Uca zəfər zirvəsi
Göydən şimşəklər yağır, Yerdə duman görünür,
Kainatın gözünü tutubdu qan görünür!
Qızıl gülləyə sarı şahmar kimi şığıyan,
Zəhərə aşiq olan şipşirin can görünür!
Bələnib
al qanına; "Ana", "Ana"... inləyib
Torpağı
sinəsinə çöküb qucan görünür!
Ürəyini
qəlpəyə hədəf edənlə bahəm
Tüpürüb
dabanına xəlvət qaçan görünür...
Dünya
şirin, can əziz, qorxu nədəndi demə,
Aralıdan baxana döyüş asan görünür.
Bu,
döyüş məktəbidir, kəsilən var, kəsən
var,
Sınağın
ən sərtidi son imtahan, görünür!
Hər
savaşın sonu sülh, təki vətən yaşasın,
Ölüm-itimsiz döyüş, söylə,
haçan görünüb?
Zəfər
zirvəsi, dostum, elə uca məkan ki,
Durub ordan
baxanda küllü-cahan görünür!
Qocaman əsgər
Yeni zəfərin
ardınca Azərbaycan bayrağını azad olunmuş
yüksəkliyə sancarkən düşmən gülləsinə
tuş gəlib qəhrəmancasına şəhid düşən
Səid Rəşidzadənin atası, təpədən-dırnağa
vətən sevdalısı, əziz dostum Nofəl bəy
Qasımova həsr edirəm...
Cənab
hərbi komissar,
ricam gəlməsin
qərib,
sənə ciddi sözüm var -
Şəksiz,
o sözü mənə
Göydən
Allah göndərib!
Sinnimi niyə
danım,
yaşım altmışdan axır.
Amma
bununla belə
mənə yaxşılıq elə,
demə,
qocadı fağır -
məni
də əsgər çağır!
Söyləyim,
qırx il əvvəl
leytenant
olmuşam mən.
Yerindədi
ayaq, əl;
Yaman
gözü əlbəəl
deşən qırğı quşam mən!
Əmr elə
yıxım dağı;
külüngüm -
əldə
qələm,
Silahla
davranmağı
tariximdən bilirəm!
Tarixi
günə görə,
bax elə
buna görə
məni
də əsgər çağır!
Sinəm
mərdanə sinə,
canım
oddu...
ət nədi?!
Soruş,
söyləyim sənə
məkr,
ədavət nədir,
haqq nə,
ədalət nədir!
Hazırca
əsgərəm mən;
əsgər nə təhər olar?
Yararsız
sansan məni
içim
dərbədər olar!
Vətənin
dar günündə
cavan da əsgər
olar,
qoca da əsgər
olar,
Gonbul,
arıq, bəstəboy,
uca da əsgər
olar...
Bax elə
buna görə,
cənab
hərbi komissar,
bu
canı sına görək,
Qocanı
sına görək!
Cənab
hərbi komissar,
yurduma məhəbbətim,
yağılara nifrətim
dibdədi, dərindədi.
Tədrislərdən
keçmişəm,
təlimim yerindədi...
Bəs niyə yeyirəm qəm? -
Çünki
baxıb görürəm
yurdumda
yağı gəzir;
Varlığım
kədər olur,
fikrim dərbədər
olur,
Yediyim zəhər
olur,
içdiyim zəhər olur!
Göz
yaşarır, əl əsir,
içim
hərbə tələsir!..
Xahiş,
minnət bir yana,
cənab
hərbi komissar,
sən
məni əsgər apar!
Ağsaqqal
sözü ağır -
qədim
adətə ğörə
onu
salmazlar yerə,
əməl eləyər hərə;
Bax elə
buna görə
Çağır
məni, komissar!
Bəd
ayaqda əsgərin
peçini qalayaram,
Dörd
yanını səngərin
süpürüb sulayaram,
Qoymaram
laxtalana,
doğma
balam şəhidin
qanını yalayaram!
Görsəm
ki, yağı cumur
pələng kimi bağırıb,
qurd kimi
ulayaram!
İndiki
uşaqların
xırdadı sümükləri,
Bərkiməyib
hələ heç -
nəvəmlə bir yaşdadı.
Cənab
hərbi komissar,
məsləhətdi, məni seç;
Dərimi
qəlpə deşməz,
sümüklərim daşlaşıb!
İndiki
əsgərlərin
əkəni cavan kişi,
doğanı cavan gəlin,
Eşitsələr
övladın
ölüm-itim xəbərin
ata dəli
olacaq,
ana yaxa
yırtacaq,
saç
yolub, üz cıracaq!
Cənab
hərbi komissar,
rədd
etmə, sözümə bax,
sən
məni əsgər apar!
