Cemal Süreyanın
"Üvercinka"sı,
Orhan Velinin məşhurluq
sevdası...
"Üvercinkanın qasıqları" ədəbiyyat
dünyasının arxa
küçələrində dolaşan şeirlərin,
hekayələrin və
romanların əslində
necə yazıldığını
izah edən bir kitabdır. Muhsin Kızılkaya
gördükləri, dinlədikləri
və oxuduqları əsasında türk ədəbiyyatında iz qoymuş ustadların maraqlı hekayələrini
esselərində bir araya gətirib.
Cemal Süreyanın məşhur
"Üvercinka" şeirinin
əslində "Göyərçin
qanadı"nın abreviaturası olduğunu və şeirində istinad etdiyi coğrafiyanın qadın
bədəninə uyğun
gəldiyini bilirdinizmi?
Yaxud da Yəhya Kamalın
ən izdihamlı ədəbi dəfn mərasimlərindən biri
olan Orxan Vəlinin dəfnində reklamı olmasın deyə iştirak etməməsini...
Kitaba adını
verən ilk məqalə
Cemal Süreyanın
"Üvercinka" şeiri
ilə bağlıdır. 1956-cı ildə
çap olunmuş şeirdəki "Laləlidən
dünyaya gedən tramvaydayıq" misrası
İkinci Yeni hərəkatın manifesti
kimidir:
Laleli'den
dünyaya doğru giden bir tramvaydayız
Birden nasıl oluyor sen yüreğimi elliyorsun
Ama nasıl oluyor sen yüreğimi eller ellemez
Sevişmek bir kere daha yürürlüğe
giriyor
Bütün kara parçalarında,
Afrika dahil...
Cemal Süreya
1954-cü ildə Ankarada
Mülkiyyə məktəbini
bitirdikdən sonra məktəbin son kursunda oxuyarkən evləndiyi Seniha xanımla Əskişəhərdə məskunlaşaraq
vergi idarəsində məmur kimi işləməyə başlayıb. Ancaq orta
məktəbi təzəcə
bitirən gənc qız var ki,
universitet imtahanlarına
hazırlaşır. Cemal Süreya
bu qıza aşiq olur.
O sətirlərdən başqa
dərdini heç kimə deyə bilməz. Qızın adını "Göyərçin qanadı"
qoyub və söz oyunu ilə "Üvercinka"ya
çevirib.
Həmçinin kitabda ən izdihamlı ədəbi dəfnlərdən biri olan Orxan Vəlinin
dəfn mərasimində
Yəhya Kamalın niyə iştirak etmədiyini də belə izah edilir:
"Cənazəsi ən
çox izdihamlı olan şairlərdən biri də Orxan
Vəlidir. Salah bəyin təbirincə
desək, həmin gün "bütün İstanbul dəfnə qaçdı". Onun dəfn
günü İstanbulun
bütün kitab mağazaları şairə
hörmət əlaməti
olaraq satışı
dayandırır. Bəyazıt məscidinin həyəti səhər saatlarından
dolmağa başlayır".
Yaşadığı müddətdə heç
bir riskə girməyib rahat həyatını yaşayan
köhnə toplumun ağıçısı Yəhya
Kamal dəfn mərasiminə gedib-getməmək
arasında var-gəl edir. Əvvəlcə getməyə qərar
verir, sonra bu fikirdən daşınır. Getməməyinin
səbəbini isə
dostu Cahit Tanyola belə açıqlayır:
"İndi
onlar mənim bu dəfn mərasimində
iştirak etməyimdən
sui-istifadə edəcəklər.
Ola bilsin ki,
qəzetlər Yəhya
Kamalın da dəfn mərasimində olduğunu yazar. Bu da onların poeziya anlayışı üçün bir reklam ola
bilər."
Birsel
1941-ci ilin aprelində
Ankaradan İstanbula gələn şairlə Nisuaz Şirniyyat dükanında tanış
olur.
"Orxan Vəli nadinc bir adam
idi. Məşhurlaşmaq üçün gecəsini gündüzünə
qatardı, planlar qurardı. Qəzetlərdə xəbərə çevrilmək üçün
qırx dəfə salto vurmuşdu. Məsələn, Kadıköy Halkevində
danışarkən masanın
üstünə uzanır,
Ahmet Hamdi ilə Sarıyerdə qayıq gəzintisinə çıxanda qayığı
aşırıb dənizə
düşürlər, canlarını
boğulmaqdan güclə
qurtarırlar. Ahmet Hamdi
Tanpınar olmasaydı,
bu xəbər qəzetlərə çıxmazdı".
Eminquey
Ədəbiyyat qəzeti.- 2023.-
29 aprel.- S.32.