Çox şükür,
builki qışı da gördük...
Çırpıb qanadını qara
buludlar,
Səpdi
başımıza ağ lələkləri...
Gördü qəlbim əsir
zirvədən ötrü,
Mənə qonaq gəldi dağ küləkləri.
Kəpənək qanadlı qarın
altında
Könlümdən keçdi ki, bir az tək qalım.
Həsrət sazağında titrədi
qəlbim,
Sevindi ağaran saçım, saqqalım...
Qoşulub göylərdən ələnən
qara
Qərib
kəndimizə enmək
istədim...
Gözlərim yol çəkdi
kəndimdən ötrü,
Ağ atlı oğlana
dönmək istədim...
Birdən
doğma yurda çata bilmərəm,
Macalım qalıbmı nəfəs
dərim mən?
Minib köhlənimi çapdım
xəyalən,
Qayalar səksəndi nal səslərindən...
Dünya
başdan-başa müəmma
olub,
Əzəmət gətirib qara sirr qəmə!
Gümanım tək sənə
qalıb, ay bulud,
Həsrət ürəyimdən qar
əsirgəmə!
Ağartdı bir anda kirli dünyanı,
Deyəsən, qarlı qış
eşitdi məni...
Onun şaxtası yox, sevdiklərimin
Soyuq baxışları üşütdü
məni...
Ocağı soyuyan qərib kəndləri,
Yuvası boş qalan quşu da gördük.
Hələ ki yoldadı ömür karvanım,
Çox
şükür, builki
qışı da gördük...
Xatirələr qışı
Unuda bilmirəm
kəndimizin dağlarında
gəzdiyim
qarlı günləri
-
xatirələr axın-axın,
xatirələr qoşun-qoşun...
İçimi göyüm-göyüm göynədir,
sızım-sızım sızıldadır,
Qarı
heç zaman əriməyən
xatirələr qışı...
Atalarımızın, analarımızın,
babalarımızın, nənələrimizin
məzarı üşüyür
o qarın altında...
Görəsən, son günlərini yaşayan
ayaq izlərimiz nə düşünür
o qarın altında?
O yerlərdə doğulan insanların
sırası yamanca seyrəlib...
Gözləri yollarda qalanların
isə
hamısı qocalıb,
kövrəlib...
Yaşamaq lazımdı
bu həsrətin axırına
daş atmaq üçün...
Yaşamaq lazımdı
mərdliyi, qeyrəti,
kişiliyi, ləyaqəti,
saflığı, sevgini,
məhəbbəti,
bir də o doğma yurda
dönmək ümidini
bir az da artıq
yaşatmaq üçün...
Hər gecə yuxuma
dağ özü gəlir
Mənim
doğma yurdsuz günüm olmayıb,
Həsrət mizrab olub könül
tarıma.
Duyur ki, dizimdə təpər qalmayıb,
Dağlar
özü gəlir yuxularıma...
Bənd vurmaq mümkünmü həsrət selinə? -
Bilmirəm onunla necə davranım?
Minib təpələrin dəvə
belinə
Hər gecə yol gedir
ömür karvanım...
Çarə yox bəsirət
gözü bağlıya,
-
Təpələr önündə dağlar
mat olub?!
Bizim dalımızca hər gün ağlayan
Doğma
bulaqların gözü
tutulub...
Kəsilib bu yurdun səsi-səmiri,
Həvəsi qalmayıb danışa
bizlə...
Ocaq yerimizdə qalan kömürü
Gərək köz eləyək
nəfəsimizlə...
Dağların başından çəkilir
duman,
Xəyallar dərdimə bir əlac olur.
Doğma
bulaqlardan su içən zaman
İlham
bulağımın gözü
açılır...
Viranə
qəlbimi gərək
bəzəyə
Geriyə döndərə illər
yazımı. -
Dağların köksündə saza
bənzəyən
Şəlalə kökləyər könül
sazımı...
Vüsal
arzusuyla göynəyir
içim,
Qızaran gözümdə dan
üzü gülür...
Könül dağlarımı sağaltmaq
üçün
Hər gecə yuxuma dağ özü gəlir...
Qürub günəşi
Bir az soyuq
olur qürub günəşi,
Qarlı zirvələri isidə bilmir.
Günbəgün azalır odu, atəşi,
Hara getdiyini özü də bilmir...