Cənab
hərbi komissar,
bundan əqdəm
kişilər
isti-isti
görüblər
hər
tədbiri, hər işi,
İmzala
göndərişi,
adımı sal kitaba!
Qoy məni
parçalasın
şəhidə dəyən güllə,
Polada,
Xudayara,
Səidə
dəyən güllə!
Axı nə
ömrüm qalıb -
on-onbeş ilə ölləm!
Heç
olmasa duysunlar
inadkar əsgər
baba
vətən sarı şığıyan
zəhərli oxdan ölüb...
Üstəlik,
sənə qurban,
Bir az üstünlüyüm var:
atam
çox cavan ölüb,
Saçlarını
yolası,
başına kül olası
ağlağan anam yoxdu-
o da lap
çoxdan ölüb!
Xoşbəxt,
yetim qocanı
Yoxla bir,
sına görək,
Cənab
hərbi komissar,
Halal
haqqıma görə
məni
də əsgər apar!
Vaxt silsiləsi
İl gəldi
keçdi -
keçsin,
Ay gəldi
keçdi -
keçsin,
İnsan
günün
quludu,
Gün
keçdi -
qorxuludu!..
Küləyə şükranlıq
Yayın
qızmarıydı, oynadı külək -
çoxu
yasa batdı, mən razı qaldım.
Küləyə
qol açan yarıdı məntək,
Başını
bürüyən kifli göbələk
Tanrı havasına tamarzı qaldı.
Açdım
birər-birər nəki ayna var,
Qapımı taybatay aralı qoydum.
Havadan irəli,
qardaş, tay nə var -
kim deyə
bilər ki, havadan doydum?
Şükür,
çapdı yenə atlı yel mənə,
Rəqqas
can... rüzgarı əzbər oynadı.
İyirmi
yaşıma atdı yel məni,
sandım
daz başımda tellər oynadı.
Su,
işıq... möhtacdı təmiz havaya,
Torpağı yumağa yelli sel gərək.
Canım
qurban olsun Günəşə, Aya,
onlar
çox uzaqdı, Yerə yel gərək!
Güvənsiz
rüzgarlar dörd yana sürgün,
Yaradan almasın nəfəsi bizdən.
Qeyb olsa
dünyanın havası bir gün
Hərə
bir cəhətdən qopmalı mehtək,
Hava dərməliyik
nəfəsimizdən!
Suallı rədif
Tək
Allahın milyard gülü solandı;
Bir
gül ilə bahar olmur -
düzdümü?
Nadanların
toy paltarı
palandı;
Kəhər
yoxsa, yəhər olmur -
düzdümü?
Dan
sökülür, qara çökür, ağ
artır,
Xan evində
dən tığlanır, yağ artır,
Sübh
acı çay, axşamüstü ağartı...
Kasıblarda
nahar olmur -
düzdümü?
Səbrsizlər
diri canı puç elər,
Qışqırtını
səssiz gerçək heç elər...
Boğazını
boşa yırtır beçələr;
Gün
çıxmırsa, səhər olmur -
düzdümü?
Şərikdirsə
şeytan zəri atmağa
İş
dirənir nərdi diri udmağa...
Əl
verməsə "yek" ayağın tutmağa,
ha
qoşala, çahar olmur,
düzdümü?
Rəng
alınmaz qara ağa girməsə,
Bağ
dağ olar bağban bağa girməsə...
Can
saraydı, hər gün bir daş hörməsən
vaxt
qumundan divar olmur -
düzdümü?
Birlik qoşması
Ömür
qəriblikdi, insan başına,
Harda görünüb ki, itən birləşsin?!
Kütlə
qol qoymasa haqq savaşına
dərgaha təkdənbir çatan birləşsin.
Adam tutur
eyzan işin boşunu,
Nahaqdan incidir qonum-qonşunu.
Eyni
tayfadandı qəmin qoşunu
Bircə
hoyu bəsdi çətən birləşsin!
Təkcə
sən deyilsən yolunca çapan,
Əcəl
bir ovçudu dalınca çapan!
Canını
götürüb qılınca çaqpan
nədən ayrılıb ki, nədən birləşsin?
Seylabdı
göz yaşı, sorsa can... bitməz!
Axar salxım-salxım; qoracan bitməz.
Ayrılıq
əciri goracan bitməz
can
qurban etməsək vətən birləşsin!
Uğursuz ad günü
Deyirlər
ki...
ad
günümdü -
Arzun varmı mənə, a gül?
Vaqif adda
bir şam söndür,
Çıxaq
bir ağ günə, a gül!
Əda
yelin çırp üzümə,
Ya od şaxı, qanda don aç!
Qapılar
örtdün üzümə,
heç
olmasa telefon aç!
