Yamyaşıl bahar qız olmaq da olar,
Ağappaq qar qız olmaq
da.
Qıpqırmızı üfüq olmaq da,
Masmavi dəniz
olmaq da.
Dağ çayı kimi bulanmaq da olar,
Göz yaşı
kimi durulmaq da.
Min yerdən qopduğun həyata
Yenidən vurulmaq da.
Nə qədər ki, ürəyimizi çıxarmayıblar
sinəmizdən,
Göy üzünü
əlimizdən almayıblar.
Nə qədər ki, içimizdəki uşağın
Xoşbəxt bir anı yaşayır
yaddaşımızda,
Ən şaqraq gülüşlə
də xoşbəxtik,
Ən müdrik
hüznlə də.
Nə qədər ki, ən gözəl şəklimiz
Hələ gülümsəmir
başdaşımızda.
Səhər
Əhməd
Ədəbiyyat qəzeti.- 2023.- 15
aprel.- S.29.