İngilis dilindən tərcümə
Qarğa qarıltısı
Tutub
saxladı məni.
Bu
qarıltı içində
Bu
qışqırıq içində
Düzü-dünyanı
gəzib dolaşmalıydım.
Dayanmadan,
gecikmədən...
Qarğa
qarıltısı.
Tutub
saxladı məni.
Dünən
orda, çöldə oturmuşdu, donmuşdu,
Ürəyim
onunlaydı.
Ürəyim
qaralır, hey qaralırdı
Çünki
Özünü
Qanadı
altında gizlətmişdi...
Tomas Bernhard
Tərcümə etdi:
Cavanşir Yusifli
Ədəbiyyat qəzeti.- 2023.- 15
aprel.- S.30.