Anamın ətri
Darıxmışam bilsən necə?
Sənin
üçün, bacım
üçün, evimçin...
Hanı
mənim bapbalaca otağım
Top şəkilli yorğanım,
hanı mənim yatağım?
Bilirəm, əziz anam, indi onu bəzəyib,
-
Əsgər formam, papağım...
Niyə belə saçların tez ağardı, ay ana?
Bəlkə zaman, bəlkə mənəm günahkar?
Sən ağlama, dik dur, ana,
Balan ərmağandır bu cahana!
Elə bilmə
görmürəm, gözlərinə
qurbanam.
Hiss edirəm, yoxluğuma sənsən yanan...
Qurban olum, ağlama,
Ağladıqca məzarıma su
axır,
Çörəyini, ərzağını
kim alır?
Əziz
anam, indi sənə kim
baxır?
Deyirlər ki, Cənnətdəyik,
Bu doğrudur, əziz anam,
Hər dəqiqə ətrin gəlir,
Elə bil ki,
Baş ucumda, yanımdasan.
Burda gül-çiçəyin içindəyik,
Bax bu qədər gül içində ətrin elə seçilir ki!
Əziz anam, rahat yaşa.
Balan artıq şəhiddir,
Zəfər çalan unudulmaz
igiddir!
Görəsən, sağam?
Görəsən, sağam?
Bəlkə mən də ölmüşəm?
Bəlkə xəyal, bəlkə ruham?
Bəlkə yuxu görmüşəm?
Yaşananlar röyadır,
Biri məni
oyatsın.
Unutmaram
o günləri
Sən dünyaya
gələndə beş-on
nəfər olardı.
İndi
millət tökülüb...
Oğul, niyə mənim bu gün belim
belə bükülüb?
Övlad
dərdi anaları öldürərdi...
Bəs mən niyə belə sağam?
Gecələri yuxuda, gündüzləri
oyağam,
Utanıram, yaman əzab çəkirəm...
Heç bilirsən niyə oğul?
Səni
oxşadan zaman,
"Sənsiz bir
gün yaşamaram"
deyirdim.
Amma bu gün yaşayıram,
Əllərim sağ, qolum sağ...
Hey uzatsam əllərimi,
İçindəki balam yox!
"Oğul düşmən çəpəridi" -
deyib keçirdi hər kəs,
Çəpər deyil, düşmən
aldı balamı,
Kim sağaldır qanı
axan yaramı?
Hayqırsam da dünyaya, duyan yoxdu, nə
fayda?!
Yenə
hər şey yerində, otağın, dağıtdığın yatağın,
Toplamadım heç nəyi, ətrin, saçın ordadı.
Gündə min kəs əyilirəm, qalxıram.
Balam, sənsiz
yaman darıxıram.
Məni səndən soruşsalar,
nə deyərsən?
Məni səndən soruşsalar,
nə deyərsən?
Heç
düşünmə, de ki,
özü çıxıb
getdi,
Bir oyundu, artıq bitdi.
De ki, məni sevməyibmiş,
yalanlara boğub məni,
Gizli saxla sevdiyimi,
Mən başına pərvanətək
döndüyümü söyləmə,
Bircə
yerin ağrısa qaça-qaça gəlməyimi,
Yedirdiyim yeməyimi gizli saxla.
De ki, getdi özü,
Danışmadı, bitdi sözü.
De ki, kor olmuşdu sevən gözü.
Gizli saxla göz yaşımı,
Bilməsinlər nələr çəkdim.
İtirmişdim zülüm çəkən
başımı...
De ki, vəfasızdı, insafsızdı,
Atıb
getdi,
Vicdanını satıb getdi,
Qoy nifrətin ağuşunda itib batım,
At üstümə günahları,
Yorğan
kimi üzərimə
atım, yatım!
Leyla Mustafayeva
Ədəbiyyat qəzeti.- 2023.- 15
aprel.- S.25.