Dünya mədəniyyət səfirləri
Ünsiyyət sahəsində təəccüblü
dəyişikliklərin olduğu
və bütün millətlərin nümayəndələrinin
bir-birilə anında
ünsiyyət qura bildiyi bu gün
də Avropa və Amerika cəmiyyətləri mədəniyyətlərini
daha çox yaymaq üçün hər cür bədii vasitələrdən
istifadə edirlər. Xüsusilə, İkinci Dünya müharibəsindən sonrakı
dövrdə mədəni
təbliğat, demək
olar ki, diplomatiyanı əvəz
edərək soyuq müharibənin əvəzolunmaz
hissəsinə çevrildi.
Sovet İttifaqı və Amerika Birləşmiş Ştatları müttəfiqlərini
öz tərəflərində
saxlamaq və yeni müttəfiqlər əldə etmək üçün təbliğata
əhəmiyyət verirdilər.
Xüsusilə, NATO-dan və
Varşava Müqaviləsi
ölkələrindən kənarda
qalmağa çalışan
dövlətlər əsas
təbliğat hədəfinə
çevrildi. Qərb
dünyasında az qala hər
kəsin zövqlə
izlədiyi "007 Ceyms
Bond" filmləri bu
təbliğatın ancaq
əyləncə tərəfini
təmsil edirdi. Harri Potter, sonradan milyonlarla satılan "Şir Kral" kimi məşhur kitablar və ondan sonrakı filmlər bütün dünyada Qərb mədəniyyətinin yeni
pərəstişkarlarını yaratdı.
Polşa əsilli amerikalı politoloq Zbiqiniev Bjezinskinin sözlərinə
görə, o, ingilis dilinin yayılmasında
ABŞ-ın mədəni
cəlbediciliyinin təsirli
olduğunu bildirir. İngilis dilinin
yayılması da
ABŞ-ın yumşaq
gücünün yayılmasına
şərait yaratdı.
Təbii ki, Qərb bu
fəaliyyətlərə çox
erkən başlayıb. Qərbdə 1907-ci ildə Fransız Mədəniyyət İnstitutu,
1926-cı ildə İtaliya
İnstitutu, 1930-cu ildə
Höte İnstitutu yaradılmışdır. Goethe-Institut dünyanın
98 ölkəsində 158 institutla
təmsil olunur. Bundan əlavə, onlar müxtəlif mədəniyyət
birlikləri, kitabxanalar,
dil və imtahan mərkəzləri
ilə fəal işləyirlər.
Dünyanın müxtəlif bölgələrinə
yayılan ermənilər
mədəniyyətşünaslıq və təbliğatı da özlərinə əsas hədəf kimi qoyublar. İkinci Qarabağ
müharibəsi zamanı
Xankəndində təsadüfən
vurulan kilsədə çalınan orqan bütün dünya qəzetlərinin manşetində
yer alıb.
Təəssüf ki, ölkəmizdə mədəniyyətşünaslıq, yaradılmış mərkəzlər
çox gec fəaliyyətə başlayıb. TİKA, Xaricdəki Türklər Başqanlığı və
Yunus Əmrə İnstitutu bu sahədəki boşluğu
gec də olsa doldurmağa başlayıb. Mədəniyyətimizin və dilimizin bütün dünyada tanıdılmasında böyük
nailiyyətlər əldə
ediblər.
Qərargahı Bakıda yerləşən
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu son dövrdə Qərbdə
və türk dünyasında ən görkəmli mədəniyyət
fəaliyyətlərini həyata
keçirmək baxımından
diqqət çəkir. İstanbul,
Bursa, Daşkənd, Vyana,
Varşava, Riqa və Budapeştdə keçirilən rəsm sərgiləri, kitab tanıtımları və
"Şuşa günləri"
mətbuatda işıqlandırılandan
sonra bu qurumun fəaliyyəti diqqətimi daha çox cəlb etməyə başladı.
23 avqust 2012-ci il
tarixində Bişkekdə
keçirilən Türkdilli
Ölkələrin toplantısında
təməli qoyulan Fondun 2015-ci il sentyabrın 11-də rəsmi
yaranma tarixidir. Düzgün
qərarla həm
diplomat, həm də türk mədəniyyətinə
dərindən bələd
olan Günay Əfəndiyeva idarəçi
təyin olundu. Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Vəqfinin müxtəlif fəaliyyətləri ilə
yanaşı, xüsusilə
mədəniyyətimizlə bağlı peşəkar
fəaliyyətləri Avropada
öz əksini tapmağa başladı.
İstanbuldakı Fransız və ya Macar Mədəniyyət
Mərkəzinə gedəndə,
Höte İnstitutundan
dəvət alanda beynimdə həmişə
eyni sual olurdu. Düşünürdüm ki, niyə bu mərkəzlərdə
türk mədəniyyəti,
türk sənəti təbliğ olunmur, mühüm əsərlər
xarici dillərə tərcümə olunmur.
Bir neçə il əvvəl
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu ilə birlikdə "Azərbaycan Qadınları
Antologiyası"nı və
məşhur yazıçımız
Ömər Seyfəddinin
on seçilmiş hekayəsini
alman dilində nəşr etdirəndə
bir az təsəlli
tapdım. Nəşr olunan
kitabların Vyanada təqdimatı keçirildi. Məhsəti
Gəncəvinin, Natəvanın və başqa şairlərin
şeirləri alman sənətkarlarınin səsləriylə
bu dəfə alman dilində canlandırılıb,
tamaşaçıların qulaqlarını oxşadı.
UNESCO
2022-ci ili Süleyman Çələbi
kimi elan etmişdi. Süleyman Çələbi 14-15-ci əsrlərin mühüm
şairi olmaqla yanaşı, o dövr türkcəsinin günümüzə
daşınması baxımından
türk mədəniyyətinin
təməl daşlarından
biridir. Altı yüz ildən
artıqdır ki, onun yazdığı misralar təkcə Anadoluda deyil, Balkanlardan Orta Asiyaya qədər bütün evlərə girmiş, insanlara təsəlli olmuşdur.
Mövlud öz axıcılığı, rəvan
dili və asan nəqli ilə az
da olsa bir
neçə misra ilə xalqımızın
yaddaşında öz
yerini tutmuşdur. Türkiyədə evlərdə və
məscidlərdə Qurandan
sonra ən çox oxunan və dinlənilən əsərdir. Alman dostum
Karl Hermann Kiel ilə birlikdə
bu əsəri alman dilinə tərcümə edərək
mənəviyyatını və
poeziyasını itirmədən
nəşr etdik.
Düşünürəm ki, Beynəlxalq
Türk Mədəniyyət
və İrsi Vəqfi tərəfindən
Mövlidin xarici dillərdə nəşri
gələcək tədqiqatçılar
üçün bir qapı olacaq və yadda qalacaqdır.
Bir gün,
Berlində, Londonda, Vyanada, Parisdə, Vaşinqtonda Hötenin, Şekspirin, Hüqonun, Tolstoyun əsərləri
ilə mədəniyyətimizin
inciləri yan-yana dayanacaq. Nə qədər ki,
belə mədəniyyət
elçilərimiz var,
mən bu məsələdə ümidimi
itirməyəcəyəm.
Orxan ARAS
Ədəbiyyat qəzeti.- 2023.-
21 aprel.- S.15.