Mir Cəlal adına 3-cü Hekayə
Müsabiqəsinin qalibləri
mükafatlandırılıb
Aprelin
17-də "Ədibin Evi"ndə
Mir Cəlal adına
3-cü Hekayə Müsabiqəsinin
qalibləri mükafatlandırılıb.
Xalq yazıçısı Elçinin
sədrliyi ilə on nəfər ədəbiyyatşünas,
ədəbi tənqidçi
və yazıçılardan
ibarət münsiflər
heyəti müsabiqəyə
təqdim edilən 191
müəllifin 197 hekayəsini
fevral ayından başlayaraq mərhələ-mərhələ
qiymətləndirdikdən sonra
aşağıdakı qalibləri
açıqlayıb:
III yer
Mahir Rəsuloğlu, “Bağışla,
səni öldürməliyəm!”
hekayəsi
Murad Köhnəqala, “Buğdanın
göyə çəkilməsi”
hekayəsi
Zahid Xəlil, “Zirinc kolunun laylası” hekayəsi
II yer
Daşqın Məmmədov, “Bənövşə
xala” hekayəsi
Cavidan Xəlilova, “Su” hekayəsi
I yer
Seymur Həmzəyev, “Yağışlı
bir gün idi” hekayəsinə görə təltif olunublar.
"Ədibin Evi"
qalibləri təbrik edir, bütün iştirakçılara müsabiqəyə
qoşulduqlarına görə
təşəkkürünü bildirir.
Ədəbiyyat qəzeti.- 2023.-
21 aprel.- S.4.