Bax, sinəmə
çatlar düşüb
Qış ağzının narı misal.
Heç
olmasa məni düşün
quş
ürəkdə darı misal...
Necə
alım yoxu səndən -
ümüdlərim bir çürük qoz!
Oyat qəflət
yuxusundan,
heç
olmasa yuxumu yoz!
Ad
günümdü, qəm sirdaşım,
de,
hardasan, sirr deyilsə?
Bu ölkə
məndən danışır -
sən
bu ölkədə deyilsən?
Ad
günümdü...
sənsiz
olmur,
rəhm
et sovqat dəftər istə;
Mələklər
qələmsiz olmur;
hicrin -
qələm, dəftər - sinən...
xətt
çək adımın üstündən!
Gecikmiş qismət
Axır-uxur
qismət yetkin yaşıma
görəsən sovqatdı haradan, qəşəng?
Belə
qanıram ki, səni başıma
bəla
yollayıblar... oradan qəşəng!
Halsızam, bu hicri sürüyüm necə?
Havam yox,
tərpədim
körüyü necə?
Haramda gəzdirim,
bürüyüm
necə,
çıxardım ovumu aradan qəşəng?
Gözümdə
sulanan yaş alçaları
duzlayıb boşqaba düzəydik barı.
Pozulub
gözümün yaşıl çaları;
dərdə gül vurummu qaradan... qəşəng?!
Fərq
etməz durmusan sol ya sağımda,
Fərman
səninkidi - qul... qabağında!
Mənim
nəyim var ki, qürub çağımda
sinəmə vurduğun yaradan qəşəng?
Dizüstə
çökdürüb Vaqiftək mərdi...
Gec gələn
qonağın başqadı dərdi!
Səni
görməsəydim hardan bilərdim
var
imiş dünyanı yaradan, qəşəng?!
Qocalar üçün əzizləmə
Solummu
çiçək kimi,
olummu
çaxmaq quvu,
Ütüsüz
köynək kimi
geyinimmi
alovu? -
Nə
zillət çəkdiyimi
neyləyim ki, qanasan?..
Səni
görüm yanasan!
Bir
cüt bilək, bir cüt qol
həsrətin mənzilidi
Azcana səbrli
ol,
aç
pas tutan kilidı!
Olmazmı
ildə bir yol
məni
qapı sanasan? -
Səni
görüm yanasan!
Heçdi
gözümdə qırx il,
həsrət yolu uludu!
Oduna
yansam da, bil,
hələ canım suludu -
Ağlama,
gözünü sil,
nəmdi,
yanmaz can asan -
Səni görüm yanasan.
Aramıza
yol toxu
dəvəli xalça misal.
Səhralardı
var yoxum,
ovsarımı ələ al!
Məni də
ana doğub,
axı
sən də anasan...
Səni
görüm yanasan!
Bostan bayatıları
Bostanda mələk
gəzir;
Amma nədən tək gəzir?
Bəxtini
Allah vurub,
Əlləri ətək gəzir.
Bostanda pəri
gəzir,
Gəzir, hər yeri gəzir.
Ruhu
göyə çəkilib,
Cəsədi diri gəzir.
Bostanda
ceyran gəzir,
Dörd yana heyran gəzir.
Bərədə
ovçu durub,
Yayında ox... qan gəzir.
Bostanda
maral gəzir,
Sinəsində xal gəzir.
Gözlərindən
yaş tökür,
Dili yoxdu, lal gəzir.
Bostanda
arı gəzir,
Pətək nübarı gəzir.
Saymır
qəsri, qalanı,
Çiçəyə sarı gəzir.
Bostanda
qarı gəzir,
Axtarır, darı gəzir.
Zəif
görür, tutmağa
Güman divarı gəzir.
Bostana
yağış yağır,
Bahar, payız, qış yağır.
Xanəndə
yarpaqların
Başına alqış yağır.
Bostana
dolu düşür,
Yumrular sulu düşür.
Sınır
qönçənin boynu,
Şax gülün qolu düşür.
Bostanda
çiçək açır,
Çiçək təkbətək açır.
Gül dərməyə
gələnlər
Yüz yerdən ətək açır.
Bostanda
yemiş qəşəng,
Yemiş
yeyən diş qəşəng.
Damağı
dad istəyən
Başdan
tuta iş gərək.
Bostanda
qarğa gəzir,
Baş vurub arxa, gəzir.
El
düzülüb, bağbanın
Ardınca yorğa gəzir.
Bostanım
cin aşiqi,
Dövran onun uşağı.
Rəml
oxuyur, divara
qaldırır sarmaşığı.
Bostanda
külək əsir,
Budaqlar - lələk, əsir.
Bir də
gördün qar düşdü,
Can qorxur,
ürək əsir.
