"Mən Vətənəm"
kitabının
təqdimat mərasimi
Aprelin
18-də Mingəçevir Dövlət
Universitetində "Cəbhədən
cəmiyyətə" - müharibə
iştirakçısı yazarlarla
səngər yoldaşlarının
görüşləri layihəsi
çərçivəsində hazırlanmış "Mən
Vətənəm" kitabının
təqdimat mərasimi
keçirildi. Mərasimi giriş
sözü ilə açan Təhsil fakültəsinin dekanı
Nizami Zeynalov öncə vətənimizin
müstəqilliyi, ərazi
bütövlüyü və
suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Azərbaycan Respublikasının Dövlət
Himninin səsləndirilməsindən
sonra giriş nitqini davam etdirən
Nizami Zeynalov kitabın əhəmiyyətindən
bəhs edərək kitabı və tədbiri gənclər üçün vətənpərvərlik
tərbiyəsinin aşılanması
üçün bir vasitə kimi qiymətləndirdi.
Daha sonra söz layihənin rəhbəri, Prezident təqaüdçüsü, Dünya
Gənc Türk Yazarlar Birliyinin başqanı şair İntiqam Yaşara verildi. İntiqam Yaşar layihə
və kitab haqqında, habelə rəhbərlik etdiyi qurumun ictimai fəaliyyəti haqqında
geniş məlumat verərək tədbirin təşkil edilməsinin
əhəmiyyətini vurğuladı.
Kitabın aktuallığı, dövrümüzlə bilavasitə
səsləşməsi ön
plana çəkildi.
Daha sonra şairlərdən Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət
Şurasının üzvü
Elşən Əzim, Vətən müharibəsi
iştirakçısı Həsən
Kür, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Elməddin Nicat kitabdakı şeir və hekayələrin bədii xüsusiyyətlərindən, gənclər
üçün faydasından
söz açdılar.
Çıxışlardan sonra Təhsil fakültəsinin Azərbaycan
dili və ədəbiyyatı müəllimliyi
ixtisasının III kurs
tələbələrinin ifasında
kitabdan parçalar səsləndirildi.
Universitetin ədəbiyyat müəllimi,
filologiya üzrə fəlsəfə doktoru Səadət Ağakişiyeva
çıxışında kitabda əsərləri dərc edilən yazarlar haqqında məlumatların da verilməsinin vacibliyini vurğuladı. Sonra digər ədəbiyyat
müəllimi Ceyran Vəliyeva diqqəti çağdaş və müasir dövr ədəbiyyatında müharibə
mövzusuna yönəltdi.
Filologiya
üzrə fəlsəfə
doktoru Ayna Babazadə kitabda 3 hekayəsi dərc edilən Vüsal Hətəmovun "Gizlənqaç"
hekayəsinin məzmunu
və əhəmiyyətli
tərəflərindən danışdı.
Universitetin müəllimi Şəbnəm
İslamova Universitetdə
pedaqoji ixtisasların və dil-ədəbiyyat müəllimliyi ixtisasının
olması baxımından
belə görüşlərin
ardıcıl keçirilməsinin
vacibliyini vurğuladı.
Universitetin baş müəllimi
İlhamə İsmayılova
qeyd etdi ki, "Ədəbiyyat qəzeti"nin oxucusuyam. Kitabdakı bəzi imzalar
mənə qəzetdən
tanışdır. Bu qəzet respublikada dərc edilən ən nüfuzlu ədəbi orqandır.
Mənim üçün
bədii əsərlər
ilə bağlı meyar "Ədəbiyyat qəzeti"dir. Emin Piri mənə qəzetdə həm
"1 şeir 2 rakurs"
layihəsində müzakirəyə
çıxarılmış şeiri, həm də dəyərli tənqidçi, ədəbiyyatşünas
alim Elnarə Akimovanın onun yaradıcılığı ilə
bağlı yazdığı
"Ölümü barmağında
oynadan şair" adlı məqaləsindən
tanışdır. Eminin "Sağ
qalan varmı" şeiri məni çox duyğulandırdı.
Orda belə bir misra var:
"Əsgər sinəsi
axtarır isinməyə
fevral şaxtasında
üşüyən güllə".
Bu sətirlər mənə
Faiq İsmayılovun şəhid tələbə
yoldaşı Təbrizin
ölümünə həsr
etdiyi şeiri xatırlatdı: "Yay kimi qıvrılıb açıldım, güllə,
məni tanımadın".
Emin Piri müsahibələrinin
birində qeyd edir ki, "Mən hərbçi işləyərkən cəbhə
bölgəsində səngərdə
olmuşam. Səngərdə gördüyüm hadisələr
həyatımda daha dərin iz buraxıbdır,
nəinki sevgi yaşantıları". İlhamə
İsmayılova daha sonra vurğuladı ki, bu kitabda
müharibədə iştirak
etmiş yazarların əsərləri toplanıb.
Bu şeirlərin əksəriyyəti müharibə
zamanı səngərdə
yazılıb. Məhz ona
görə də kitab daha çox
müharibə yaşantılarını
əks etdirir. Azər Turandan kitabda şeirləri dərc edilən şairlər haqqında fikrini soruşdum. "Həsən Kür maraqlı şairdi. Elvin İntiqamoğlu da döyüşlərdə
olub. O da fərqli yazır, özü də işıqlı gəncdir"
- dedi. Mən qonaqlarımız Elşən Əzimin də, İntiqam Yaşarın da şeirlərini "Ədəbiyyat
qəzeti"ndə oxumuşam.
Və yaxud Nicat Fərmanın
"Çarəsiz ata"
şeirindəki "Qızımın
soyuq əli qədərdir dünyam."
Eyvaz Əyyubun yurd həsrətli şeirləri
insanda fərqli hisslər, duyğular yaradır.
İ.İsmayılova çıxışını
ədəbiyyatşünas-tənqidçi
Elnarə Akimovanın
fikri ilə tamamladı: "Zaman şairə imkan verdi ki, xalq
olaraq üstümüzdəki
ləkəni təmizləməyə
yol görən hünər meydanında iştirakı ilə içindəki bu yükdən özünü
xilas etsin, o müqəddəs yerlərin
hər qarışına
iz salsın, tarixin başdan yazdığı bu qabiliyyət sənədində
"imzalar içində
imzası olsun". Mən də qoşuluram bu fikrə və deyirəm: "İmzanız
mübarək!"
Daha sonra tədbirdə iştirak edən digər müəllimlər və
tələbələr kitabla
bağlı öz təəssüratlarını bölüşdülər. Tədbirə dəvət olunmuş Vətən müharibəsi
iştirakçılarının cəbhə ilə bağlı təəssüratları,
tələbə - gənclərə
tövsiyələri dinlənildi.
Tədbirin sonunda müzakirələrdə
aktiv iştirak edən müəllim və tələbələr
sertifikatla təltif edildi. Tədbir xatirə şəkli
çəkdirməklə yekunlaşdırıldı.
Ədəbiyyat qəzeti.- 2023.- 29
aprel.- S.30.