"Ədəbiyyat qəzeti"nin baş

redaktoru sayın Azər Turana

 

Bu ilin mart ayının 5-də 6-da şair Əkbər Qoşalının 50, mənim isə 60 illik yubileyimdə iştirak etmək üçün Dünya Gənc Türk Yazarları Birliyinin dəvəti ilə xarici ölkələrdən gələn nümayəndə heyətinin tərkibində Çuvaşıstan Peşəkar Yazıçılar İttifaqının sədr müavini, Çuvaşıstanın tanınmış şairi jurnalisti, Azərbaycan sevdalısı Marina Karyagina da var idi. Xeyli müddətdir ki, ədəbi əlaqələrimiz üzərindən yaradıcılığına ictimai fəaliyyətinə yaxından bələd olduğum, ümumtürk ədəbiyyatı adına çalışmalarından dolayı şəxsinə sayqı duyduğum Marina xanımla ədəbi əlaqələrimiz barədə xeyli söhbət etdik, bu sahədəki uğurlarımızdan qayğılarımızdan danışdıq. Bu arada Çuvaşıstanın görkəmli söz adamı, Çuvaşıstanın Xalq şairi, ictimai xadim Peder Xuzanqayın yaradıcılığına da münasibət sərgiləməli olduq. Şairin "Epir pulna, pur, pulatpar!"("Biz vardıq, biz varıq, biz olacağıq!") adlı şeirinin üzərində xeyli dayandıq. Şeir məni çox duyğulandırmışdı. Ayrılanda Marina xanıma söz verdim ki, bu möhtəşəm şeiri Azərbaycan dilinə tərcümə edəcəm. sözümü tutmağım bu vaxta təsadüf etdi. Bu gün - 25 Aprel Çuvaşıstanda Ana dili günü kimi qeyd edilir. Bu tərcümə çuvaş qardaşlarımız üçün məndən bir ərməğan olsun deyə düşündüm.

Tərcüməni şairin qısa özkeçmişini "Ədəbiyyat qəzeti"ndə dərc etməyinizi sizdən rica edirəm.

 

Sayğılarla;

İbrahim İlyaslı

25 aprel 2023

 

22 yanvar 1907-ci ildə Tatarıstanın Kazan quberniyasının Sixterma nahiyəsində doğulub. Çuvaş Pedoqoji Texnikumunu Kazan Pedaqoji İnstitutunu, daha sonra SSRİ Yazıçılar İttifaqı nəzdində Ədəbiyyat kurslarını bitirib.

RSFSR Ali Sovetinin Çuvaşıstan Muxtar Respublikasının Ali Sovetinin deputatı, Çuvaşıstan Yazıçılar İttifaqının sədri, RSFSR SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü olub.

A.Puşkinin, M.Lermantovun, M.Qorkinin, V.Mayakovskinin, V.Şekspirin, T.Şevçenkonun b. əsərlərini doğma çuvaş dilinə tərcümə edib.

1950-ci ildə Çuvaşıstanın Xalq şairi adına layiq görülüb.

4 mart 1970-ci ildə Çeboksarıda vəfat edib orada torpağa tapşırılıb.

2002-ci ildə doğma kəndi Xuzanqayda Xatirə Muzeyi yaradılıb.

Çeboksarıda onun adını daşıyan mədəniyyət evi, məktəb, kitabxana küçə var. 1960-70-ci illərdə yaşamış olduğu evə xatirə lövhəsi vurulub.

Çeboksarı şəhərində abidəsi ucaldılıb, Çuvaş Dövlət Mədəniyyət İncəsənət İnstitutunda büstü qoyulub.

Peder Xuzanqayın yaradıcılıq diapazonu şair, tərcüməçi, publisist jurnalist kimi çox geniş, əhatəli dolğundur. Əsərləri bir çox dünya dillərinə tərcümə edilib. O, eyni zamanda çuvaş xalqının fəxr etdiyi bir görkəmli milli ictimai xadimdir.

 

Biz vardıq, biz varıq,

biz olacağıq

 

Uzaq əsrlərin addımlarında

Müdriklik daşınır tarixə birbaş.

Qədim kitabların axtarışında

Ulu keçmişini arayır çuvaş...

İnadla irəli yürüyüb, həm

Keçmişə boylanıb dərs alacağıq.

Bir düşüncə mənə güc-qüvvət verir:

Biz vardıq, biz varıq, biz olacağıq!

 

Meşəyə bənzədib bəşəriyyəti

Şairlər, qoy olsun... bu da bir təşbeh.

Meşədən meşənin fərqi var axı,

Elə yaxşı ki var, aydındır hər şey.

Buymuş düşmənlərin düşündükləri:

"Onları kökündən doğrayacağıq..."

Buna o əllərin qüdrəti çatmaz,

Biz vardıq, biz varıq, biz olacağıq.

 

nifaq toxumu əkmişik,

Nifrət bəsləmişik yaxın qonşuya.

Ancaq öz adıyla səslənmişik biz,

Göylərdə günəşə, ulduza, aya.

Soyumuzdan gələn idrakımızla

Gecələr aləmə nur saçacağıq.

Yenə qəlbimizdə odlu hərarət,

Biz vardıq, biz varıq, biz olacağıq!

 

Bu dözüm, dəyanət dolu kəlmələr,

Millətin fəxridir, təkəbbür deyil.

Bizi yaşadacaq əsrlər boyu

Bu möcüzə-ilmə, bu şərqi-şeir.

Elə bu inancla yer kürəsində

Ən uzun yolları adlayacağıq.

İnancın gücü var qanadımızda...

Biz vardıq, biz varıq, biz olacağıq!

 

"Dilimiz kasıbdır..." deyə söz atdı,

Burnunu sallayıb başqa bir çuvaş.

Nifrətlə baxırıq bu nankorlara,

Onlara qarşıdır açdığım savaş.

Heyif, ruhu kasıb belələr var,

Duymaz köksümüzdə qabaran dağı.

Ona qənim olsun yazdığım şeir:

Biz vardıq, biz varıq, biz olacağıq!

 

Əngəllər düzüldü yollarımızda,

Onları əzmlə adlaya bildik.

Varlığı - bir xalqın həm mükafatı,

Həm ən möhtəşəm abidəsidir.

Yoxsulluq da gördük, göz yaşları da,

Öpüb, and yerimiz etdik torpağı.

Bürküdən, sazaqdan, çamurdan keçib,

Biz vardıq, biz varıq, biz olacağıq!

 

Yüz ölçüb, bir biçib xatırlayıram

Müsibət içində ötən illəri...

İlham alıb onun aydınlığından,

Ulu xalqım üçün yazdım bu şeiri.

Bilirəm, birlikdə söyləyəcəyik:

"Yararaq ən qatı qaranlıqları

Bu doğma torpağın üstündə daim

Biz vardıq, biz varıq, biz olacağıq!"

 

Peder Xuzanqay

 

Tərcümə: İbrahim İLYASLI

 

Ədəbiyyat qəzeti.- 2023.- 29 aprel.- S.29.