Hərflər sakitcə
tökülür aşağı
İngilis dilindən tərcümə
Mən sükut
sözünü təmsil
edirəm.
İşıqlı isti yağışlar yağır,
hərflər sakitcə
tökülür aşağı
Səma
əlifbasından -
Onlardan söz düzəldə bilsəydim,
Şeirlərin ilahi eşq haqda
Sevincini duya bilərdim əlbət.
Uzun zamandı eşq haqda
bir şeir təəccübləndirir məni,
Qeyri-adi
bir şeir,
Harada ki hisslər
Neologizm
sözlüyünə
Arxaizmlər sözlüyünə baxmadan
Oxuna və anlaşıla bilər.
Hisslər
Özcə işıqları sayəsində
Görünə bilirlər şəkil kimi.
Eşidilməzdən qabaq
Sükutu
doğan
Hisslər...
Mən sükut
sözünü təmsil
edirəm.
Mümkün variant
Söz olmaq istərdim
(Mən sözəm, -
Nikita Stenesku yazırdı),
Söz
-
Günbəgün, hər an,
hər saat axtarsın məni şair və
Tapmadan
Şeirini tamamlaya bilməsin.
Elə bir söz ki,
Başqa
heç bir sözlə qafiyələnməsin,
Bayağı beytin qandalları
qoluna keçməsin
(ah, şeirin dabanı altda olmaq
Necə
həqarətdir -
Sözün Axilles dabanı altında əzilmək!)
Söz olmaq istərdim,
Təkcə və tənha,
Tərkidünya söz.
Vasile ROMANÇUK
(Bessarabiya)
Tərcümə etdi:
Cavanşir Yusifli
Ədəbiyyat qəzeti.- 2023.-
15 aprel.- S.30.