Heydər Əliyev - Azərbaycan dili Azərbaycançılıq

 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı iləHeydər Əliyev - Azərbaycan dili Azərbaycançılıqkitabı çap olunub.

525.az xəbər verir ki, kitabın elmi redaktoru ön söz müəllifi akademik Nizami Cəfərov, rəyçilər professorlar Qəzənfər Kazımov İlham Tahirovdur. 4 fəsildən ibarət olanHeydər Əliyev - Azərbaycan dili Azərbaycançılıqkitabı “Elm təhsilnəşriyyatında çap edilib.

Azərbaycan xalqının ümummilli liedri Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdən milli dilin, ədəbiyyatın, incəsənətin inkişafına diqqət yetirmiş, dil quruculuğuna milli dövlət quruculuğunun üzvi tərkib hissəsi kimi baxmışdır.

Əsərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda dil quruculuğu sahəsində gördüyü işlərdən, onun Azərbaycan dili nitq mədəniyyəti barədəki fikirlərindən, azərbaycançılıq məfkurəsindən danışılır, natiqliyi, çıxış nitqlərinin dil xüsusiyyətləri təhlil edilir. Heydər Əliyev Azərbaycanda dil quruculuğu” (akademik Ağamusa Axundov) adlanan I fəsildə ölkədə dil quruculuğu proseslərinə Heydər Əliyevin rəhbərliyi ən müxtəlif aspektlərdən müfəssəl təsvir edilməklə yanaşı, dil siyasətinin istiqamətləri, dil dövlət quruculuğu, dil əlifba istiqamətində elmi-nəzəri ümumiləşdirmələr aparılmışdır.

Heydər Əliyev nitq mədəniyyətiadlı II fəslin müəllifi professor Müseyib Məmmədovdur. Burada Ulu Öndərin nitq mədəniyyəti natiqlik sənətinin özünəməxsusluqları kontekstində sinonimlik, frazeologiya sair kimi nitq hadisələrinə toxunulur. Professor Məsud Mahmudovun qələmə aldığıHeydər Əliyevin çıxış nitqlərinin dilinin üslubi-qrammatik xüsusiyyətləriadlı III fəsildə isə liderin qrammatikasının stilistik incəlikləri araşdırılır.

Kitabda əvvəlki nəşrdə olmayan dördüncü fəsil artırılmışdır. IV fəslin müəllifi AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədlidir. “Heydər Əliyevin Vətən konsepti - Azərbaycançılıq məfkurəsi” adlanan həmin fəsildə Ulu Öndərin nitqi koqnitiv planda tədqiq olunmaqla onun dil-üslub dühasının məfkurəvi səciyyəsi verilir.

 

Ədəbiyyat qəzeti.- 2023.- 21 aprel.- S.15.