Andre Moruanın
“Seçilmiş
əsərləri” nəşr olundu
Dövlət Tərcümə Mərkəzinin
150 cildlik “Dünya ədəbiyyatı inciləri”
seriyasından növbəti
cild – dünyaşöhrətli
Fransa yazıçısı
Andre Moruanın “Seçilmiş
əsərləri” kitabı
nəşr olunub.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitaba yazıçının
“Yad qadına məktublar” romanı, “Tufan”, “Fəslin çiçəkləri”, “Bacım,
Ariadna...”, “Qızıl
pulun qarğışı”,
“Vəsiyyətnamə”, “Çərşənbə
gününün bənövşələri”,
“Bioqrafiya”, “Məşhurluğun
yaranması” hekayələri,
“Yaşamaq elminin dörd qaydası”, “Montendən Araqonadək”,
“Marsel Prust”, “Uolter”, “Anatol Frans” kimi məşhur
ədiblər haqqında
qələmə aldığı
esse və ədəbi portretləri daxil edilib.
Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifləri
– tanınmış bədii
tərcümə ustaları
Hamlet Qoca, Mahir N.Qarayev və Nəriman Əbdülrəhmanlıdır.
Kitab yazıçının həyat,
nikbinlik, bədbinlik, mütaliə, yazıçılıq
peşəsi və s.
haqqında qələmə
aldığı dəyərli
aforizmlərlə başlayır.
Ədəbiyyat qəzeti.- 2023.-
8 aprel.- S.5.