Türk dünyasında tanınan
və sevilən imza: Əkbər Qoşalı
Beynəlxalq "Alaş" Ədəbiyyat
mükafatı laureatı
Əkbər Qoşalının
ədəbi yaradıcılığı
və ictimai fəaliyyəti qoşa qanad kimi bir-birini
tamamlamaqda, necə deyərlər, tarazlıq
yaratmaqdadır. Tarazlıq dedikdə ilk növbədə
nəyi nəzərdə
tuturam? - Söhbət
fiziki parametlərdən
deyil, ideyadan, ideyalı ədəbiyyatdan
gedir, əlbəttə.
Əlbəttə, ədəbiyyat
başda olmaqla, ümumən hər bir yaradıcılıq aktı ideyaya əsaslanmasa, ideyalı olmasa, yaşarılı ola bilməz.
Əkbər Qoşalının şeirləri, poemaları,
hekayələri ilə,
esseləri, məqalələri,
müsahibələri ilə
tanışlıq onu
90-cılar ədəbi nəsli
içində ideyalı
ədəbiyyatın ən
əsas təmsilçilərindən
biri, bir sıra göstəricilərə
görə birincisi kimi səciyyələndirməyə
əsas verir.
Əkbər Qoşalının irihəcmli
əsərlərinin - "Dərvişin nağılı",
"Çobanbayatı" poemalarının və
"Türk dünyasında
ədəbiyyat... Ədəbiyyatda Türk dünyası"
məruzələrinin bu
baxımdan daha təsirli olduğunu düşünürəm. Təsadüfi deyil ki, adıkeçən mövzuda
məruzələr Azərbaycan
Yazıçılarının son iki Qurultayında məhz ona etibar
edilib və o da bu etibarı
yüksək səviyyədə
doğruldub. Xalq yazıçısı,
AYB sədri Anarın Əkbər Qoşalının
məruzəsini model məruzə
adlandırması, məruzələr
haqqında çoxsaylı
təqdiredici rəylərin
meydana çıxması,
habelə ciddi alimlərin elmi əsərlərində həmin
məruzəyə istinad
olunması da dediklərimizi təsdiq edir.
Əkbər Qoşalı ilə yol yoldaşı olmuşam, uzun illərdir yaradıcı əməkdaşlığımız, ailəvi münasibətimiz
var. 2020-ci ilin sentyabrından
isə bir yerdə işləyirik. Onun, sədri olduğum Mədəniyyət Komitəsinin
eksperti olaraq məhsuldar çalışmaları,
məsuliyyəti şair-yazıçı
kimliyi ilə yanaşı, dövlət
qurumlarında uzunmüddətli
və səmərəli
iş təcrübəsindən,
bu təcrübənin
yüksək əyarından
xəbər verir.
Onu Türk
dünyasının hər
yerində tanıyır,
bilirlər, yaradıcılığına,
ictimai fəaliyyətinə
sayğı duyurlar. O, Türk
dünyası gənc
yazarlarının Azərbaycan
mərkəzli beynəlxalq
platformasının - Dünya Gənc Türk Yazarlar Birliyinin qurucusu və ilk başqanı olub. Azərbaycan Yazıçılar
Birliyi, Milli QHT Forumu və CASCFEN-nin İdarə heyətinin, Azərbaycan Jurnalistlər Birliyinin, bir sıra digər
uyğunprofilli qurum və quruluşların üzvü yaxud fəxri üzvüdür.
2022-ci ildə Türk Ədəbiyyatı
Vəqfinin şərəf
üzvü, Özbəkistan
Yazıçılar Birliyinin
fəxri üzvü seçilib. Özbəkistanın "Kitab dünyası" qəzetinin Azərbaycan təmsilçisidir.
Əkbər Qoşalı Azərbaycan dövlətinin, qardaş
respublikaların, ortaq
türk qurumlarının,
digər çoxsaylı
qurum və quruluşların mükafatları
ilə təltif olunub. Bu, onun yaradıcı və ictimai fəaliyyətinə,
xidmətlərinə verilən
dəyərin ifadəsidir.
Dəyərli qardaşımızın 50 illik yubileyi münasibəti ilə təbrik edir, ona yeni yaradıcılıq
uğurları diləyirəm!
Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri
Ədəbiyyat qəzeti.-
2023.-1 aprel.- S.23.