ADU-nun professoru Əsgər Zeynalovun

kitabı Avstraliyada nəşr olunub

 

Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dili mədəniyyəti mərkəzinin müdiri, professor Əsgər Zeynalovun Avstraliyanın Adelaide şəhərində, “Digital Prent Australia” nəşriyyatındaİki dahiadlı monoqrafiyası işıq üzü görüb. 430 səhifədən ibarət olan kitabı Azərbaycan dilindən ingilis dilinə dosent Fialə Abdullayeva tərcümə edib.

Alimin "İki dahi" əsəri onun bütün yaradıcılığında olduğu kimi Şərq, türk, azərbaycançılıq təəssübkeşliyi ilə qələmə alınıb.

Kitabın mühüm bir hissəsi Azərbaycanla bağlıdır. Monoqrafiyada Volter yaradıcılığının Şərq qayanaqlarına münasibəti bildirilib.

Fransız ədibinin 1756-cı ildə qələmə aldığı  Millətlərin adətləri düşüncə tərzi haqqında esseəsəri əsasında hind, türk, orta əsr ərəb mədəniyyətinə baxışı geniş surətdə tədqiq edilib.

 İki dahiəsərində Hüqonun poeziyası, “Paris Notr–Dam kilsəsi”, “Səfillərromanları ətraflı şəkildə araşdırılıb. Hüqonun müasirləribölməsində Balzak, Düma (ata), Jorj Sand, Qobino, Flober, Mopassan haqqında oçerklər xüsusi maraq kəsb edir. Hüqonun İslam dinini qəbul etməsi məsələsi maraqlı  səhifələrdəndir.

Monoqrafiyada azərbaycanlı ədəbiyyatşünas haqqında diqqət çəkən məlumatların əks olunduğunu qeyd etmək lazım gəlir.  Əsərdə professorun 40-ə qədər kitabın, 400-dən artıq elmi-publisistik məqalənin müəllifi, Rusiya, ABŞ, Fransa, Almaniya, İngiltərə, Kanada, Hindistan İsveçdə kitabların, Rusiya, Türkiyə, İran, Serbiya Çində məqalələrinin nəşr olunması, Nyu-York Elmlər Akademiyasının üzvü, Özbəkistanın Turan Elmlər Akademiyasının akademiki, Parisdə fəaliyyət göstərən Viktor  Hüqonun  Dostları Cəmiyyətinin üzvü, Türk Dünyası Beynəlxalq Araşdırmalar Akademiyasının Almaniyada fəaliyyət göstərən Avropa Təbiət Elmlər Akademiyasının akademiki olması əks olunub.

 İki dahiəsəri professor Əsgər Zeynalovun xarici ölkələrdə nəşr olunmuş 12-ci kitabı, dördüncü qitəsidir.

Qeyd edək ki, ADU-nun rektoru, akademik Kamal Abdulla Elmi Şuranın iclasında professor Əsgər Zeynalovu bu münasibətlə təbrik edib, ona yeni-yeni nailiyyətlər arzu edib.

 

Ədəbiyyat qəzeti.- 2023.- 8 aprel.- S.30.