Ədəbiyyat
insan nitqi qədər qədimdir. İnsanlar üçün
lazım olduğu üçün meydana çıxdı və
inkişafı zamanı onlar üçün daha da zəruri
oldu. Skaldlar, bardlar, yazıçılar heç vaxt
xüsusi, seçilmiş kastaya aid olmayıblar. Onların
funksiyaları və vəzifələri əvvəldən
insanların ehtiyacları ilə müəyyən edilirdi.
Bəşəriyyət
indi qaranlıq, qaranlıq bir ümidsizlik və
çaşqınlıq dövrünü yaşayır. Mənim
böyük sələfim Uilyam Folkner burada
çıxış edərək ümumbəşəri
qorxu faciəsindən o qədər uzun müddət
danışdı ki, ruh problemləri arxa plana keçdi və
yazıçıların diqqət mərkəzində daxili
ziddiyyətlərdən parçalanmış insan ürəyi
dayandı. Folkner bir çoxlarından yaxşı başa
düşürdü ki, insanın gücü nədir, zəifliyi
nədir. O, yazıçının varlığının əsas
mənasını qorxunun mahiyyətini dərk etməkdə,
ona qalib gəlməkdə görürdü.Bunda yeni heç
nə yoxdur. Qədim zamanlardan yazıçının məqsədi
dəyişməz olaraq qalır. Onun vəzifəsi
nöqsanları və aldadıcılıqları
ört-basdır etmək, qaranlıq və təhlükəli
düşüncələri işıqlandırmaqdır - belə
ki, onların öhdəsindən gələ bilsinlər. Yazıçının
digər vəzifəsi insanın danılmaz məziyyətlərini
- ruhun ucalığını, mətanətini, mərdliyini, mərhəmət
və sevgi qabiliyyətini üzə çıxarmaq, tərənnüm
etməkdir. Zəiflik və ümidsizliklə bitməyən
müharibədə insanı mübarizəyə səsləyən,
ona ümid aşılayan parlaq pankartlardır.
Mən
hesab edirəm ki, insanın özünü təkmilləşdirmə
qabiliyyətinə ürəkdən inanmayan
yazıçının özünü ədəbiyyata həsr
etməyə haqqı yoxdur. Müasir bəşəriyyəti
əhatə edən ümumi qorxu fiziki dünya haqqında
biliklərimizdə sürətli sıçrayış və
ondan düşünmədən istifadənin nəticəsidir.
Bu sıçrayış bizim fərqli növ hadisələr
haqqında bilik səviyyəmizi çox geridə qoydu, lakin
bu o demək deyil ki, qeyd olunan səviyyələr heç vaxt
bərabərləşməyəcək. Onların
uyğunlaşdırılmasını təmin etmək ədəbiyyatın
əsas vəzifələrindən biridir.
Bəşəriyyət
özünün uzun və şərəfli tarixi boyu təbii
düşmənlərinə qarşı, bəzən demək
olar ki, qaçılmaz məğlubiyyət və ölüm
qarşısında cəsarətli mübarizə
aparmışdır. İndi, bəlkə də tam qələbəmiz
yaxın olanda döyüş meydanından qaçmaq
axmaqlıq və qorxaqlıqdır. Mən Alfred Nobelin tərcümeyi-halı
ilə maraqlandım. Kitablara görə, o, tənhalığa
və düşüncələrə meylli bir insan idi.
Yaradıcı yaxşılıq və dağıdıcı
pislik üçün eyni dərəcədə uyğun olan,
lakin vicdan və ağıl arqumentlərinə tabe olmayan
partlayıcı maddələrin təkmilləşdirilməsi
ilə məşğul idi.
Nobel
gördü ki, onun ixtiraları inanılmaz qəddarlıq alətinə
çevrilir. Ola bilsin ki, o, hətta onun tədqiqatlarının
zorakılığın təntənəsi, həyatın
tamamilə məhv edilməsinə gətirib çıxara
biləcəyini əvvəlcədən hiss edib. Bəziləri
ona kinsizliyi aid edir, amma mən onlarla razılaşmıram.
Düşünürəm ki, o, ümidsizcə bir növ idarəetmə
mexanizmi, bir növ təhlükəsizlik klapan icad etməyə
çalışırdı. Sonda axtarış onu belə bir
fikrə gətirib çıxardı ki, yeganə etibarlı
qapaq insanın ağlı və ruhu olduğunu tapdı. Mənə
elə gəlir ki, onun düşüncə tərzi Nobel
mükafatlarının nəyə görə verilməsində
əks olunur.
Onlar
insan və ətraf aləm haqqında biliklərin zənginləşməsinə
və genişləndirilməsinə, əşyaların
mahiyyətini dərk etməyə və onu sözlə
çatdırmağa görə verilir - ədəbiyyatın
vəzifəsi məhz budur. Onlar bütün digər nailiyyətlərin
cəmləşdiyi sülhməramlılara görə
verilir. Nobelin ölümündən yarım əsr belə
keçməyib və təbiət qapılarının
açarını əlinə alan bəşəriyyət
seçimin ən ağır yükünü çiyninə
götürüb. Biz əvvəllər yalnız Allaha tabe
olan o qüvvələrin çoxuna əmr verməyi öhdəmizə
götürdük. Qorxu və hazırlıqsızlıq bizə
bütün canlıların - bütün dünyanın həyatına
və ölümünə əmr vermək hüququnu təyin
etməyə mane olmadı.
Təhlükə,
ümid, seçmək hüququ - indi hər şey insanda təcəssüm
olunub. Özünü təkmilləşdirmək qabiliyyətini
yoxlamağın vaxtıdır. İlahi hakimiyyəti öz əlimizə
alaraq biz əvvəllər Allahda gördüyümüz
müdrikliyi və idrakı təzahür etdirməliyik! Bundan
sonra insan ən dəhşətli qorxu təhlükə və
yeganə silahımız ümidimizdir. Buna görə də,
bu gün Yəhyanın İncilini təfsir edərək deyə
bilərik: "Sonda Söz var, Söz də İnsandır və
Söz İnsanladır!"
Tərcümə etdi: Malik Atilay
Ədəbiyyat qəzeti.- 2023.- 21 aprel.- S.32.