"Qarabağ
açılmaz düyün,
Çıxılmaz quyu" - dedilər,
Viran edib löyün-löyün,
Kəsdilər soyu dedilər.
Ulu ruhlar üsyan etdi,
Tanrı dözmədi bu dərdə.
Gördük necə yenilməzik
"Dəmir yumruq"
olan yerdə.
Yendik yağı düşməni
biz,
Yeni tarix yazan olduq.
Dili Zəfər təranəli
Bir nəğməkar,
ozan olduq.
Azad elədik Şuşanı,
Gözəl Qarabağı aldıq.
Yeni əsrin tarixinə
Yenilməzlik izi saldıq.
Aldıq
haqqımız çatanı,
Birləşdik bir yumruqda biz.
"Dəmir yumruq" öndə durdu,
Arxasında rəhbərimiz.
Hökm
bizim, söz bizimdi,
Ucadadı bayrağımız.
Külli-Qarabağ olubdu
Əzəlkitək oylağımız.
Biz gedirik Qarabağa
Ey dost ellər, biləsiniz,
Biz gedirik Qarabağa.
Dikələn qədd-qamət ilə,
Düz gedirik Qarabağa.
Gör nə qədər çəkdi həsrət,
Həsrət dağı tikdi
həsrət,
Qəlbə nələr əkdi
həsrət,
Biz gedirik Qarabağa.
Qarabağa gedən yolda,
Gül-çiçəkdir sağda, solda,
Kədər itib qalır dalda,
Biz gedirik Qarabağa.
Dağlar
bizə salam
deyir,
Dumanlarla
başın əyir,
Sənə can verməyə dəyir
-
Biz gedirik Qarabağa.
Sevdası bu canda qalıb,
Yenə
xəyallara dalıb,
Tarixini yada salıb,
Biz gedirik Qarabağa.
Qarabağım canım mənim,
Türk
oğlu Türk qanım mənim,
Olub şöhrət-şanım mənim,
Biz gedirik Qarabağa.
Xarıbülbül orda bitər,
Onu görmək bizə yetər,
Ayrılıq ölümdən betər,
Biz gedirik Qarabağa.
Çarədir yurdum min dərdə,
İtəcək kədər o yerdə,
Solmayacaq
üzlər bir də,
Biz gedirik Qarabağa.
Can qardaşım,
qan qardaşım Türkiyə
Əsrin
zəlzələsi haqladı
səni,
Tuş etdi ömrünə dumanı,
çəni.
Bu halın ürəkdən
ağlatdı məni,
Can qardaşım, qan qardaşım, Türkiyə.
Bu necə fəlakət, bu
necə qırğın?
Kaş mənə
gələydi hər acın, ağrın.
Səni
görməyəydim kaş
belə dalğın,
Can qardaşım, qan qardaşım, Türkiyəm.
Mənzərələr göz-göz oldu gözümdə,
Kədər boğdu, baş
açmadım özümdən,
Səndən qeyri yurd görmədim dözümdə,
Can qardaşım, qan qardaşım, Türkiyə.
Dikələcək, qalxacaqsan, bilirəm,
Mərd olubsan, olacaqsan, bilirəm.
Ucalarda qalacaqsan,
bilirəm.
Can qardaşım, qan qardaşım, Türkiyə.
Sahib Kərimoğlu
Ədəbiyyat qəzeti.- 2023.- 8
aprel.- S.27.