Bostanda
günə bax aaa...
Kor olur günə baxan.
Dözmür
günəş eşqinə,
Soluxur günəbaxan.
Bostanda kəpənəklər,
Tamam çiçəkdi ləklər.
Cütlər
cüt-cüt quruyur,
Tək-tək tökülür təklər.
Bosdanda gəzir
sənəm,
Üzü şehli, gözü nəm.
Bostana
dost nə gərək,
Bostanın dostu mənəm.
Bostana
verdim ürək,
Dolandım pərvanətək.
Can salamat
olmasa
Bostan nəyimə gərək?!
Masajda
Xub əla
masajçı deyirlər səni...
Yumşalt varlığımı, yağ-bal çək,
gedim.
Möhkəm
əzişdirib sərt həyat məni,
Belimə
ustubca sığal çək, gedim...
Quluncum
dağların son qarı - yoğur,
Rəndələ
dərdimi, yonqarı yoğur!
İtsin
kürəyimin donqarı, yoğur,
bişir
əl odunda qoğaltək, gedim...
Əldə
qüdrətə bax, sümükdən duzu
qoparıb, masaya şirnitək düzür...
Ovuşdur
qəlbimin ərisin buzu,
"salamtək" gəlmişdim, "sağoltək"
gedim!..
İtən yaddaş
Yaddaş gölmü, adamı?
güman
qat-qat - bilmirəm!
Tanıyıram
adamı,
amma ki,
ad bilmirəm!
Şad
görürəm batanı -
dəryada çöp tutanı...
Yeyirəm
əlçatanı,
heyif ki,
dad bilmirəm.
Fələyin
işi yaman,
Kimsəyə vermir aman.
Əhdimi
kəsir zaman;
haray,
imdad... bilmirəm!
Doğmanı
yad sayıram,
Qəsri
bərbad sayıram,
Bədbəxti
şad sayıram,
xoşbəxti şad bilmirəm!
Sizdən,
bizdən keçirəm,
Sirli izdən
keçirəm,
Üzü
üzdən keçirəm,
dibi
qat-qat bilmirəm.
Bu taxt
kimin taxtıdı,
Qupqurudu,
taxtadı?..
Hansı şahın vaxtıdı? -
mən
ki, saat bilmirəm!
Bu nə hal, görüm necə?
Təkimə girim necə?
Qəbrimi hörüm necə?
mən
inşaat bilmirəm...
Çərşənbə
tonqalı
Yanır
kafərin goru,
Tüstü
qara bağlayır,
Şaqqanaq
çəkir quru,
yaş
çubuqlar ağlayır
çərşənbə tonqalında.
Alov
qalxır, gurlanır,
Qızarır yanan közlər.
Yaxşı
gözlər nurlanır,
kül
olur yaman gözlər
çərşənbə tonqalında.
Üzük
közlər qızların
barmağını yandırır
Dünya
görmüş bir qarı
gizli mətləb
andırır
çərşənbə tonqalında.
Çırpır
tonqala canı
tullanır qaça-qaça,
Gül
oğlanın dabanı
ütülür bir balaca
çərşənbə tonqalında!
Adaşlar
Həm nəvəm,
həm adaşımsan -
İki
can bir təndə, Vaqif!
Adaş nədi?.. qardaşımsan -
sən
də Vaqif, mən də Vaqif!
Məxmər
tükün ətirlidi,
Adın
güldən xətirlidi...
Girdə
üzün fətirdimi,
xırda
burnun kündə, Vaqif!?
Gülsən,
dünya gülər sənnən,
Günəş
nurun bölər sənnən...
Bəhsə
girə bilər sənnən
hansı
qoçaq bəndə, Vaqif?
Boyun
ucalsın gər kimi,
Adın
dildə əzbər kimi...
Haydı,
yürü əsgər kimi
Azma duman,
çəndə, Vaqif!
Yeriyəndə
yer laxlasın,
Başını
göy qucaqlasın!
Adın gəlcək
div ağlasın,
yerə
girsin cin də, Vaqif!
Həm həlimsən,
həm də ki sərt -
Olmalıdı
mərd oğlu mərd!
Namərdləri
yolda gəbərt,
əclafları tində, Vaqif!
Nəyi deyim, nəyi qoyum? -
Qoç
qırdırım, kəsim qoyun!
Türk
oğludu əslin, soyun,
Müsəlmansan
dində, Vaqif!
Üfüqəcən
üzsün gəmin,
Suyun
sakit, yelkən əmin -
Dəryada
qərq olsun qəmin,
Ölsün
səndən gendə, Vaqif!
Vaqif BƏHMƏNLİ
Ədəbiyyat qəzeti.- 2023.- 1 aprel.- S.20-21.