Ümidlər, arzular dönür
səraba,
Həyatın işləri nə
qəribədi!
Hamımız gedirik üzü
qüruba,
Günəşin də yönü
üzü Qərbədi...
Anidir insanın deyib-gülməsi,
Ağrılar, acılar qəlbimə
köçüb...
Ömür xalımızın əcəl
ilməsi
Hardasa, kiminsə əlinə keçib...
"Qürub" bənzəyir
"qürbət" sözünə,
Qəribi
qürbətdə isitmir
Günəş...
Qəlbimiz yansa da həsrət közünə,
Xoşbəxt yaşamağa bəs etmir Günəş.
Aldandıq ilğıma, uyduq
səraba,
Ömür ipimizi gizli əl sökür...
Hər axşam enəndə günəş qüruba,
Nurlu dünyamıza qaranlıq
çökür...
Qırmızı görürük biz üfüqləri,
Çalır qan rənginə
qızılı atəş...
Üzümüzə düşən
son şəfəqləri
Götürüb özüylə aparır
Günəş...
Dünyanın işini dərd
etmə, kişi,
Bu dünyadan köçən
təkcə bizikmi?
Gecələr də yanır sevgi günəşi,
Sevən
ürəklərə zülmət
üzükmür...
Zaman müdrik edir körpə uşağı,
İnsan Haqq nurunu tapıb
yaşayır.
Təmiz
qəlbimizin nuru, işığı
Sevgi nəğməmizə hopub
yaşayır...
Şikayət etməyək biz qocalıqdan,
Dağlara qar düşüb,
zirvə soyuqdu...
Aşağı enməyək o ucalıqdan,
-
Sevgi günəşinin qürubu
yoxdu...
Sevib-sevilməkdi insanın işi,
Ürək sevgi ilə coşur, qabarır...
Yerin bu üzünün qürub günəşi,
Yerin o üzünə səhər
aparır...
Hələ ki
Başımın üstündə şimşəklər
çaxır,
Xoş ətir
gətirir səhər
yelləri.
Çat-çat ürəyimə yağışlar
yağır,
Köksümdə çağlayır sevgi
selləri...
Könlü göydə olan
baxmaz aşağı,
Zamanın selləri axıb durular.
Gözümdə bərq vurur iman işığı,
Hələ ki qəlbimdə
sevgi nuru var...
Bir eşq ocağıyam, çətin sönəm
mən,
Sanma ki, dünyanı tərk eləyirəm.
Ulu Yaradanın sevgisini mən
Hər gün zərrə-zərrə
dərk eləyirəm...
Ömrümə nur saçan eşq günəşim var,
Zərrəsi əvəzdi zərə,
altuna!
Hələ yer üzündə
xeyli işim var,
Köçmək istəmirəm yerin
altına...
Hələ ki his etmir sevgi çırağım,
Nə yerdən,
nə göydən doya bilirəm.
Çox
şükür, hələ
ki insan olmağın
Şirin ləzzətini duya bilirəm.
Özümü nahaqdan öyə
bilmərəm,
Qəlbimdə yer yoxdu fəqana, aha! -
Sabah nə olacaq, deyə bilmərəm,
Bu gün bəxtəvərəm,
şükür Allaha!
Selfi
Dərdi
dərd çəkənə
verir bu dünya,
Verir kef
çəkənə kefi
çəkməyi...
Bu cavan yamanca ütük
cavandı,
Yamanca xoşlayır selfi çəkməyi...
Ona yaxınlaşır, bunu yanlayır,
Şan-şöhrət axtarır gözü həmişə.
Ağsaqqal, ağbirçək qalır arxada
Durur ön planda özü həmişə...
Guya vunderkinddi, guya dahidi
Həmişə hazırdı qisas almağa.
Özü xoşlasa da gözə girməyi,
Çalışır özgəni gözdən salmağa...
Düşüb ürəyinə paxıllıq
çatı,
Bu qədər ağrıya
necə dözür
o?
Özündən yüz addım
öndə olanın
Özünə, sözünə ağız
büzür o...
Heç
kəsi bəynmir, keçir qabağa,
Gözünə işıq yox, kölgə görünür.
Özü cılız olan,
dəyərsiz olan
Şəkildə hamıdan yekə
görünür...
Rafiq Yusifoğlu
Ədəbiyyat qəzeti.- 2023.-
21 aprel.- S.23.